Şərqi Nusa-Tenqarada (İndoneziya) 7,7 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələ nəticəsində 100 nəfər ağır xəsarətlər alaraq həlak olublar.
Zəlzələ nəticəsində 1 603 nəfər yaralanıb, 180 327 nəfər isə qaçqın düşərgələrində yerləşmək məcburiyyətində qalıb.
Qeyd edək ki, iyunun 15-də baş vermiş zəlzələdən sonra 6 409 afterşok qeydə alınıb. Onlardan ən güclüsü 6,2 maqnitudalı olub.
Bizim.Media