Aparıcı Elgiz Əkbər yeni verilişinin sentyabr ayından etibarən həftəiçi hər gün ekranlarda olacağını açıqlayıb.
Bizim.Media “yenisabah.az”a istinadla xəbər verir ki, o, efirə tək çıxacağını və yanında başqa aparıcının olmayacağını bildirib:
“Hamı yazır ki, yeni layihəniz “Toy olsun” verilişi formatında olsun. Niyə də olmasın? Əslində bu mövsüm üçün nəzərdə tutmamışdım, amma olsun”.
Qeyd edək ki, aparıcı Elgiz Əkbər bir neçə gün öncə yeni layihə ilə efirə qayıdacağını bildirmişdi. Hələlik verilişin hansı kanalda yayımlanacağı məlum deyil.
Bizim.Media