“Fransa belə davam etsə, Ermənistan adlı dövlət qalmayacaq” – Deputat 

Belə görünür ki, Fransa təlim çətiri adı altında tədricən Ermənistanda hərbi varlığını gücləndirməyə çalışır. Belə ki, erməni mətbuatının yazdığına görə, Fransanın bir qrup hərbi kontingenti İrəvana gəlib. Kontingentə 56 əsgər, 2 xilasedici it, 1 mobil idarəetmə stansiyası, 8 ton avadanlıq daxildir. İki təyyarə ilə gələn hərbi qrupu Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi qarşılayıb.

Adı xilasetmədir, əslində isə...

Rəsmi məlumatda qeyd olunur ki, Fransa hərbçiləri Ermənistan və Avropa İttifaqının xilasediciləri ilə birlikdə “HOPE 2023” təlimində iştirak edəcəklər. Artıq Kipr və Monteneqronun axtarış-xilasetmə qrupları da Ermənistandadır.

Sirr deyil ki, son zamanlar Fransa Ermənistanın təhlükəsizliyində rolunu artırmaq istiqamətində addımlar atır. Bu müstəvidə Paris hətta Azərbaycanla Ermənistan arasında münasibətlərdə sırf ermənipərəst mövqe sərgiləməklə yer almağa çalışır. Antirus siyasi kursu götürən Paşinyan hakimiyyəti də öz növbəsində KTMT-dən çıxmaq və hamiləri qismində rusları fransızlarla əvəzləmək niyyətindədir.

Fransa Ermənistanı yeni savaşa hazırlayır?

Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov bildirir ki, ermənilər fransızlara arxayınlaşaraq, axmaq fikrə düşsələr, başlarına daha pis müsibətlər gələcək: 

“Nəticədə Cənubi Qafqaz ermənisiz qalacaq, bölgədə Ermənistan adında dövlət olmayacaq. Fransa Birinci Dünya Müharibəsi dövründə öz maraqlarını həyata keçirmək üçün ermənilərdən alət kimi istifadə edib. Paris hələ o vaxtı Osmanlı dövlətini dağıdıb, ermənilərə də həmin ərazilərdən pay verəcəyini vəd etmişdi. 

Həmin illərdə Fransa qoşununun tərkibində silahlandırılmış on minlərlə erməni də iştirak edirdi. Onun sonu nə oldu, məlumdur. İndiki Fransa da həmin müstəmləkəçi Fransadır. Paris başına dəyən yumruqlardan ağıllanmayan, düzgün nəticə çıxarmayan erməniləri yeni də öz əlində alətə çevirir. Ermənilər elə bilir ki, Paris onları sevdiyindən bu hərəkətləri edir. Qətiyyən belə deyil”. 

Deputatın sözlərinə görə, Fransa ermənilər vasitəsilə, yenidən onlardan istifadə etməklə Cənubi Qafqazda yerləşmək istəyir:

“Fransanın bir qrup hərbçisi İrəvanın dəvətilə Ermənistandadır. Ancaq ermənilər unudur ki, onları dünyanın müxtəlif yerlərindən köçürüb, dədə-baba torpaqlarımızda yerləşdirən və burada onlara dövlət yaradan Rusiya olub. İrəvan başa düşməlidir ki, Rusiya bu ərazidəki yerini heç kimə, o cümlədən Fransaya güzəştə getməyəcək. 

Amma Fransanın bu hərəkətləri və İrəvanın da ona getməsi nəticəsində Cənubi Qafqaz ermənisiz qalacaq və bölgədə Ermənistan adında dövlət olmayacaq. Azərbaycan Prezidenti dəfələrlə Ermənistana xəbərdarlıq edib. Rusiya, Türkiyə də onlara xəbərdarlıq edir. Ancaq ermənilər bu xəbərdarlıqlardan nəticə çıxarmırlar. 

Onun nəticəsidir ki, 44 günlük müharibədə və 24 saatlıq antiterror tədbirlərində darmadağın oldular.

