İlham Əliyev Özbəkistan Prezidenti ilə əməkdaşlıq məsələlərini MÜZAKİRƏ EDİB  

İlham Əliyev Özbəkistan Prezidenti ilə əməkdaşlıq məsələlərini MÜZAKİRƏ EDİB  
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 9-da Daşkənddə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşü olub. 

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısını salamlayan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dedi: 
 

MÖVZU İLƏ BAĞLI:

Daşkənddə 16-cı Zirvə toplantısı iştirakçılarının şərəfinə rəsmi qəbul təşkil OLUNUB


- Özbəkistana bir daha xoş gəlmisiniz. Sizi salamlamağıma çox şadam. Mehriban xanıma mənim həyat yoldaşım və ailəmdən böyük salamlar var. Fikrimcə, biz hələ növbəti səfərlər zamanı birlikdə görüşəcəyik. 

Dünən Azərbaycanda böyük bayram idi, düşünürəm ki, Özbəkistanda da böyük bayram oldu. Mən bütün Azərbaycan xalqını bu Qələbə münasibətilə təbrik edirəm. Biz həmişə buna inanmışıq. Siz Xankəndidə Bayraq qaldırdınız və biz bunun bütün məsələlərə nöqtə qoyduğunu gördük.

Güclü Azərbaycan artıq irəliyə doğru addımlayacaq və Azərbaycan xalqının, Azərbaycanın dostlarının, o cümlədən özbək xalqının, Özbəkistanın və Özbəkistan rəhbərliyinin də uzun illər gözlədiyi uğurlara nail olacaq. Ümidvarıq ki, Qarabağ gələcəkdə Azərbaycanda çiçəklənən torpaq olacaq, çünki Siz çox işlər görürsünüz.

Mən Şuşada və Füzulidə həyata keçirilən bütün işləri öz gözləri ilə görmüş insanam. Çox şadam ki, orada olmuşam. Mən də onların nələr etdiklərini, özlərindən sonra nələr qoyub getdiklərini və Sizin səyləriniz sayəsində görülən işləri danışacağam. Yaxın ölkə olaraq, daha böyük uğurlar diləyirəm. Azərbaycan xalqı kimi, biz də ədalətin onsuz da zəfər çalacağını, Azərbaycan xalqının öz Qələbəsini qazanacağını gözləyirdik. 
Ən xoş arzularımı çatdırıram. Əminəm ki, tezliklə Qarabağ çox inkişaf edən diyara çevriləcək. Çünki Siz Şuşada, Füzulidə nələr olacağını mənə danışdınız, biz yeni aeroportu gördük, mən də orada oldum, əgər bunun Füzulidə olmasına inanmayan varsa, özü baxa bilər. Əslində, bu, Füzulidir və bütün infrastruktur öz həllini tapır. Həm də demək istəyirəm ki, bizim bütün razılaşmalarımız həyata keçirilir. 

Özbəkistan Prezidenti əməkdaşlığın möhkəmləndirilməsində qarşılıqlı səfərlərin rolunu vurğuladı. Şavkat Mirziyoyev qeyd etdi ki, Azərbaycanın bütün sahələrdə, o cümlədən iqtisadi sahədə uğurları Özbəkistanda böyük sevinc hissi doğurur.

Özbəkistan Prezidenti əmin olduğunu bildirdi ki, ikitərəfli əlaqələr qarışdakı illərdə də inkişaf edəcək. 

Azərbaycan Prezidenti İlham Əliyev dedi: 

- Şavkat Miromonoviç, sağ olun. Əziz qardaş, xoş sözlərə, təbriklərə görə sağ olun. 

Biz bütün işlərimizdə şəxsən Sizin və qardaş özbək xalqının dəstəyini hiss etmişik və edirik. Dünən bizim qeyd etdiyimiz Zəfər Günü ilə bağlı təbriklərinizə görə sağ olun. 

