İsmayıllı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Bizim.Media xəbər verir ki, bu gün axşam saatlarında Muğanlı–İsmayıllı avtomobil yolunun 29-cu kilometrliyində hərəkətdə olan minik avtomobili yoldan çıxaraq aşıb.
İlkin ehtimala görə, qəza nəticəsində sürücü hadisə yerində ölüb. Qəzanın başvermə və ölümün səbəbi araşdırmadan sonra məlum olacaq.
Bizim.Media