Prezident Körfəz Əməkdaşlıq Şurasının Baş katibini qəbul edib - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvini qəbul edib.

Bizim.Media xəbər verir ki, dövlət başçısı Körfəz Əməkdaşlıq Şurasının SPECA-nın Zirvə görüşündə iştirakını yüksək qiymətləndirib, Azərbaycanın təşkilata üzv dövlətlərlə çox yaxın tərəfdaşlıq münasibətlərinin olduğunu vurğulayıb.

Prezident İlham Əliyev Körfəz Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçıları ilə şəxsi dostluq əlaqələrinin olduğunu, bu ölkələrlə müxtəlif sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib, investisiyalar, bərpaolunan enerji, turizm və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük perspektivlərin mövcudluğunu qeyd edib.

Azərbaycan Prezidenti respublikamızda və Mərkəzi Asiya ölkələrində siyasi sabitliyin tam təmin olunduğunu, ölkələrimizin siyasi, iqtisadi, demoqrafik amillər baxımından sürətlə inkişaf etdiyini vurğulayıb.

Dövlət başçısı ölkəmizin Mərkəzi Asiya regionu ilə inteqrasiyası prosesinin dinamik getdiyini, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin vahid geosiyasi, iqtisadi və siyasi məkan, Xəzər dənizinin bizi birləşdirən dəyər olduğunu diqqətə çatdırıb.

Prezident İlham Əliyev gələcəkdə Azərbaycan, Mərkəzi Asiya və Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr arasında əməkdaşlıq üçün böyük perspektivlərin mövcudluğunu bildirib.

Dövlət başçısı, həmçinin Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın SPECA ilə yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsində bir araya gəldiklərini, Türk Dövlətləri Təşkilatı və Körfəz Əməkdaşlıq Şurası arasında da təsisatlanmış əməkdaşlığın qurulmasının vacibliyini qeyd edib.

Baş katib SPECA-nın Zirvə görüşünün Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb.

Qonaq Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə əlaqələrin hərtərəfli inkişafına böyük əhəmiyyət verdiyini qeyd edib, münasibətlərin müxtəlif sahələrdə inkişafını vurğulayıb, siyasi, iqtisadi, investisiyaların artırılması və digər istiqamətlərdə böyük perspektivlərin olduğunu deyib.

Görüşdə hazırda dünyada islamofobiya meyillərinin artması və ona qarşı mübarizənin aparılması məsələləri də müzakirə edilib.
 





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Konqoya Ebola peyvəndi çatdırıldı – Effektivliyi hələ təsdiqlənməyib

Konqoya Ebola peyvəndi çatdırıldı – Effektivliyi hələ təsdiqlənməyib

Dünyanın ən qədim bayraqları - MARAQLI

Dünyanın ən qədim bayraqları - MARAQLI

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər” - VİDEO

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər” - VİDEO

Ən kasıb BÜRCLƏR: heç vaxt zəngin olmurlar

Ən kasıb BÜRCLƏR: heç vaxt zəngin olmurlar

Azərbaycan onları axtarır - SİYAHI

Azərbaycan onları axtarır - SİYAHI

Xaricdə təhsil adı altında dələduzluq halları artır: Nələrə diqqət edilməlidir?

Xaricdə təhsil adı altında dələduzluq halları artır: Nələrə diqqət edilməlidir?

Deputatların döş nişanı qızıldan imiş - Qiyməti...

Deputatların döş nişanı qızıldan imiş - Qiyməti...

“X”da pay sahibi olan azərbaycanlının toyudur — VİDEO

“X”da pay sahibi olan azərbaycanlının toyudur — VİDEO

Tarkanın konsertinin qiyməti gündəm oldu: "Bir avtomobil puludur"

Tarkanın konsertinin qiyməti gündəm oldu: "Bir avtomobil puludur"

Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Ən çox pul xərcləyən BÜRCLƏR

Ən çox pul xərcləyən BÜRCLƏR

İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO

İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO

"Zirə" evdə "İmişli"ni məğlub etdi

"Zirə" evdə "İmişli"ni məğlub etdi

Azərbaycanda nə qədər İŞSİZ var?

Azərbaycanda nə qədər İŞSİZ var?

Meteohəssasları sabah nə gözləyir? - PROQNOZ

Meteohəssasları sabah nə gözləyir? - PROQNOZ

Dializ xəstəsinin xəstəxanada virusa yoluxub? - VİDEO

Dializ xəstəsinin xəstəxanada virusa yoluxub? - VİDEO

Buna görə Avropanın birinci aeroportu oldu

Buna görə Avropanın birinci aeroportu oldu

Tərtərdə "Hyundai" yolu keçən piyadanı vurdu

Tərtərdə "Hyundai" yolu keçən piyadanı vurdu

İsmayıllıda bacı-qardaş faciəvi şəkildə həyatını itirdi

İsmayıllıda bacı-qardaş faciəvi şəkildə həyatını itirdi

Bu 3 BÜRC qara geyimdən uzaq durmalıdır

Bu 3 BÜRC qara geyimdən uzaq durmalıdır

Kimyaçıdan tövsiyə: "3-ü 1-də" şampunlarından istifadə etməyin!

Kimyaçıdan tövsiyə: "3-ü 1-də" şampunlarından istifadə etməyin!

İran Qətər, Küveyt və BƏƏ-ni HƏDƏLƏDİ

İran Qətər, Küveyt və BƏƏ-ni HƏDƏLƏDİ

Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub etdi

Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub etdi

Goranboyda avtomobillər toqquşdu – Ölənlər var

Goranboyda avtomobillər toqquşdu – Ölənlər var

End of content

No more pages to load

RADİO