XİN-dən Paşinyana CAVAB: “Ermənistanın sülhsevər ölkə olması ilə bağlı iddiaları təhqiramizdir"

XİN-dən Paşinyana CAVAB: “Ermənistanın sülhsevər ölkə olması ilə bağlı iddiaları təhqiramizdir
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Oktyabr 17-də Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa Parlamentinin sessiyası zamanı səsləndirdiyi bəyanat, növbəti dəfə bu ölkənin Azərbaycana qarşı təcavüzkar ritorika və ittihamları davam etdirərək sülh sazişi ilə bağlı perspektivləri daha da sarsıtmaqda qərarlı olduğunu nümayiş etdirdi". 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin N.Paşinyanın Avropa Parlamentində çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində bildirilib. 

"Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialarından əl çəkmədiyi bir vaxtda özünü sülhsevər, demokratik, beynəlxalq hüquqa hörmət edən ölkə kimi təqdim edən Ermənistandan bu cür iddiaları eşitmək təhqiramizdir. 
30 ilə yaxın müddət ərzində bir milyona qədər azərbaycanlının fundamental hüquqlarını pozan, azərbaycanlılara qarşı soyqırımı və kütləvi qırğınlar törətmiş bir ölkə olan Ermənistanın Azərbaycanı könüllü olaraq Ermənistana getmiş yerli ermənilərin “etnik təmizləməsi”ndə ittiham etməsi əsassız olmaqla yanaşı, regiona səfər edən, eləcə də Ermənistanda aktiv fəaliyyət göstərən BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabat və bəyanatları ilə açıq şəkildə ziddiyyət təşkil edir.

Bu, həmçinin 21 sentyabr tarixində Ermənistan ictimaiyyətinə müraciətində Qarabağ bölgəsindəki erməni sakinlərin təhdidlərlə üzləşmədiyini bildirən Ermənistan baş nazirinin bəyanatlarının bir-biri ilə nə qədər uyğunsuz olduğunu nümayiş etdirir.

Eyni zamanda, Ermənistanın tarixin və faktların açıq şəkildə saxtalaşdırılmasında nə qədər məşhur olduğu diqqətə alındıqda, sözügedən ölkənin baş nazirinin bu cür ziddiyyətli açıqlamalarını eşitmək təəccüb doğurmur. 

Qranada görüşünün yekun sənədindəki müstəqillik, suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı, güc tətbiq edilməməsi və güc təhdidindən imtina prinsiplərinə istinad edən baş nazir Nikol Paşinyan, Ermənistanın bu prinsipləri baş nazirin hakimiyyətdə olduğu 5 il də daxil olmaqla 30 ildən artıq müddətdə pozmasına baxmayaraq, 44 günlük müharibədən dərhal sonra məhz Azərbaycanın Ermənistana 5 baza prinsipi təqdim etdiyini unudur. 
Laçın yolunun guya “eksterritoriallığ”ı ilə bağlı baş nazirin iddialarına gəldikdə isə, Ermənistanın məkrli addımlarının qarşısını almaq üçün sərhəd nəzarət-buraxılış məntəqəsini təsis etməklə hərəkətin təhlükəsizliyini təmin etmək öhdəliyini yerinə yetirən Azərbaycandan fərqli olaraq, Ermənistanın hər vəchlə baş nazirin də birgə imzaladığı Üçtərəfli Bəyanata zidd olaraq, bu yoldan sui-istifadə etdiyini xatırlatmaq lazımdır. Azərbaycan öz ərazisindəki bütün yollar üzərində suverenliyə malik olduğu və bunun əksini sübut etmək cəhdlərinin əsassızlığı qeyd edilməlidir. 

Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycana qarşı təcavüz törətdiyini və ərazilərimizi işğal etdiyini diqqətə alındıqda, Ermənistan baş nazirinin ərazi bütövlüyünə və delimitasiyaya hörməti kvadrat kilometrlə ölçməyə çağırış etməsi ciddi deyil. Ermənistandan fərqli olaraq, Azərbaycan heç vaxt başqa ölkələrin ərazisinə iddia etməyib. 

Ermənistanın Azərbaycan və Türkiyəni blokadada ittiham etməsinin reallıqla heç bir əlaqəsi yoxdur.

Ermənistanın hərbi təcavüz və ərazi iddiaları səbəbindən regional layihələrdən təcrid olunması hər kəsə yaxşı məlumdur.

Üstəlik, görünür ki, Ermənistan Azərbaycanın öz ərazilərini azad etməsindən sonra da buna son qoymaq niyyətində deyil. Ermənistan tərəfi vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək, eyni zamanda bu istiqamətdə təhlükəsizliyi təmin etmək öhdəliyinin mövcud olduğunu yaxşı bilir.

Ermənistanın, həmçinin Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının tikintisini təmin etməklə bağlı öhdəliyi mövcuddur.

