Prezident və Xanımı “İstisu”da Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış oldular - FOTO/VİDEO

Prezident və Xanımı “İstisu”da Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış oldular - FOTO/VİDEO
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda “İstisu” mineral sudoldurma zavodunun tikintisi və “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış olublar. 

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident və birinci xanım Kəlbəcər rayonuna GETDİLƏR


Bildirildi ki, Kəlbəcər “İstisu” mineral sudoldurma zavodu 1981-ci ildə inşa edilib. Zavod 1991-ci ilin sonlarında fəaliyyətini dayandırıb. Yeni tikiləcək “İstisu” zavodu 7,8 min kvadratmetr ərazini əhatə edəcək. Müəssisədə ikinövbəli əsasda təxminən 100 nəfər işlə təmin olunacaq.

Zavodda Almaniya şirkəti tərəfindən təchiz olunan şüşə və plastik qablaşdırma istehsal xətləri fəaliyyət göstərəcək. Şüşə dolum xəttinin nominal gücü saatda 16 min, plastik dolum xəttinin nominal gücü isə saatda 8 min ədəd təşkil edəcək. Aylıq istehsal gücü isə 8 milyon ədədə yaxın olacaq. 

“İstisu” Müalicə-İstirahət Kompleksinin layihəsi barədə məlumat verilərkən bildirildi ki, 1927-ci ildə fəaliyyətə başlayan bu sanatoriya keçmiş Azərbaycan SSR-də müttəfiq əhəmiyyətli ikinci böyük kurort hesab edilirdi.

Kompleksin ərazisində üç yataq korpusu, bir müalicəvi vanna xidməti binası, bir poliklinika korpusu fəaliyyət göstərirdi. Sovet dönəmində bu kurort-sanatoriya kompleksi ildə 50 min nəfəri qəbul etmək imkanına malik olub. Buraya əsasən həzm sistemi xəstəliklərinin müalicəsi üçün müraciətlər edilirdi. 
Bərpa ediləcək “İstisu” Müalicə-İstirahət Kompleksinin ümumi sahəsi 32 min kvadratmetr olacaq. Kompleksdə 145 nömrə, eləcə də 10 kottec yaradılacaq. 

Kompleksdəki SPA Mərkəzində isə termal hamam, müalicəvi vanna, həkim otağı, o cümlədən müxtəlif müalicəvi hovuzlar, prosedur otaqları, təzyiqli su terapiyası, masaj, buxar, duz otaqları, istirahət zonaları, gözəllik salonu mövcud olacaq. Burada müxtəlif iaşə obyektləri - restoranlar, uşaq əyləncə mərkəzi, oyun otağı, sportskafe, karaoke otağı, kafeteriya da qonaqlara xidmət göstərəcək. 

Qeyd olundu ki, “Aşağı İstisu” mənbəyindən alman mütəxəssislər tərəfindən nümunələr götürülüb, suyun analizi və testi həyata keçirilib. Aparılan analizlər və balneoloji rəylərə əsasən, İstisu təbii mineral suyu fizioloji, metabolik və müalicəvi təsirlərə malikdir.

Bu isə mədə-bağırsaq traktının funksional pozğunluqlarının müalicəsi və həzm funksiyasının stimullaşdırılması, yaşlılarda natrium və maye çatışmazlığının, ortostatik tənzimləmə pozğunluqlarının, sidik yollarında infeksiyaların müalicəsi, kalsium oksalat, sistin və sidik turşusu daşlarının profilaktikası və metafilaksisi, uşaqlarda və yeniyetmələrdə diş kariyesinin profilaktikası, eləcə də böyüklər üçün dəstəkləyici təsir baxımından çox faydalıdır. 
 


