İranın Zəngəzur təxribatının qarşısı necə alınıb? – SENSASİON DETALLAR 

“Türkiye” qəzeti regionumuzla bağlı sensasion iddia ilə çıxış edib. Nəşrin məlumatına görə, İran və Ermənistan Zəngəzurda qoşun toplayır.

İranla Ermənistanın sıx əlaqədə olduğu hər kəsə bəllidir. Tehran hətta Zəngəzur dəhlizinə qarşı çıxaraq, onun İran üçün qırmızı xətt olduğunu bəyan edib. Eyni zamanda görünən odur ki, Qərbdə bəzi qüvvələr İranın da prosesə müdaxiləsilə regionda gərginliyin yenidən alovlanmasında maraqlıdırlar. 

Görəsən, İranla Ermənistan Zəngəzurda qoşun toplamaqla Azərbaycana qarşı hansı təxribatlar hazırlayırlar?

Bizim.Media-ya açıqlamasında politoloq Natiq Miri bildirir ki, bu təxribatın arxasında Qərbdəki bəzi qüvvələr, xüsusən Fransa dayanır. 
 

MÖVZU İLƏ BAĞLI:

Böyük güclərin Zəngəzurda toqquşan MARAQLARI – Kim savaşı başlatmaq İSTƏYİR? 


Həmsöhbətimizin fikrincə, onlar Ermənistanı Azərbaycana qarşı müharibəyə təhrik etməklə İranı da prosesə qoşub regionda böyük bir müharibəni tətikləmək istəyirlər: 

“Ermənistanın Zəngəzura qoşun toplaması xəbəri doğrudur. Çəkindirici məqam olaraq ortaya atılıb. İran hər zaman vurğulayıb ki, Zəngəzur və İran-Ermənistan sərhədi onlar üçün qırmızı xəttdir. Ancaq İrəvanın buna gedəcəyi inandırıcı deyil. Antiterror əməliyyatı başlayanda Ermənistan baş naziri Paşinyan bildirdi ki, ölkəsini Azərbaycana qarşı müharibəyə təhrik etmək istəyən qüvvələr var, ancaq Ermənistan prosesə müdaxilə etməyəcək. Onun bu çıxışını Azərbaycan Prezidenti antiterror əməliyyatından sonra xalqa müraciətində strateji və doğru addım adlandırdı. Yəni Ermənistan nə Fransa, nə də ABŞ-ın oyununa gəlmədi. 

Paşinyan bu çıxışı ilə Ermənistanı Azərbaycana qarşı müharibəyə təhrik etməklə İranı da prosesə qoşub böyük bir müharibəni tətikləmək istəyənlərin gözləntilərini yarı yolda qoydu. Bu mənada “Türkyə” qəzetinin yazdıqlarında həqiqət var.

Bəzi qüvvələr həqiqətən də çalışır ki, İranın da iştirakı ilə bölgədə vəziyyəti qızışdırsınlar.

Ancaq Paşinyan bu hiyləni gözəl anlayaraq, onun baş tutmasına imkan vermədi. Baxmayaraq ki, o Fransanı özünə müttəfiq saysa da, bunun arxasında Ermənistan dövlətinin tamamilə məhv olma ehtimalını da dəyərləndirə bildi. Nəticədə, bir sıra xarici qüvvələri bu niyyətləri də puça çıxdı”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda üç uşağına aliment verməyən ata HƏBS EDİLDİ

Bakıda üç uşağına aliment verməyən ata HƏBS EDİLDİ

Elgiz Əkbərin “Toy olsun”u efirə qayıdır? – Özü açıqladı – VİDEO

Elgiz Əkbərin “Toy olsun”u efirə qayıdır? – Özü açıqladı – VİDEO

Toya xeyli pul xərcləyənlər arasında BOŞANMALAR daha çoxdur

Toya xeyli pul xərcləyənlər arasında BOŞANMALAR daha çoxdur

Şəhid qızının uğuru: 676 balla Tibb Universitetinə qəbul oldu

Şəhid qızının uğuru: 676 balla Tibb Universitetinə qəbul oldu

Oğlu Lamiyə Ələkbərovanı sevindirdi – FOTO

Oğlu Lamiyə Ələkbərovanı sevindirdi – FOTO

Tbilisidə faciə: 15 yaşlı azərbaycanlı oğlan göldə boğuldu - FOTO

Tbilisidə faciə: 15 yaşlı azərbaycanlı oğlan göldə boğuldu - FOTO

700 bal toplayan Samir bu universitetdə təhsil alacaq

700 bal toplayan Samir bu universitetdə təhsil alacaq

Kiyevdən yeni hərbi plan: Səfərbərlik yaşı dəyişir

Kiyevdən yeni hərbi plan: Səfərbərlik yaşı dəyişir

Canlı yayımda söyüş söyən şəxs həbs edildi

Canlı yayımda söyüş söyən şəxs həbs edildi

Möhsün Rezai Asim Munirlə görüşdə: “Vaşinqton öz siyasətini dəyişməlidir”

Möhsün Rezai Asim Munirlə görüşdə: “Vaşinqton öz siyasətini dəyişməlidir”

DİQQƏT: ASAN Xidmət, klinika və onlarla kənd işıqsız qalacaq

DİQQƏT: ASAN Xidmət, klinika və onlarla kənd işıqsız qalacaq

Prezidentin Özbəkistana iki günlük səfərindən növbəti GÖRÜNTÜLƏR

Prezidentin Özbəkistana iki günlük səfərindən növbəti GÖRÜNTÜLƏR

Yaponiyanın Baş naziri tənhalıqdan tarakanla dostlaşdığını etiraf edib

Yaponiyanın Baş naziri tənhalıqdan tarakanla dostlaşdığını etiraf edib

Yaşları artdıqca daha da cazibədar olan 3 BÜRC

Yaşları artdıqca daha da cazibədar olan 3 BÜRC

Ağ Evdən xəbərdarlıq: İranla işləyənlər dollar sistemindən qovulacaq

Ağ Evdən xəbərdarlıq: İranla işləyənlər dollar sistemindən qovulacaq

İsmayıllıda qəza: Sürücü hadisə yerində həyatını itirdi

İsmayıllıda qəza: Sürücü hadisə yerində həyatını itirdi

Ağdamda minalanmış ərazi YANIR - FOTO

Ağdamda minalanmış ərazi YANIR - FOTO

Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rənglərinə büründü - FOTO

Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rənglərinə büründü - FOTO

Xalq artisti Tofiq Bakıxanovun harada dəfn olunacağı açıqlandı

Xalq artisti Tofiq Bakıxanovun harada dəfn olunacağı açıqlandı

Lənkəranda qeyri-adi ördək: Sahibinin yanından ayrılmır - VİDEO

Lənkəranda qeyri-adi ördək: Sahibinin yanından ayrılmır - VİDEO

ABŞ Suriyanı terroru maliyyələşdirən ölkələr siyahısından ÇIXARDI

ABŞ Suriyanı terroru maliyyələşdirən ölkələr siyahısından ÇIXARDI

Prezident İlham Əliyevin Özbəkistana səfərindən VİDEOÇARX

Prezident İlham Əliyevin Özbəkistana səfərindən VİDEOÇARX

Bakıda maşında qadın DÖYÜLDÜ

Bakıda maşında qadın DÖYÜLDÜ

Əmir Hatəmi: "İran 20 nəsil döyüşə bilər"

Əmir Hatəmi: "İran 20 nəsil döyüşə bilər"

End of content

No more pages to load

RADİO