Ombudsman Moldova parlamentinin sədrini Ermənistanın müharibə cinayətləri barədə MƏLUMATLANDIRDI

"İşğaldan azad olunmuş torpaqlarımızda Ermənistan tərəfindən basdırılmış minalar hərbi qulluqçularımızın və mülki şəxslərin həyatına son qoymaqda davam edir".

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Kişineuda Moldova parlamentinin sədri İqor Qrosu ilə görüşündə söyləyib.

S.Əliyeva bildirib ki, Azərbaycan tərəfi işğaldan azad olunmuş ərazilərimizdə basdırılmış minaların düzgün xəritələrini dəfələrlə tələb etməsinə baxmayaraq, Ermənistanın xəritələri təhvil verməkdən boyun qaçırması bu ölkənin günahsız insanların qətlində maraqlı olduğunu, beynəlxalq humanitar hüquq normalarına etinasız münasibətini bir daha göstərir.

Azərbaycan torpaqlarında Ermənistan tərəfindən törədilən müharibə cinayətləri barədə ətraflı məlumat verən Ombudsman qeyd edib ki, Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4 000-ə yaxın azərbaycanlının taleyi bu günədək naməlum qalır.

Bu cür faktlar Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərini, beynəlxalq hüququn norma və prinsiplərinin birbaşa pozulması hallarını sübut edir.
Ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu deyən İqor Qrosu bildirib ki, Moldova haqlı mübarizəsində həmişə Azərbaycanın yanında olub. Bu gün də Moldova dövləti Azərbaycanda baş verən hadisələri diqqətlə izləyir.

“Moldova ilə Azərbaycan arasında müxtəlif sahələrdə sıx əlaqələr və səmərəli əməkdaşlıq mövcuddur. Onlar ümumi dəyərlərə, sülh və sabitliyi paylaşdığımız öhdəliyə əsaslanır. Biz bu əlaqələri möhkəmləndirmək istəyirik”, - İ.Qrosu əlavə edib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da müzakirələr aparılıb. Müzakirələrdə Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov da iştirak edib.

Qeyd edək ki, S.Əliyeva Moldova Xalq Müdafiəçisi Aparatının yaradılmasının 25-ci ildönümü ilə bağlı keçirilən beynəlxalq konfransda iştirak etmək üçün Kişineuda səfərdədir. Azərbaycan Ombudsmanı səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda üç uşağına aliment verməyən ata HƏBS EDİLDİ

Bakıda üç uşağına aliment verməyən ata HƏBS EDİLDİ

Elgiz Əkbərin “Toy olsun”u efirə qayıdır? – Özü açıqladı – VİDEO

Elgiz Əkbərin “Toy olsun”u efirə qayıdır? – Özü açıqladı – VİDEO

Toya xeyli pul xərcləyənlər arasında BOŞANMALAR daha çoxdur

Toya xeyli pul xərcləyənlər arasında BOŞANMALAR daha çoxdur

Şəhid qızının uğuru: 676 balla Tibb Universitetinə qəbul oldu

Şəhid qızının uğuru: 676 balla Tibb Universitetinə qəbul oldu

Oğlu Lamiyə Ələkbərovanı sevindirdi – FOTO

Oğlu Lamiyə Ələkbərovanı sevindirdi – FOTO

Tbilisidə faciə: 15 yaşlı azərbaycanlı oğlan göldə boğuldu - FOTO

Tbilisidə faciə: 15 yaşlı azərbaycanlı oğlan göldə boğuldu - FOTO

700 bal toplayan Samir bu universitetdə təhsil alacaq

700 bal toplayan Samir bu universitetdə təhsil alacaq

Kiyevdən yeni hərbi plan: Səfərbərlik yaşı dəyişir

Kiyevdən yeni hərbi plan: Səfərbərlik yaşı dəyişir

Canlı yayımda söyüş söyən şəxs həbs edildi

Canlı yayımda söyüş söyən şəxs həbs edildi

Möhsün Rezai Asim Munirlə görüşdə: “Vaşinqton öz siyasətini dəyişməlidir”

Möhsün Rezai Asim Munirlə görüşdə: “Vaşinqton öz siyasətini dəyişməlidir”

DİQQƏT: ASAN Xidmət, klinika və onlarla kənd işıqsız qalacaq

DİQQƏT: ASAN Xidmət, klinika və onlarla kənd işıqsız qalacaq

Prezidentin Özbəkistana iki günlük səfərindən növbəti GÖRÜNTÜLƏR

Prezidentin Özbəkistana iki günlük səfərindən növbəti GÖRÜNTÜLƏR

Yaponiyanın Baş naziri tənhalıqdan tarakanla dostlaşdığını etiraf edib

Yaponiyanın Baş naziri tənhalıqdan tarakanla dostlaşdığını etiraf edib

Yaşları artdıqca daha da cazibədar olan 3 BÜRC

Yaşları artdıqca daha da cazibədar olan 3 BÜRC

Ağ Evdən xəbərdarlıq: İranla işləyənlər dollar sistemindən qovulacaq

Ağ Evdən xəbərdarlıq: İranla işləyənlər dollar sistemindən qovulacaq

İsmayıllıda qəza: Sürücü hadisə yerində həyatını itirdi

İsmayıllıda qəza: Sürücü hadisə yerində həyatını itirdi

Ağdamda minalanmış ərazi YANIR - FOTO

Ağdamda minalanmış ərazi YANIR - FOTO

Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rənglərinə büründü - FOTO

Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rənglərinə büründü - FOTO

Xalq artisti Tofiq Bakıxanovun harada dəfn olunacağı açıqlandı

Xalq artisti Tofiq Bakıxanovun harada dəfn olunacağı açıqlandı

Lənkəranda qeyri-adi ördək: Sahibinin yanından ayrılmır - VİDEO

Lənkəranda qeyri-adi ördək: Sahibinin yanından ayrılmır - VİDEO

ABŞ Suriyanı terroru maliyyələşdirən ölkələr siyahısından ÇIXARDI

ABŞ Suriyanı terroru maliyyələşdirən ölkələr siyahısından ÇIXARDI

Prezident İlham Əliyevin Özbəkistana səfərindən VİDEOÇARX

Prezident İlham Əliyevin Özbəkistana səfərindən VİDEOÇARX

Bakıda maşında qadın DÖYÜLDÜ

Bakıda maşında qadın DÖYÜLDÜ

Əmir Hatəmi: "İran 20 nəsil döyüşə bilər"

Əmir Hatəmi: "İran 20 nəsil döyüşə bilər"

End of content

No more pages to load

RADİO