Təəssüf ki, bu ölkə belə bir fürsəti növbəti dəfə əldən verir. İran İslam Respublikasının ərazisi üzərindən Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək avtomobil və dəmir yollarının tikintisi haqqında Sazişin imzalanması bir daha Ermənistandan fərqli olaraq, Azərbaycanın alternativ marşrutlardan istifadə etməklə regionda nəqliyyat dəhlizlərinin inkişafına daim müsbət töhfə verdiyini göstərir. 
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, Azərbaycanın Qarabağ regionunda qondarma erməni rejiminin və qanunsuz silahlı qüvvələrin yaratdığı təhlükəni aradan qaldırdıqdan sonra Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi imkanların yarandığı bir dövrdə, Ermənistan baş nazirinin davam edən aqressiv ritorikası sülh perspektivlərinə xələl gətirir", - XİN-dən bildirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Qanunsuz əldə edilən əmlak dövlətə qaytarılacaq

Qanunsuz əldə edilən əmlak dövlətə qaytarılacaq

Atatürkün adını çəkməyən Sarala Türkiyə ictimaiyyətindən sərt reaksiya: “Var ol, Prezident Əliyev!” – FOTO

Atatürkün adını çəkməyən Sarala Türkiyə ictimaiyyətindən sərt reaksiya: “Var ol, Prezident Əliyev!” – FOTO

Azərbaycanda vəzifəli şəxslərə daha bir QADAĞA

Azərbaycanda vəzifəli şəxslərə daha bir QADAĞA

Adilə Abbasova vəfat etdi – FOTO

Adilə Abbasova vəfat etdi – FOTO

Vəzifəli şəxslər hədiyyə alarlarsa...

Vəzifəli şəxslər hədiyyə alarlarsa...

Azərbaycan 9 ayda 1,5 milyard manata yaxın borc qaytarıb

Azərbaycan 9 ayda 1,5 milyard manata yaxın borc qaytarıb

Vəzifəli şəxslərə əlavə iş və reklam QADAĞASI - Yeni qanun layihəsində nələr var?

Vəzifəli şəxslərə əlavə iş və reklam QADAĞASI - Yeni qanun layihəsində nələr var?

Qadınlar və kişilər arasında əməkhaqqı fərqinin ən böyük olduğu SAHƏLƏR – SİYAHI

Qadınlar və kişilər arasında əməkhaqqı fərqinin ən böyük olduğu SAHƏLƏR – SİYAHI

Azərbaycan XİN: Atatürkün əziz xatirəsini dərin ehtiramla yad edirik – FOTO

Azərbaycan XİN: Atatürkün əziz xatirəsini dərin ehtiramla yad edirik – FOTO

İndoneziya ilə dağ-mədən sahəsində tərəfdaşlıq imkanları müzakirə olunub – FOTO

İndoneziya ilə dağ-mədən sahəsində tərəfdaşlıq imkanları müzakirə olunub – FOTO

Bu marşrutlar üzrə avtobuslar yenilənir

Bu marşrutlar üzrə avtobuslar yenilənir

Azərbaycan və Rusiya RAZILIĞA GƏLDİ

Azərbaycan və Rusiya RAZILIĞA GƏLDİ

Terrorçuluğu maliyyələşdirən dəstə üzvlərinə hökm oxundu – FOTO-VİDEO

Terrorçuluğu maliyyələşdirən dəstə üzvlərinə hökm oxundu – FOTO-VİDEO

İlham Əliyevdən Ərdoğana MƏKTUB

İlham Əliyevdən Ərdoğana MƏKTUB

"Turan Tovuz" rəsmisindən klubun satılması xəbərlərinə CAVAB

"Turan Tovuz" rəsmisindən klubun satılması xəbərlərinə CAVAB

4 gündür axtarılırdı, meyiti tapıldı

4 gündür axtarılırdı, meyiti tapıldı

Duş qəbul edən gənc qızı və anasını gizlicə lentə aldı - TUTULDU

Duş qəbul edən gənc qızı və anasını gizlicə lentə aldı - TUTULDU

Şahmar Ələkbərovun nəvəsi Hollivudda məşhur aktrisa ilə eyni səhnədə yer aldı - VİDEO

Şahmar Ələkbərovun nəvəsi Hollivudda məşhur aktrisa ilə eyni səhnədə yer aldı - VİDEO

Erməni deputatlar arasında əlbəyaxa dava - ANBAAN VİDEO

Erməni deputatlar arasında əlbəyaxa dava - ANBAAN VİDEO

Arda Gülərin uşaqlıq dostu: “O dünya ulduzudur, mən isə zərgərlik mağazasında işləyirəm” – FOTO

Arda Gülərin uşaqlıq dostu: “O dünya ulduzudur, mən isə zərgərlik mağazasında işləyirəm” – FOTO

Ceyhun Bayramov Türkiyəyə GETDİ

Ceyhun Bayramov Türkiyəyə GETDİ

Deputatlar Atatürkün Bakıdakı abidəsini ziyarət etdi – FOTO

Deputatlar Atatürkün Bakıdakı abidəsini ziyarət etdi – FOTO

Anar Bayramov TƏBİB-in mətbuat katibini nazirliyə apardı - YENİ KADR DƏYİŞİKLİYİ

Anar Bayramov TƏBİB-in mətbuat katibini nazirliyə apardı - YENİ KADR DƏYİŞİKLİYİ

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

End of content

No more pages to load

RADİO