Sizin də qeyd etdiyiniz kimi, Siz Şuşa və Füzulidə olmusunuz. Mən də dünən bu yerlərdə oldum və Füzuli şəhərinin yaxınlığından keçəndə Sizin bizə təqdim etdiyiniz qardaş hədiyyəsinə - Mirzə Uluqbəy adına məktəbə bir daha böyük məmnunluq və minnətdarlıqla baxdım. Zənnimcə, Füzuliyə gələn hər kəs, orada yaşayanların hamısı belə münasibətə görə Sizə minnətdardırlar. Bu, qardaş dövlətin ərazilərimizin bərpası prosesində aldığımız birinci hədiyyəsidir. 

Azərbaycanın suverenliyinin bərpası ilə əlaqədar təbrikə görə minnətdaram. Bu, tarixi hadisədir. Biz sentyabrda separatizmlə bağlı çoxillik məsələyə son qoyduq.

Bu gün Azərbaycanın ərazisində Azərbaycan Bayrağının dalğalanmadığı heç bir guşə yoxdur. Sizin bu məsələyə şəxsi münasibətinizi və bütün qardaş özbək xalqının münasibətini, dəstəyini, həmrəyliyini çox yüksək qiymətləndiririk. 

Sizi böyük uğurlar münasibətilə təbrik etmək istərdim. Dünəndən Daşkəndə olarkən, düşünürəm ki, bu, zənnimcə, mənim hələ olmadığım şəhərdir. Çünki aeroportdan gələrkən və mehmanxananın pəncərəsindən gördüklərim həqiqətən də xoş təsir bağışlayır və sevindirir.

Qısa vaxt ərzində Siz bu günün Özbəkistanını təcəssüm etdirən ən müasir infrastruktur yaradırsınız. Sizin rəhbərliyinizlə, Sizin islahatlarınız və yorulmaz əməyiniz sayəsində Siz islahatlarınızı və quruculuq gündəliyinizi irəli aparırsınız.

Biz, dostlarınız və qardaşlarınız kimi, buna səmimi-qəlbdən sevinirik. Sevinirik ki, Özbəkistan inkişaf edir, iqtisadi potensial, sənaye potensialı güclənir və əlbəttə, beynəlxalq arenada nüfuzunuz artır. 

Bütün bunlar Sizin sayənizdədir, çünki son illər qazanılan bütün nailiyyətlər məhz Sizin adınızla bağlıdır. Əminəm və bilirəm ki, Özbəkistan vətəndaşları bunu yüksək qiymətləndirir. Təsadüfi deyil ki, prezident seçkilərində Sizə yenidən böyük etimad göstərilib. Sizin seçkilərdən sonra ilk dövlət səfərinizi Azərbaycana etməyinizi biz hamımız çox yüksək qiymətləndiririk. Başa düşürük ki, bu, düşünülmüş addımdır, bizim qardaşlıq münasibətlərimizin nümayişidir. 

Mütəmadi qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin möhkəmləndirilməsində əhəmiyyətini qeyd edən dövlət başçısı vurğuladı ki, keçirilən görüşlərdə sənaye kooperasiyası, kənd təsərrüfatı, investisiya və digər sahələrdə qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunur. 

Prezident İlham Əliyev bildirdi ki, həyata keçirilən əməkdaşlıq gələcəkdə iki ölkənin iqtisadi potensialının gücləndirilməsinə xidmət edir. Azərbaycan Prezidenti Özbəkistan Prezidentinin əlaqələrin genişləndirilməsinə töhfəsini yüksək qiymətləndirdi. 
Görüşdə beynəlxalq təşkilatlar, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilati çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu, energetika, sənaye sahələrində birgə layihələrin həyata keçirilməsinin, investisiya, nəqliyyat, humanitar və digər sahələrdə əlaqələrin genişləndirilməsinin yaxşı potensialı olduğu qeyd edildi, münasibətlərin dərinləşdirilməsi istiqamətində konkret sahələrdə fəal iş aparıldığı məmnunluqla vurğulandı. 

