YUNESKO-dan NÖVBƏTİ BİABIRÇILIQ – Qarabağda olmayan “erməni irsi”ni necə QORUYACAQLAR?

YUNESKO-dan NÖVBƏTİ BİABIRÇILIQ – Qarabağda olmayan “erməni irsi”ni necə QORUYACAQLAR?
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi 9 noyabr 2023-cü il tarixində Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Parisdə YUNESKO-nun Baş Konfransının 42-ci sessiyası çərçivəsində çıxışı zamanı Azərbaycan əleyhinə əsassız və yalan dolu iddialar səsləndirib. 

Bundan başqa Ermənistan XİN-in rəhbəri Ararat Mirzoyanın  YUNESKO-nun baş direktoru Odri Azule arasında təkbətək görüş keçirilib. Görüşdə erməni nazir 21 min(?!) Qarabağ məktəblisinin təhsil almaq hüququnun reallaşdırılmasının vacibliyindən dəm vurub.
 

MÖVZU İLƏ BAĞLI:

UNESCO-ya müraciət: Mədəni irsimizin dağıdılması ilə bağlı Ermənistana missiya göndərilsin


Mirzoyan və Azule Qarabağda erməni “mənəvi və mədəni iris”nin qorunması mövzusunu da “müzakirə” edib, Qarabağa YUNESKO missiyasının göndərilməsinin, oradakı abidələrin xəritəsini çəkmək üçün faktların toplanmasının” vacibliyini qeyd ediblər”.

Ermənilər dayanmaq fikrində deyil

Ermənilər sülhdən, mehriban qonşuluqdan ağızdolusu danışsalar da “dinc qonşuluq şəraitində yaşamaq istədikləri” Azərbaycana qarşı böhtan kampaniyasını günbəgün genişləndirirlər. Bu da onu göstərir ki, Ermənistan sülhü yalnız sözdə istəyir. Əslində isə Azərbaycana qarşı yeni-yeni məkrli planlar hazırlanır. 

Elə YUNESKO-nun tədbirində səsləndirilən fikirlər bunun növbəti sübutudur. Əslinə baxsaq, ermənilər üçün Qarabağdakı “tarixi abidələr” qətiyyən maraqlı deyil. Sadəcə bu cür “arqument”lərlə Ermənistan Azərbaycana təzyiq etmək istəyir. 

YUNESKO kabab iyinə gedir

Çox təəssüf ki, əksər beynəlxalq təşkilatlar da öz varlıqlarını sübut etmək və gündəmdə qalmaq üçün ermənilərin cəfəng ideyalarından faydalanırlar. Əvvəla, YUNESKO doğrudan da mənəvi və maddi irsin qoruyucusu olsa idi, son 30 ildə bircə dəfə Azərbaycanın tarixi və mədəni abidələrinin ermənilər tərəfindən dağıdılması ilə bağlı bir hesabat hazırlayardı. 

Baxmayaraq ki, Azərbaycan dəfələrlə qiymətləndirmə missiyalarının reallaşdırılması üçün YUNESKO-ya çağırışlar edib. Çox təəssüf ki, bu Ermənistan tərəfinin əngəlləri nəticəsində mümkün olmayıb. Hətta YUNESKO-nun özü də 2005-ci il hesabatında bu faktı təsdiqləyib. Belə acınacaqlı vəziyyətdən sonra YUNESKO-nun ermənilərin çağırışına səs verməsi heç cür başa düşülən deyil. 

Bu dini təəssübkeşlikdir

Məlum olduğu kimi Qərb və onun beynəlxalq təsisatları əsasən dini təəssübkeşlik mövqeyindən çıxış edir. Belə olmasa idi, son 35 ildə Azərbaycanın maddi-mənəvi irsinin ermənilər tərəfindən dağıdıldığına dair bir qətnamə olardı. Hələ digər müsəlman ölkələrinə olan münasibəti demirik.

Son 20 ildə Liviyada, Suriyada, İraqda dağıdılan tarixi abidələr, məhv edilən mənəvi sərvətlər barədə YUNESKO “SOS” verərdi. 

Hələ onu demirik ki, hazırda Qəzza zolağında bir neçə minilliyin maddi-mənəvi irsi vandalcasına məhv edilir. Amma YUNESKO bu vacib məsələni gündəmə gətirmək əvəzinə ermənilərlə mənasız müzakirələr açır. Bu faktın özü sübut edir ki, YUNESKO həqiqət sorağında deyil, “kabab iyinə gedir”.

Ermənilərə iş yox, sadəcə hay-küy lazımdır

O ki qaldı Ermənistanın dövlət səviyyəsində bu cür şoular yaratmasına, bu ancaq təəssüf doğurur. Paşinyan və onun komandası həqiqətən ermənilərin “maddi-mənəvi sərvəti”nin dərdini çəksəydi, onda bu məsələni Avropanın zəngin saraylarında qurama qurumlarla yox, Azərbaycan dövləti ilə müzakirə edərdi. Çünki qarşılıqlı ittihamdansa qarşılıqlı dialoq daha effektiv və səmərəlidir. 

Amma nə edək ki, ermənilərə nəticə yox, sadəcə hay-küy lazımdır. Çünki qarşı tərəfi ittiham etmək üçün ortada hansısa fakt olmalıdır. Sonra da bu faktların aradan qaldırılması üçün ortaq razılıq olmalıdır. Ermənilərinsə əlində nə fakt, nə də Azərbaycanla hansısa problemi həll etmək üçün həvəs var. Onların əlinda ancaq qlobal güclərin tezisləri var. 

