Vətən müharibəsi şəhidi, leytenant Ceyhun Niftəliyevin qızı Ayan Niftəliyeva Azərbaycan Tibb Universitetinə qəbul olub.
Bizim.Media “modern.az”a istinadla xəbər verir ki, bu barədə Zəfər şəhid ailələrinə dəstək ictimai birliyinin sosial şəbəkə hesabında məlumat verilib.
Belə ki, Göygöl Rayon Texniki və Təbiət Fənləri Təmayüllü Liseyinin məzunu olan Ayan Niftəliyeva IV ixtisas qrupu üzrə qəbul imtahanında 676 bal toplayıb. O, yüksək nəticə ilə Azərbaycan Tibb Universitetinin Tibb ixtisasına qəbul olmaq hüququ qazanıb.
Qeyd edək ki, şəhid Ceyhun Niftəliyevin digər övladı Nihad Niftəliyev də 3 il əvvəl yüksək balla Azərbaycan Tibb Universitetinin Stomatologiya ixtisasına qəbul olub.
Nihad Niftəliyev eyni zamanda, “Əmanətə sədaqət” adlı təqaüd proqramının iştirakçılarındandır.
Bizim.Media