İndi də fransızlara arxayın olaraq, axmaq fikrə düşsələr, başlarına daha pis müsibətlər gələcək. Ermənistan özünün işğalçı, düşmən siyasətindən əl çəkmir. Bu siyasəti indi də Parisin təhrikilə davam etdirəcəklərsə, onları daha ağır fəlakətlər, faciələr gözləyir”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Külli miqdarda oğurluq edib Rusiyaya qaçmışdı – Bakıya gətirilir

Külli miqdarda oğurluq edib Rusiyaya qaçmışdı – Bakıya gətirilir

Şəhərətrafı qatarların hərəkət cədvəli DƏYİŞİR

Şəhərətrafı qatarların hərəkət cədvəli DƏYİŞİR

Bakının bu rayonunda su olmayacaq

Bakının bu rayonunda su olmayacaq

Ali məktəblərə ixtisas seçiminin nəticələri ELAN OLUNDU

Ali məktəblərə ixtisas seçiminin nəticələri ELAN OLUNDU

I sinfə qəbul üçün qeydiyyatdan keçən şagirdlərin sayı AÇIQLANDI

I sinfə qəbul üçün qeydiyyatdan keçən şagirdlərin sayı AÇIQLANDI

Ağdamda açıq sahədə yanğın başlayıb

Ağdamda açıq sahədə yanğın başlayıb

Dövlət Statistika Komitəsində bir vəzifə LƏĞV OLUNDU

Dövlət Statistika Komitəsində bir vəzifə LƏĞV OLUNDU

Özbəkistanla Ordubadı birləşdirən 500 illik SİRR

Özbəkistanla Ordubadı birləşdirən 500 illik SİRR

Kofe sevənlərə BƏD XƏBƏR

Kofe sevənlərə BƏD XƏBƏR

“Sabah” – “Hapoel” matçına satılan biletlərin SAYI AÇIQLANDI

“Sabah” – “Hapoel” matçına satılan biletlərin SAYI AÇIQLANDI

Leyla Əliyeva Şavkat Mirziyoyevin qızları ilə FOTO

Leyla Əliyeva Şavkat Mirziyoyevin qızları ilə FOTO

Laçında Beynəlxalq Film Festivalı başladı

Laçında Beynəlxalq Film Festivalı başladı

Azərbaycan Özbəkistana bu məhsulları satacaq

Azərbaycan Özbəkistana bu məhsulları satacaq

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 100-ə çatıb

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 100-ə çatıb

Prezidentlərin ziyarət etdiyi minillik MEMARLIQ İNCİSİ - İsmayıl Samani türbəsinin MARAQLI HEKAYƏSİ – FOTO

Prezidentlərin ziyarət etdiyi minillik MEMARLIQ İNCİSİ - İsmayıl Samani türbəsinin MARAQLI HEKAYƏSİ – FOTO

Sürücülərin NƏZƏRİNƏ - Bu yolda hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ - Bu yolda hərəkət məhdudlaşdırılacaq

Paltaryuyan maşının dostu - Sirkə hər şeyi həll edir

Paltaryuyan maşının dostu - Sirkə hər şeyi həll edir

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksini ZİYARƏT ETDİLƏR - VİDEO

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksini ZİYARƏT ETDİLƏR - VİDEO

Liderlər və ailə üzvləri “Ark” qalasında - VİDEO

Liderlər və ailə üzvləri “Ark” qalasında - VİDEO

Günəş sistemi ilə bağlı sirri açıldı: Yer əslində necə yaranıb? - ŞOK ARAŞDIRMA

Günəş sistemi ilə bağlı sirri açıldı: Yer əslində necə yaranıb? - ŞOK ARAŞDIRMA

Prezidentlər və birinci xanımların İsmayıl Samani türbəsini ziyarətindən VİDEO

Prezidentlər və birinci xanımların İsmayıl Samani türbəsini ziyarətindən VİDEO

Çindən gətirilən bəzi məhsullarda uyğunsuzluq aşkarlandı – SİYAHI – FOTO

Çindən gətirilən bəzi məhsullarda uyğunsuzluq aşkarlandı – SİYAHI – FOTO

İllərdir itkin hesab edilirdilər... – Vətənlərinə belə qayıtdılar – FOTO

İllərdir itkin hesab edilirdilər... – Vətənlərinə belə qayıtdılar – FOTO

Allergiyadan əziyyət çəkənlərin NƏZƏRİNƏ – Qidalarla bağlı yeni qayda TƏSDİQLƏNDİ – RƏSMİ

Allergiyadan əziyyət çəkənlərin NƏZƏRİNƏ – Qidalarla bağlı yeni qayda TƏSDİQLƏNDİ – RƏSMİ

End of content

No more pages to load

RADİO