Toya xeyli pul xərcləyənlər arasında BOŞANMALAR daha çoxdur

Bahalı toy və bahalı nişan üzüyü xoşbəxt və uzunömürlü evliliyə zəmanət vermir. Əksinə, yeni araşdırma yüksək toy xərcləri ilə boşanma ehtimalı arasında əlaqə olduğunu göstərib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Emori Universitetinin iqtisadçıları Endryu Frensis-Tan və Hüqo Mialon 3 mindən çox evli şəxsin məlumatlarını təhlil ediblər.
 

Araşdırmada ən azı bir dəfə evli olmuş 3151 amerikalı iştirak edib. Onlardan nişan üzüyünə və toy mərasiminə nə qədər pul xərclədikləri soruşulub. Alimlər ailənin gəliri, evlənmə yaşı, uşaqların olması, nikahdan əvvəl birlikdə yaşamaq və digər demoqrafik amilləri də nəzərə alıblar.


Nəticələr göstərib ki, nişan üzüyünə 2-4 min dollar xərcləyən kişilərin boşanmış olma ehtimalı üzüyə 500-2000 dollar xərcləyənlərlə müqayisədə təxminən 1,3 dəfə yüksək olub.
Toy xərcləri ilə bağlı fərq isə daha diqqətçəkən olub.

Toyuna 20 min dollardan çox pul xərclənən qadınların boşanma ehtimalı toy büdcəsi 5-10 min dollar olan qadınlarla müqayisədə təxminən 3,5 dəfə yüksək çıxıb. Ən aşağı boşanma göstəricilərindən biri isə toyuna 1000 dollardan az pul xərcləyən cütlüklərdə qeydə alınıb.
 

Araşdırmada başqa maraqlı məqam da ortaya çıxıb. Toyda qonaqların sayının çox olması, əksinə, daha uzunmüddətli nikahla əlaqələndirilib. Burada söhbət toyun bahalı olmasından deyil, mərasimdə daha çox qohum, dost və yaxın insanın iştirak etməsindən gedir.
Alimlər hesab edirlər ki, geniş sosial çevrənin dəstəyi cütlüyün münasibətlərinə müsbət təsir göstərə bilər.


Bahalı toylarla boşanma arasındakı əlaqənin səbəblərindən biri kimi maliyyə stressi göstərilir. Toy üçün böyük məbləğdə pul xərcləmək və borclanmaq yeni ailənin üzərinə əlavə iqtisadi yük sala, bu da sonradan mübahisə və gərginliyə səbəb ola bilər.

Tədqiqatçılar bunun səbəb-nəticə əlaqəsini qəti şəkildə sübut etmədiyini vurğulayıblar. Bununla belə, nəticələr göstərir ki, dəbdəbəli toy və bahalı üzük möhkəm evliliyin təminatı deyil. Daha az xərc və daha çox yaxın insanın iştirakı isə daha uzun nikahla əlaqəli ola bilər. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda üç uşağına aliment verməyən ata HƏBS EDİLDİ

Bakıda üç uşağına aliment verməyən ata HƏBS EDİLDİ

Elgiz Əkbərin “Toy olsun”u efirə qayıdır? – Özü açıqladı – VİDEO

Elgiz Əkbərin “Toy olsun”u efirə qayıdır? – Özü açıqladı – VİDEO

Toya xeyli pul xərcləyənlər arasında BOŞANMALAR daha çoxdur

Toya xeyli pul xərcləyənlər arasında BOŞANMALAR daha çoxdur

Şəhid qızının uğuru: 676 balla Tibb Universitetinə qəbul oldu

Şəhid qızının uğuru: 676 balla Tibb Universitetinə qəbul oldu

Oğlu Lamiyə Ələkbərovanı sevindirdi – FOTO

Oğlu Lamiyə Ələkbərovanı sevindirdi – FOTO

Tbilisidə faciə: 15 yaşlı azərbaycanlı oğlan göldə boğuldu - FOTO

Tbilisidə faciə: 15 yaşlı azərbaycanlı oğlan göldə boğuldu - FOTO

700 bal toplayan Samir bu universitetdə təhsil alacaq

700 bal toplayan Samir bu universitetdə təhsil alacaq

Kiyevdən yeni hərbi plan: Səfərbərlik yaşı dəyişir

Kiyevdən yeni hərbi plan: Səfərbərlik yaşı dəyişir

Canlı yayımda söyüş söyən şəxs həbs edildi

Canlı yayımda söyüş söyən şəxs həbs edildi

Möhsün Rezai Asim Munirlə görüşdə: “Vaşinqton öz siyasətini dəyişməlidir”

Möhsün Rezai Asim Munirlə görüşdə: “Vaşinqton öz siyasətini dəyişməlidir”

DİQQƏT: ASAN Xidmət, klinika və onlarla kənd işıqsız qalacaq

DİQQƏT: ASAN Xidmət, klinika və onlarla kənd işıqsız qalacaq

Prezidentin Özbəkistana iki günlük səfərindən növbəti GÖRÜNTÜLƏR

Prezidentin Özbəkistana iki günlük səfərindən növbəti GÖRÜNTÜLƏR

Yaponiyanın Baş naziri tənhalıqdan tarakanla dostlaşdığını etiraf edib

Yaponiyanın Baş naziri tənhalıqdan tarakanla dostlaşdığını etiraf edib

Yaşları artdıqca daha da cazibədar olan 3 BÜRC

Yaşları artdıqca daha da cazibədar olan 3 BÜRC

Ağ Evdən xəbərdarlıq: İranla işləyənlər dollar sistemindən qovulacaq

Ağ Evdən xəbərdarlıq: İranla işləyənlər dollar sistemindən qovulacaq

İsmayıllıda qəza: Sürücü hadisə yerində həyatını itirdi

İsmayıllıda qəza: Sürücü hadisə yerində həyatını itirdi

Ağdamda minalanmış ərazi YANIR - FOTO

Ağdamda minalanmış ərazi YANIR - FOTO

Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rənglərinə büründü - FOTO

Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rənglərinə büründü - FOTO

Xalq artisti Tofiq Bakıxanovun harada dəfn olunacağı açıqlandı

Xalq artisti Tofiq Bakıxanovun harada dəfn olunacağı açıqlandı

Lənkəranda qeyri-adi ördək: Sahibinin yanından ayrılmır - VİDEO

Lənkəranda qeyri-adi ördək: Sahibinin yanından ayrılmır - VİDEO

ABŞ Suriyanı terroru maliyyələşdirən ölkələr siyahısından ÇIXARDI

ABŞ Suriyanı terroru maliyyələşdirən ölkələr siyahısından ÇIXARDI

Prezident İlham Əliyevin Özbəkistana səfərindən VİDEOÇARX

Prezident İlham Əliyevin Özbəkistana səfərindən VİDEOÇARX

Bakıda maşında qadın DÖYÜLDÜ

Bakıda maşında qadın DÖYÜLDÜ

Əmir Hatəmi: "İran 20 nəsil döyüşə bilər"

Əmir Hatəmi: "İran 20 nəsil döyüşə bilər"

End of content

No more pages to load

RADİO