İran xalqı 20 nəsil boyunca döyüşməyə hazırdır və ölkəyə zərər vurulmasına imkan verməyəcək.
Bizim.Media "IRIBNews"a istinadla xəbər verir ki, bu barədə İran Ordusunun baş komandanı Əmir Hatəmi deyib.
O bildirib ki, İran hakimiyyəti ölkənin düşmənin planları və avantürası üçün sınaq meydançasına çevrilməsinə icazə verməyəcək.
"İranlılar ardıcıl 20 nəsil boyunca belə döyüşəcək və İrana zərər vurulmasına icazə verməyəcəklər. Düşmən bilməlidir: İran onun avantüralarını sınaqdan keçirmək üçün meydan deyil", — deyə general əlavə edib.
Bizim.Media