Ceyhun Bayramov BMT rəsmisi ilə nəyi müzakirə etdi? – FOTO  

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı (SPECA) həftəsi çərçivəsində ölkəmizdə səfərdə olan BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan ilə görüşüb. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Görüşdə Azərbaycan və UNECE arasında əməkdaşlıq gündəliyi və əməkdaşlıq perspektivləri, eləcə SPECA daxil olmaqla, ölkəmizin Orta Asiya ilə əlaqələri və bu çərçivədə UNECE-nin mümkün rolu müzakirə olunub. 

SPECA-nın əsasının qoyulmasından etibarən ölkəmizin bu platforma çərçivəsində fəaliyyətə aktiv şəkildə töhfə verdiyini, bu istiqamətdə, xüsusilə Mərkəzi Asiya ölkələri ilə üçtərəfli əməkdaşlıq formatlarının mövcudluğunun birgə uğurlu layihələrin həyata keçirilməsinə daha böyük təkan verdiyini diqqətə çatdırıb. 
SPECA ölkələri ilə müxtəlif o cümlədən, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, alternativ enerji mənbələri, nəqliyyat, kommunikasiyalar, ətraf mühit, innovasiyalar, dayanıqlı inkişaf məqsədləri və s. sahələr üzrə faydalı əməkdaşlıq gündəliyinin mövcudluğu məmnunluqla qeyd olunub.

Xüsusilə, regional nəqliyyat və kommunikasiya xətlərinin inkişafı, o cümlədən Orta Dəhlizin imkanlarının genişləndirilməsi sahəsində mövcud təşəbbüslər və layihələrin əhəmiyyəti vurğulanıb. 

2023-cü ildə SPECA-ya sədrliyimiz dövründə bu platforma çərçivəsində əməkdaşlığın gücləndirilməsi, habelə SPECA ölkələrinin ikitərəfli, regional və beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində Azərbaycanın səylərindən bəhs edən nazir Ceyhun Bayramov, Bakıda keçirilən SPECA həftəsi çərçivəsində baş tutacaq SPECA Sammitinin bu səylərin vacib nəticələrindən biri olduğunu qeyd edib. 
İcraçı katib Tatyana Molçan, Azərbaycanın SPECA-ya sədrliyi dövründə onun müasir dövrün çağırışlarına uyğun platformaya çevrilməsi istiqamətində göstərdiyi səylərin təqdirəlayiq olduğunu qeyd edib. Bu istiqamətdə, növbəti gün Bakı şəhərində keçiriləcək SPECA Sammitinin regional və beynəlxalq çağırışların fonunda Proqram çərçivəsində əməkdaşlığın gücləndirilməsində əhəmiyyətli rol oynayacağına dair ümidvarlıq ifadə olunub. 

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avropa çempionatı: Azərbaycanın voleybol millisi bu gün İspaniya ilə üz-üzə gələcək

Avropa çempionatı: Azərbaycanın voleybol millisi bu gün İspaniya ilə üz-üzə gələcək

Niyə bu qədər əsəbiyik?

Niyə bu qədər əsəbiyik?

Müxtəlif yaşlarda normal təzyiq neçə olmalıdır?

Müxtəlif yaşlarda normal təzyiq neçə olmalıdır?

Çili İrandakı səfirliyinin fəaliyyətini dayandırır

Çili İrandakı səfirliyinin fəaliyyətini dayandırır

Misli Premyer Liqasında II turun növbəti oyunları bu gün keçiriləcək

Misli Premyer Liqasında II turun növbəti oyunları bu gün keçiriləcək

Gədəbəydə ağır QƏZA - Sürücü xəstəxanalıq oldu

Gədəbəydə ağır QƏZA - Sürücü xəstəxanalıq oldu

Yaponiyada zəlzələ nəticəsində 20-dən çox şəxs xəsarət alıb

Yaponiyada zəlzələ nəticəsində 20-dən çox şəxs xəsarət alıb

Süni intellektlə bağlı yeni TƏHLÜKƏ

Süni intellektlə bağlı yeni TƏHLÜKƏ

Qazaxıstanda Qurultaya seçkilər başlayıb

Qazaxıstanda Qurultaya seçkilər başlayıb

Tramp Hörmüz boğazını yenidən ABŞ ərazisi kimi göstərdi

Tramp Hörmüz boğazını yenidən ABŞ ərazisi kimi göstərdi

Azərbaycan mediası İlham Əliyevin səfərini işıqlandırmaq üçün Özbəkistana yola düşüb - VİDEO

Azərbaycan mediası İlham Əliyevin səfərini işıqlandırmaq üçün Özbəkistana yola düşüb - VİDEO

Konqoya Ebola peyvəndi çatdırıldı – Effektivliyi hələ təsdiqlənməyib

Konqoya Ebola peyvəndi çatdırıldı – Effektivliyi hələ təsdiqlənməyib

Dünyanın ən qədim bayraqları - MARAQLI

Dünyanın ən qədim bayraqları - MARAQLI

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər” - VİDEO

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər” - VİDEO

Ən kasıb BÜRCLƏR: heç vaxt zəngin olmurlar

Ən kasıb BÜRCLƏR: heç vaxt zəngin olmurlar

Azərbaycan onları axtarır - SİYAHI

Azərbaycan onları axtarır - SİYAHI

Xaricdə təhsil adı altında dələduzluq halları artır: Nələrə diqqət edilməlidir?

Xaricdə təhsil adı altında dələduzluq halları artır: Nələrə diqqət edilməlidir?

Deputatların döş nişanı qızıldan imiş - Qiyməti...

Deputatların döş nişanı qızıldan imiş - Qiyməti...

“X”da pay sahibi olan azərbaycanlının toyudur — VİDEO

“X”da pay sahibi olan azərbaycanlının toyudur — VİDEO

Tarkanın konsertinin qiyməti gündəm oldu: "Bir avtomobil puludur"

Tarkanın konsertinin qiyməti gündəm oldu: "Bir avtomobil puludur"

Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Ən çox pul xərcləyən BÜRCLƏR

Ən çox pul xərcləyən BÜRCLƏR

İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO

İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO

"Zirə" evdə "İmişli"ni məğlub etdi

"Zirə" evdə "İmişli"ni məğlub etdi

End of content

No more pages to load

RADİO