Böyük sərkərdə İlham Əliyevin 200 illik məğlubiyyətə son qoyan dərin STRATEGİYASI...

15 oktyabr Azərbaycanın tarixinə suverenliyimizin tam bərpa edildiyi gün olaraq düşdü. Bu tarixi Prezident İlham Əliyev və onun qurduğu Azərbaycan Ordusu yazıb. Düz iki əsr sonra ilk dəfə məğlubiyyət sindromu qırıldı, tarixi ədalət bərpa olundu.

Ali Baş Komandan İlham Əliyev 2003-cü ildə ilk dəfə Prezident seçiləndə torpaqlarımızın azad olunacağını, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa ediləcəyini bəyan etmişdi.

Tarix təsdiq etdi ki, Azərbaycan lideri o vaxt vəd vermirdi, əslində hədəfi göstərirdi və ölkəyə rəhbərlik etdiyi dövrdə bu müqəddəs məqsədə nail olmaq uğrunda durmadan çalışırdı. Qüdrətli Ordu yaratdı, iqtisadi müstəqilliyə nail oldu, Azərbaycanı dünya siyasətində qərarverici mövqeyə çıxardı.

Və bütün bunların fonunda işğalçı Ermənistanı siyasi və iqtisadi layihələrdən kənarda saxlamağa nail oldu. Əgər I Qarabağ müharibəsində beynəlxalq şərtlər işğalçının xeyrinə idisə, Prezident İlham Əliyev bu şərtləri Azərbaycanın xeyrinə dəyişdi. Buna dərin zəkası, strateji ağlı ilə nail oldu.

Ən əsası Azərbaycanın ərazi bütövlüyü və suverenliyindən bir addım da geri çəkilməyərək, prinsipial mövqe sərgilədi. Məhz İlham Əliyevin bu qətiyyəti bizə bugünkü Zəfəri yaşadır. Əslində bu gün bölgədə baş verənləri nə dünya ölkələri, nə də Ermənistan təsəvvür belə etməzdi.
44 günlük Vətən müharibəsində Azərbaycan torpaqlarını işğaldan azad etdi. Lakin Qarabağda hələ də erməni separatizmi davam edir, üçüncü qüvvələrə arxalanaraq, “dövlətçik” oyunları oynayırdılar. Ermənistan da öz silahlı dəstələrini ərazimizdən çıxarmaqdan imtina etdi və separatçı-terrorçuları dəstəklədi.

Rəsmi Bakı dəfələrlə xəbərdarlıq etsə də, bu vəziyyət dəyişmirdi. Ermənilər hesab edirdilər ki, hər şey bununla bitib və separatçıların mövcud olduqları ərazilərdə hansısa qondarma “qurum” yarada biləcəklər, Azərbaycan da bunu qəbul etməyə məcbur olacaq.

Hərçənd ki, heç biri – nə Ermənistan, nə separatçılar, nə də onları dəstəkləyən ölkələr Prezident İlham Əliyevin qətiyyətini, zəkasını və strateji qabiliyyətini hesablaya bilməmişdi.

Azərbaycan lideri Vətən müharibəsindən sonra mühüm gedişlər etdi. Qarabağda ordumuzun mövqeləri gücləndirildi, strateji yüksəkliklərə nəzarət bərpa olundu və separatçıların ətrafında halqa daraldı. Laçın yoluna nəzarət gücləndirildi.

Əvvəlcə vizual nəzarət edilsə də, yekunda Laçın sərhəd-keçid məntəqəsi quruldu və bununla “Laçın dəhlizi” tarixin zibilliyinə atıldı. Bu erməni separatizminin çıxış yolunun bağlanması demək idi. Daha sonra erməni əhalisinin təminatının Azərbaycan ərazisindən – Ağdam-Xankəndi yolundan həyata keçirilməsi irəli sürüldü və erməni separatizmini dəstəkləyən bütün qüvvələr fakt qarşısında qaldı.

Və elə bir vəziyyət yaradıldı ki, Xankəndidə özlərinə yuva qurduqlarını düşünən separatçı-terrorçuların təslim olmaqdan başqa çıxış yolu qalmadı. Lakin onlar mahiyyətlərinə uyğun olaraq terrora əl atdılar. Buna cavab olaraq Ordumuz hərəkətə keçdi, cəmi 24 saata erməni silahlı dəstələr darmadağın edildi, separatçılar təslim oldular. 24 saatlıq antiterror tədbirləri nəticəsində Qarabağda vəziyyət tamamilə dəyişdi.

Beləliklə, tarix Prezident İlham Əliyevin 44 gün+24 saat planına şahidlik etdi. Qüsursuz olan bu plan təkcə Azərbaycanın yox, həm də dünyanın hərb tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan yerləşdiyimiz coğrafiyanın siyasi şərtlərini dəyişdirdi.
15 oktyabr tariximizin yeni səhifəsinin başlanğıdır. Tarixi ədaləti bərpa edən qalib böyük sərkərdə İlham Əliyev Xankəndidə, Xocalıda, Xocavənddə, Əsgəranda, Ağdərədə üçrəngli dövlət bayrağımızı dalğalandırdı. Azərbaycanı postsovet məkanında ərazi bütövlüyünü və suverenliyini bərpa edən ilk ölkəyə, XXI əsrin qalib dövlətinə çevirdi.

Ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edildi, torpaqlarımızda erməni separatizmi məhv edildi, azərbaycanlılara qarşı soyqırımı törətmiş cinayətkarlar qandallanaraq, Bakıya gətirildi və ədalət bərpa olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyev bunu bacardı, bizə - Azərbaycan xalqına bu Zəfəri yaşatdı.

