Yaponiyada zəlzələ nəticəsində xəsarət alanların sayı 20-ni ötüb.
Bizim.Media xəbər verir ki, Tokionun bəzi ərazilərində su boruları partlayıb, yolları su basıb, bəzi binalarda liftlər avtomatik dayanıb.
Qeyd edək ki, 5,9 maqnitudalı zəlzələ avqustun 23-nə keçən gecə Böyük Tokio bölgəsində baş verib. Xəsarət alanların əsasən müxtəlif əzilmələr aldığı bildirilib.
Güclü yeraltı təkanlar təxminən 20 saniyə davam edib.
Bizim.Media