Ceyhun Bayramov: “Ordumuzun mülki obyektləri hədəf alması iddiaları ƏSASSIZDIR”

22 sentyabr tarixində xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının ümumi müzakirələri çərçivəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə yardım üzrə əlaqələndiricisi, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) rəhbəri Martin Griffits ilə görüşüb. 

Bu barədə Bizim.Media-ya XİN-dən məlumat verilib. 

Görüşdə BMT ilə mövcud əməkdaşlıq gündəliyinin inkişaf perspektivləri, o cümlədən humanitar yardım və inkişafa yardım sahələrində tərəfdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. 
Azərbaycanın donor ölkə kimi rolu xüsusi təqdir olunub. 

Nazir Ceyhun Bayramov BMT sisteminə dəstəyin ölkəmizin humanitar və inkişafa yardım siyasətinin əsasını təşkil etdiyini, Azərbaycanın müxtəlif təşəbbüslər üzrə BMT təsisatları ilə sıx dialoq və fəal əməkdaşlıq apardığını vurğulayıb. 
Görüşdə, Ermənistanın 30 ilə yaxın müddətdə ərazilərimizin işğalından, Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı qondarma rejimin davamlı təxribatlarından, habelə qanunsuz mövcudluğundan irəli gələn humanitar məsələlər müzakirə olunub.

İlk növbədə,ölkəmizə qarşı səsləndirilən "blokada" və "bölgədə gərgin humanitar böhran" kimi iddiaların heç bir əsasının olmadığı, Ermənistanın qəsdən qondarma humanitar böhran yaratmaq məqsədi daşıdığı, bu addımın əslində siyasi manipulyasiya olduğu bildirilib. 

Lokal xarakterli antiterrorizm tədbirlərinə gəldikdə, görülən tədbirlərin hədəfinin müstəsna olaraq qanunsuz hərbi birləşmələrin və hərbi infrastrukturun olduğu, mülki əhali və obyektlərin vurulması ilə bağlı iddiaların əsassız və qəbuledilməz olduğu bildirilib. 
Qarabağ bölgəsində yaşayan erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası ilə bağlı təşəbbüslər çərçivəsində 21 senytabr tarixində keçirilmiş Yevlax görüşünün konstruktiv və müsbət mühitdə keçdiyi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələrin aparıldığı, qarşı tərəfə reinteqrasiya üzrə planların təqdim edildiyi, həmçinin Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələrinin sosial və humanitar yardımın göstərilməsi ilə bağlı müraciətlərinin müsbət qarşılanaraq hal-hazırda erməni sakinlərə yardım göstərildiyi diqqətə çatdırılıb. 

Görüş zamanı, Azərbaycanın Qarabağ bölgəsində Beynəxalq Qızıl Xaç Komitəsinin fəaliyyət göstərdiyi və Azərbaycanın onun fəaliyyətinə dəstəyi vurğulanıb. Son günlərdə BQXK vasitəsilə də erməni sakinlərə yardımın daha da genişləndiyi bildirilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şağanda quru otluq sahə YANIR

Şağanda quru otluq sahə YANIR

Gəncədə həkimlə mübahisə edən şəxs poliklinikanı yandırmağa çalışdı - VİDEO

Gəncədə həkimlə mübahisə edən şəxs poliklinikanı yandırmağa çalışdı - VİDEO

Əli Nağıyev DTX Akademiyasının məzunlarını təbrik etdi – FOTO/VİDEO

Əli Nağıyev DTX Akademiyasının məzunlarını təbrik etdi – FOTO/VİDEO

Sumqayıtda "Mercedes", "Toyota" və "Opel" toqquşdu - FOTO

Sumqayıtda "Mercedes", "Toyota" və "Opel" toqquşdu - FOTO

“Şamaxinka” tunelinin çıxışında avtomobil YANDI - FOTO

“Şamaxinka” tunelinin çıxışında avtomobil YANDI - FOTO

Dilan Yeşilgöz 42 il sonra Ankaraya nazir kimi qayıtdı - FOTO

Dilan Yeşilgöz 42 il sonra Ankaraya nazir kimi qayıtdı - FOTO

BDU-da uşaqların sosial mediada təhlükəsizliyi ilə bağlı yeni qaydalar və yeni dərslik müzakirə olundu - FOTO

BDU-da uşaqların sosial mediada təhlükəsizliyi ilə bağlı yeni qaydalar və yeni dərslik müzakirə olundu - FOTO

Sabah bu ərazilərdə qaz kəsiləcək

Sabah bu ərazilərdə qaz kəsiləcək

Qaqik Tsarukyan iki ay müddətinə HƏBS EDİLDİ

Qaqik Tsarukyan iki ay müddətinə HƏBS EDİLDİ

Tramp: “Ərdoğan İranın nüvə silahına sahib olmasını istəmir” - VİDEO

Tramp: “Ərdoğan İranın nüvə silahına sahib olmasını istəmir” - VİDEO

Fuad Nəbiyev yeni vəzifəyə TƏYİN OLUNDU

Fuad Nəbiyev yeni vəzifəyə TƏYİN OLUNDU

Güclü yağışın FƏSADLARI - Xaçmazda gilas ağaclarda çürüdü – VİDEO

Güclü yağışın FƏSADLARI - Xaçmazda gilas ağaclarda çürüdü – VİDEO

“Həmin gün bilmişəm ki, belə qonşumuz var” – VİDEO

“Həmin gün bilmişəm ki, belə qonşumuz var” – VİDEO

Bakıda erməni separatçıların vəsatəti RƏDD EDİLDİ - FOTO

Bakıda erməni separatçıların vəsatəti RƏDD EDİLDİ - FOTO

Sabirabadda kişinin güllələnmiş meyiti tapıldı

Sabirabadda kişinin güllələnmiş meyiti tapıldı

Ağdamda minik və yük maşınları toqquşdu - FOTO

Ağdamda minik və yük maşınları toqquşdu - FOTO

Ərdoğan və Trampın nümayəndə heyətləri arasında görüş keçirildi

Ərdoğan və Trampın nümayəndə heyətləri arasında görüş keçirildi

Tolik Arzumun həbsindən danışdı: "Arzumun anasını "blok"lamışam" – VİDEO

Tolik Arzumun həbsindən danışdı: "Arzumun anasını "blok"lamışam" – VİDEO

Zimbabve "ASAN xidmət" modelini tətbiq edəcək - FOTO

Zimbabve "ASAN xidmət" modelini tətbiq edəcək - FOTO

ABŞ Türkiyəyə qarşı sanksiyaları LƏĞV EDƏCƏK

ABŞ Türkiyəyə qarşı sanksiyaları LƏĞV EDƏCƏK

YAP Qusar rayon təşkilatının yeni sədri ictimaiyyətə təqdim olundu - FOTO

YAP Qusar rayon təşkilatının yeni sədri ictimaiyyətə təqdim olundu - FOTO

Tramp Avropanı hədələdi: “Daha mövcud olmayacaq"

Tramp Avropanı hədələdi: “Daha mövcud olmayacaq"

Ceyhun Bayramov ABŞ senatorunu qəbul etdi - FOTO

Ceyhun Bayramov ABŞ senatorunu qəbul etdi - FOTO

Bakıya gətirilən bahalı dərmanlar gömrükdə SAXLANILDI

Bakıya gətirilən bahalı dərmanlar gömrükdə SAXLANILDI

End of content

No more pages to load

RADİO