Söhbət zamanı gələcək təmaslar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Baş katib: “Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram”

Baş katib: “Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram”

Yamalın atası yenə insident TÖRƏTDİ

Yamalın atası yenə insident TÖRƏTDİ

Rusiya 4 aydan sonra ilk dəfə Azov dənizindən taxıl gəmilərinin çıxışına İCAZƏ VERDİ

Rusiya 4 aydan sonra ilk dəfə Azov dənizindən taxıl gəmilərinin çıxışına İCAZƏ VERDİ

Kəlbəcərdə ər-arvad qəzaya düşdü - Ölən var

Kəlbəcərdə ər-arvad qəzaya düşdü - Ölən var

Dəriniz quruyur və görməniz zəifləyirsə BU VİTAMİN çatışmazlığınız var

Dəriniz quruyur və görməniz zəifləyirsə BU VİTAMİN çatışmazlığınız var

Uşakov: “Rusiya-Ukrayna danışıqları noyabrın 4-dən sonra keçiriləcək”

Uşakov: “Rusiya-Ukrayna danışıqları noyabrın 4-dən sonra keçiriləcək”

Netanyahunun partiyası parlamentdə ərəb partiyalarına qarşı mübarizəyə BAŞLADI

Netanyahunun partiyası parlamentdə ərəb partiyalarına qarşı mübarizəyə BAŞLADI

Firəngiz Mütəllimova bu səbəbdən ailə qura bilməyib

Firəngiz Mütəllimova bu səbəbdən ailə qura bilməyib

“Bəzi futbolçularımız dərsdən məşqə acqarnına gəlir” - Rəşad Sadiqov

“Bəzi futbolçularımız dərsdən məşqə acqarnına gəlir” - Rəşad Sadiqov

Çində tarixi demoqrafik BÖHRAN: Yaşlıların sayı uşaqları üstələdi

Çində tarixi demoqrafik BÖHRAN: Yaşlıların sayı uşaqları üstələdi

225 nömrəli məktəbdəki insident NƏZARƏTƏ GÖTÜRÜLDÜ

225 nömrəli məktəbdəki insident NƏZARƏTƏ GÖTÜRÜLDÜ

Bağça direktoru azyaşlıya qarşı zorakılıq etdi - İDDİA/VİDEO

Bağça direktoru azyaşlıya qarşı zorakılıq etdi - İDDİA/VİDEO

Alimlərdən XƏBƏRDARLIQ: Artıq çəki yaddaşa təsir edir

Alimlərdən XƏBƏRDARLIQ: Artıq çəki yaddaşa təsir edir

"Qarabağ" "Dinamo" Zaqrebə UDUZDU

"Qarabağ" "Dinamo" Zaqrebə UDUZDU

Ərdoğan Trampla telefonla danışdı - Regional gərginlik müzakirə edildi

Ərdoğan Trampla telefonla danışdı - Regional gərginlik müzakirə edildi

Bakıda qadına cinsi zorakılıq edib 17 min manatını ələ keçirən TUTULDU - FOTO

Bakıda qadına cinsi zorakılıq edib 17 min manatını ələ keçirən TUTULDU - FOTO

Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanətlərinin verilməsinə RAZILAŞDI

Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanətlərinin verilməsinə RAZILAŞDI

Sakinlərin DİQQƏTİNƏ: Bakının bəzi yerlərində işıq olmayacaq

Sakinlərin DİQQƏTİNƏ: Bakının bəzi yerlərində işıq olmayacaq

Rekord həddə çatan qabarma sahilyanı əraziləri su altında qoydu - VİDEO

Rekord həddə çatan qabarma sahilyanı əraziləri su altında qoydu - VİDEO

“Real” azarkeşi “Barselona”nın stadionundan QOVULDU

“Real” azarkeşi “Barselona”nın stadionundan QOVULDU

Ucarda maşınlar toqquşdu - Xəsarət alan var

Ucarda maşınlar toqquşdu - Xəsarət alan var

Peskovdan Avropaya MESAJ: “Rusiya ilə dialoq tərəfdarları dəstəklənməlidir”

Peskovdan Avropaya MESAJ: “Rusiya ilə dialoq tərəfdarları dəstəklənməlidir”

ABŞ Ebola virusuna görə sərnişinlər üçün yeni qayda TƏTBİQ EDƏCƏK

ABŞ Ebola virusuna görə sərnişinlər üçün yeni qayda TƏTBİQ EDƏCƏK

Sabah bu rayonda QAZ OLMAYACAQ

Sabah bu rayonda QAZ OLMAYACAQ

End of content

No more pages to load

RADİO