Lakin özgə ipi ilə quyuya enmək heç kimə bu günə qədər fayda gətirməyib. Qərbin vasitəçiliyi, Qərbin istəyi heç zaman Ermənistana fayda verməyəcək.

Çünki Qərb istənilən məsələdə maraqlı tərəfdir. Qərb öz marağını bir kənara qoyub Ermənistanı müdafiə etməyəcək. Bu da günümüzün reallığıdır. Ona görə Ermənistan hakimiyyəti nə qədər ki, bu reallığı dərk etməyib, bir o qədər də itirə-itirə gedəcək. Sonda isə itirilən Ermənistanın dövlətçiliyi olacaq. Bu gedişlə o günə də çox qalmayıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Baş katib: “Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram”

Baş katib: “Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram”

Yamalın atası yenə insident TÖRƏTDİ

Yamalın atası yenə insident TÖRƏTDİ

Rusiya 4 aydan sonra ilk dəfə Azov dənizindən taxıl gəmilərinin çıxışına İCAZƏ VERDİ

Rusiya 4 aydan sonra ilk dəfə Azov dənizindən taxıl gəmilərinin çıxışına İCAZƏ VERDİ

Kəlbəcərdə ər-arvad qəzaya düşdü - Ölən var

Kəlbəcərdə ər-arvad qəzaya düşdü - Ölən var

Dəriniz quruyur və görməniz zəifləyirsə BU VİTAMİN çatışmazlığınız var

Dəriniz quruyur və görməniz zəifləyirsə BU VİTAMİN çatışmazlığınız var

Uşakov: “Rusiya-Ukrayna danışıqları noyabrın 4-dən sonra keçiriləcək”

Uşakov: “Rusiya-Ukrayna danışıqları noyabrın 4-dən sonra keçiriləcək”

Netanyahunun partiyası parlamentdə ərəb partiyalarına qarşı mübarizəyə BAŞLADI

Netanyahunun partiyası parlamentdə ərəb partiyalarına qarşı mübarizəyə BAŞLADI

Firəngiz Mütəllimova bu səbəbdən ailə qura bilməyib

Firəngiz Mütəllimova bu səbəbdən ailə qura bilməyib

“Bəzi futbolçularımız dərsdən məşqə acqarnına gəlir” - Rəşad Sadiqov

“Bəzi futbolçularımız dərsdən məşqə acqarnına gəlir” - Rəşad Sadiqov

Çində tarixi demoqrafik BÖHRAN: Yaşlıların sayı uşaqları üstələdi

Çində tarixi demoqrafik BÖHRAN: Yaşlıların sayı uşaqları üstələdi

225 nömrəli məktəbdəki insident NƏZARƏTƏ GÖTÜRÜLDÜ

225 nömrəli məktəbdəki insident NƏZARƏTƏ GÖTÜRÜLDÜ

Bağça direktoru azyaşlıya qarşı zorakılıq etdi - İDDİA/VİDEO

Bağça direktoru azyaşlıya qarşı zorakılıq etdi - İDDİA/VİDEO

Alimlərdən XƏBƏRDARLIQ: Artıq çəki yaddaşa təsir edir

Alimlərdən XƏBƏRDARLIQ: Artıq çəki yaddaşa təsir edir

"Qarabağ" "Dinamo" Zaqrebə UDUZDU

"Qarabağ" "Dinamo" Zaqrebə UDUZDU

Ərdoğan Trampla telefonla danışdı - Regional gərginlik müzakirə edildi

Ərdoğan Trampla telefonla danışdı - Regional gərginlik müzakirə edildi

Bakıda qadına cinsi zorakılıq edib 17 min manatını ələ keçirən TUTULDU - FOTO

Bakıda qadına cinsi zorakılıq edib 17 min manatını ələ keçirən TUTULDU - FOTO

Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanətlərinin verilməsinə RAZILAŞDI

Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanətlərinin verilməsinə RAZILAŞDI

Sakinlərin DİQQƏTİNƏ: Bakının bəzi yerlərində işıq olmayacaq

Sakinlərin DİQQƏTİNƏ: Bakının bəzi yerlərində işıq olmayacaq

Rekord həddə çatan qabarma sahilyanı əraziləri su altında qoydu - VİDEO

Rekord həddə çatan qabarma sahilyanı əraziləri su altında qoydu - VİDEO

“Real” azarkeşi “Barselona”nın stadionundan QOVULDU

“Real” azarkeşi “Barselona”nın stadionundan QOVULDU

Ucarda maşınlar toqquşdu - Xəsarət alan var

Ucarda maşınlar toqquşdu - Xəsarət alan var

Peskovdan Avropaya MESAJ: “Rusiya ilə dialoq tərəfdarları dəstəklənməlidir”

Peskovdan Avropaya MESAJ: “Rusiya ilə dialoq tərəfdarları dəstəklənməlidir”

ABŞ Ebola virusuna görə sərnişinlər üçün yeni qayda TƏTBİQ EDƏCƏK

ABŞ Ebola virusuna görə sərnişinlər üçün yeni qayda TƏTBİQ EDƏCƏK

Sabah bu rayonda QAZ OLMAYACAQ

Sabah bu rayonda QAZ OLMAYACAQ

End of content

No more pages to load

RADİO