Prezident və Xanımı “İstisu”da Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış oldular - FOTO/VİDEO - foto 1
Prezident və Xanımı “İstisu”da Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış oldular - FOTO/VİDEO - foto 2
Prezident və Xanımı “İstisu”da Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış oldular - FOTO/VİDEO - foto 3
Prezident və Xanımı “İstisu”da Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış oldular - FOTO/VİDEO - foto 4
Prezident və Xanımı “İstisu”da Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış oldular - FOTO/VİDEO - foto 5
Prezident və Xanımı “İstisu”da Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış oldular - FOTO/VİDEO - foto 6

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri EYNİDİR

“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri EYNİDİR

Məktəbdə həyatını itirən şagirdin ölümü barədə DETALLAR - VİDEO

Məktəbdə həyatını itirən şagirdin ölümü barədə DETALLAR - VİDEO

Forum iştirakçılarının Qarabağ bölgəsinə səfəri təşkil olundu - FOTO

Forum iştirakçılarının Qarabağ bölgəsinə səfəri təşkil olundu - FOTO

Baş məşqçidən tənqidlərə CAVAB

Baş məşqçidən tənqidlərə CAVAB

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Milyonluq HƏRRAC: Dinozavr skeleti 9 milyona təklif edilir

Milyonluq HƏRRAC: Dinozavr skeleti 9 milyona təklif edilir

Bosniyada Aİ-nin hərbi helikopteri qəzaya uğradı: Ölənlər və yaralılar var

Bosniyada Aİ-nin hərbi helikopteri qəzaya uğradı: Ölənlər və yaralılar var

Bazarlarda meyvə-tərəvəz bahalaşdı - VİDEO

Bazarlarda meyvə-tərəvəz bahalaşdı - VİDEO

Zelenski: “Rusiya Ukraynaya yeni ballistik raket zərbələri hazırlayır”

Zelenski: “Rusiya Ukraynaya yeni ballistik raket zərbələri hazırlayır”

Baş məşqçi onun milliyə getməsinə razı deyil

Baş məşqçi onun milliyə getməsinə razı deyil

Bakıda qəzaya görə bağlanan yol AÇILDI - YENİLƏNİB

Bakıda qəzaya görə bağlanan yol AÇILDI - YENİLƏNİB

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılışında iştirak etdi - FOTO

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılışında iştirak etdi - FOTO

Hikmət Hacıyev "AnewZ"un Qarabağla bağlı sənədli filmini paylaşdı – VİDEO

Hikmət Hacıyev "AnewZ"un Qarabağla bağlı sənədli filmini paylaşdı – VİDEO

“Arsenal”ın şikayəti RƏDD EDİLDİ

“Arsenal”ın şikayəti RƏDD EDİLDİ

Sumqayıtda avtomobil yandı - VİDEO

Sumqayıtda avtomobil yandı - VİDEO

Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak etdi - FOTO

Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak etdi - FOTO

Maliyyə Nazirliyində YOXLAMA: Leysan Məmmədov vəzifəsindən azad edildi

Maliyyə Nazirliyində YOXLAMA: Leysan Məmmədov vəzifəsindən azad edildi

Yasamal, Səbail və Abşeron sakinlərinin NƏZƏRİNƏ

Yasamal, Səbail və Abşeron sakinlərinin NƏZƏRİNƏ

Venesuela hakimiyyəti seçkilərin keçiriləcəyini TƏSDİQLƏDİ

Venesuela hakimiyyəti seçkilərin keçiriləcəyini TƏSDİQLƏDİ

Azərbaycan millisi Vyetnama UDUZDU

Azərbaycan millisi Vyetnama UDUZDU

Alimlərdən XƏBƏRDARLIQ: Bəzi yağlar xərçəng riskini artırır

Alimlərdən XƏBƏRDARLIQ: Bəzi yağlar xərçəng riskini artırır

Dayəyə əmanət edilən uşaq ölüb - Valideyn uşağının döyüldüyünü iddia edir - VİDEO

Dayəyə əmanət edilən uşaq ölüb - Valideyn uşağının döyüldüyünü iddia edir - VİDEO

Kiyev Moskva ilə birbaşa danışıqlara hazırdır – ƏSAS ŞƏRT

Kiyev Moskva ilə birbaşa danışıqlara hazırdır – ƏSAS ŞƏRT

"Qızıma deyirəm ki, döz" - VİDEO

"Qızıma deyirəm ki, döz" - VİDEO

End of content

No more pages to load

RADİO