Və ən əsası 200 ildir davam edən məğlubiyyət sindromunu bu qələbə ilə qırdı, tarixi yenidən yaratdı. Ədalət Zəfər çaldı, məhz Prezident İlham Əliyev ədalətin zəfər çalmasını təmin etdi.

Bizə yalnız bir söz demək qalır: Yaşasın Azərbaycan! Yaşasın Müzəffər Ali Baş Komandan

Vasif Həsənli

Demokrat.az xəbər portalının baş redaktoru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Liderlər və birinci xanımlar “Ark” qalasında

Liderlər və birinci xanımlar “Ark” qalasında

Günəş sistemi ilə bağlı sirri açıldı: Yer əslində necə yaranıb? - ŞOK ARAŞDIRMA

Günəş sistemi ilə bağlı sirri açıldı: Yer əslində necə yaranıb? - ŞOK ARAŞDIRMA

Prezidentlər və birinci xanımların İsmayıl Samani türbəsini ziyarətindən VİDEO

Prezidentlər və birinci xanımların İsmayıl Samani türbəsini ziyarətindən VİDEO

Çindən gətirilən bəzi məhsullarda uyğunsuzluq aşkarlandı – SİYAHI – FOTO

Çindən gətirilən bəzi məhsullarda uyğunsuzluq aşkarlandı – SİYAHI – FOTO

İllərdir itkin hesab edilirdilər... – Vətənlərinə belə qayıtdılar – FOTO

İllərdir itkin hesab edilirdilər... – Vətənlərinə belə qayıtdılar – FOTO

Allergiyadan əziyyət çəkənlərin NƏZƏRİNƏ – Qidalarla bağlı yeni qayda TƏSDİQLƏNDİ – RƏSMİ

Allergiyadan əziyyət çəkənlərin NƏZƏRİNƏ – Qidalarla bağlı yeni qayda TƏSDİQLƏNDİ – RƏSMİ

Beyni qoruyan qida:Bitki mənşəli zülalla zəngin 3 faydalı məhsul

Beyni qoruyan qida:Bitki mənşəli zülalla zəngin 3 faydalı məhsul

Dostluqdan müttəfiqliyə, müttəfiqlikdən əbədiyyətə: Azərbaycan-Özbəkistan münasibətlərində YENİ TARİX

Dostluqdan müttəfiqliyə, müttəfiqlikdən əbədiyyətə: Azərbaycan-Özbəkistan münasibətlərində YENİ TARİX

34 yaşlı mühafizəçinin meyiti aptekdə tapıldı

34 yaşlı mühafizəçinin meyiti aptekdə tapıldı

Xələf Xələfova AĞIR İTKİ – FOTO

Xələf Xələfova AĞIR İTKİ – FOTO

Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ

Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ

Adapter daim elektrikə qoşulu qalarsa, nə baş verər?

Adapter daim elektrikə qoşulu qalarsa, nə baş verər?

Bakı metrosunda qatarların hərəkət intervalı azaldılacaq? – RƏSMİ AÇIQLAMA

Bakı metrosunda qatarların hərəkət intervalı azaldılacaq? – RƏSMİ AÇIQLAMA

Azərbaycanda ƏMƏLİYYAT – Qaçaq yolla gətirilən narkotik belə aşkarlandı – VİDEO

Azərbaycanda ƏMƏLİYYAT – Qaçaq yolla gətirilən narkotik belə aşkarlandı – VİDEO

Uzunsov telefonlar populyarlığını itirir— Bu modellər yenidən dəbə qayıdır

Uzunsov telefonlar populyarlığını itirir— Bu modellər yenidən dəbə qayıdır

“TikTok” üçün video çəkərkən “tok” vuran yeniyetmə vəfat etdi – FOTO

“TikTok” üçün video çəkərkən “tok” vuran yeniyetmə vəfat etdi – FOTO

“Qırmızı Körpü”də ƏMƏLİYYAT – Gömrükdə bəyan edilməyən dərmanlar aşkarlandı – FOTO

“Qırmızı Körpü”də ƏMƏLİYYAT – Gömrükdə bəyan edilməyən dərmanlar aşkarlandı – FOTO

Evinizin sərin olmasını istəyirsinizsə işıqlandırmanı düzgün seçin: Ağ, yoxsa sarı?

Evinizin sərin olmasını istəyirsinizsə işıqlandırmanı düzgün seçin: Ağ, yoxsa sarı?

Biznesini başqa ölkələrə köçürənlərin DİQQƏTİNƏ - Bu halda fəaliyyətiniz bloklanacaq

Biznesini başqa ölkələrə köçürənlərin DİQQƏTİNƏ - Bu halda fəaliyyətiniz bloklanacaq

Tovuzda AĞIR QƏZA – Xəsarət alan var

Tovuzda AĞIR QƏZA – Xəsarət alan var

İmişlidə toyda qəfil ölən 25 yaşlı oğlanın FOTOSU

İmişlidə toyda qəfil ölən 25 yaşlı oğlanın FOTOSU

Suriyada partlayış olub - Ölən və yaralananlar var

Suriyada partlayış olub - Ölən və yaralananlar var

Azad edilmiş ərazilərdə 1 829 hektardan çox ərazi minalardan təmizlənib

Azad edilmiş ərazilərdə 1 829 hektardan çox ərazi minalardan təmizlənib

Xarici pasportu olanlara MÜHÜM XƏBƏRDARLIQ

Xarici pasportu olanlara MÜHÜM XƏBƏRDARLIQ

End of content

No more pages to load

RADİO