Özbəklər bizi niyə bu qədər çox sevir? – MARAQLI FAKTLAR

Özbəklər bizi niyə bu qədər çox sevir? – MARAQLI FAKTLAR
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son illər Azərbaycanla Özbəkistan arasında əlaqələr sürətlə inkişaf edir. Dövlət başçılarının qarşlıqlı səfərləri  isə təbii ki, bu münasibətin bütün sahələrdə dərinləşməsində mühüm rolu oynayır.

Özbəkistanla Azərbaycanın tarixən sıx və mehriban dostluq əlaqələri olub.

Sovetlər dövründə Azərbaycanla ən isti münasibət saxlayan özbəklər idi. O zamanlar iki qardaş xalq arasında qız alıb, qız vermək adi hal idi. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və Özbəkistan prezidentləri xanımları ilə Şuşaya SƏFƏR ETDİLƏR - YENİLƏNİB - FOTO


Azərbaycanlıların ən çox səfər etdikləri türk respublikası da Özbəkistan idi.  Ən maraqlısı da odur ki, özbəklər türk xalqları arasında daha çox Azərbaycanlıları sevirlər.

Lakin, son 30 ildə Özbəkistanın siyasi rəhbərliyinin eqosu üzündən özbəklər Azərbaycanlılara öz sevgilərini tam ifadə edə bilməyiblər. 2018-ci ildən sonra isə bu sevgi çox gur alovlanıb. İndi hər bir özbək ailəsi daha öncə Azərbaycanı ziyarət etmək istəyir. 

Özbəklər Azərbaycan mədəniyyətindən hər zaman qidalanıblar

Etiraf etmək lazımdır ki, milli musiqimizi və ədəbiyyatımızı özbəklər bizi qədər sevirlər. Füzulini, Nəsimini çox gözəl bilirlər. Özbək ədəbi cameəsinin nümayəndələri hər zaman etiraf ediblər ki, qazandıqları ədəbi-mədəni uğurlara görə azərbaycanlılara minnətdardırlar. “Molla Nəsrəddin” jurnalı zamanında Özbəkistanda böyük oyanış edib. 100 il qabaq bu jurnal Səmərqəndin, Buxaranın Daşkəndin küçələrində əl-əl gəzirdi.

Azərbaycan memarlığı Özbəkistan abidələrində

Özbəklər Azərbaycanın memarlıq incilərindən hər zaman bəhrələniblər. Səmərqənd, Xivə, Buxara kimi şəhərlərdə Azərbaycan memarlığının nümunələri göz bəbəyi kimi qorunub, saxlanılır. Ən əsası özbəklər bunu şüurlu surətdə edirlər.

Səmərqəndə diqqət etsək sanki qədim Azərbaycan şəhərində gəzdiyini zənn edirsən. Sanki qədim Təbrizdir, qədim Şirvandır. Bu da onunla bağlıdır ki,  bu şəhərlər vaxtilə Əmir Teymurun Azərbaycandan apardığı yüzlərlə ailənin yaşadığı ulu yerlərdir. 

Azərbaycan musiqisi özbəklər üçün mənəvi qidadır

Azərbaycan müsiqisi Özbəkistanda ən çox dinlənilən musiqilər arasındadır. Bütün toylarda Azərbaycan musiqiləri çalınır. Günün bu günündə Zeynəb Xanlarova onların ən sevimli müğənnisidir. Onlar bizim dilimizi təkcə sevmir, həm də çox gözəl bilirlər. Xalq musiqisi bir yana Azərbaycan meyxanaları orada dillər əzbəridir. Küçədə, avtomobildə, restoranlarda ən çox Azərbaycan musiqisi səslənir. Bir sözlə, özbəklər bizi bizim təsəvvür etmədiyimiz qədər çox sevirlər.

Ermənistanda səfirliyi olmayan MDB ölkəsi

Özbəklər hər zaman azərbaycanlıların yanında olublar. Tək bir faktı deyək ki, Özbəkistan Ermənistanda səfirlik açmayan yeganə MDB ölkəsidir. Heç kimə sirr deyil ki, əksər ölkələrdə olduğu kimi bir çox türk dövlətlərində güclü erməni diasporası var. Amma Özbəkistanda hər hansı bir erməni aktivliyinə rast gəlmək mümkün deyil. Ən nəhayət,  Özbəkistan parlamentində bir dənə də olsun erməni yoxdur.

Azərbaycanlılar da özbəklərə hər zaman qucaq açıblar

Ötən əsrdə Daşkənddə baş verən dəhşətli zəlzələdən sonra ilk yardıma yetən Azərbaycanlılar olmuşdu. Burada o zaman Azərbaycanın hesabına böyük yaşayış məntəqəsi inşa edilib.

Fərqanə hadisələrində baş vermiş faciənin miqyasının böyüməməsində də Azərbaycanlıların əməyi böyük oldu. Bir sözlə özbək-Azərbaycan qardaşlığı yüz illərin sınağından keçib. Bu günsə  bu qardaşlıq yeni müstəvidə, yeni əsaslarla və daha dərin özüllər üzərində inkişaf etdirilir.

Təsadüfi deyil ki, son illər Özbəkistanla Azərbaycan arasında bütün sahələrdə əlaqələr dərinləşir. Tək bir faktı deyək ki, son 10 ildə iki ölkə arasındakı iqtisadi əlaqələrin həcmi 12 dəfə artıb. Təbii ki, iqtisadi-siyasi və mədəni əlaqələrin dərinləşməsində Azərbaycan Prezidenti İlham Əliyevlə Özbəkistan  Prezidenti Şavkat Mirziyoyevin xüsusi rolu var.
İki liderin birgə səyləri nəticəsində Azərbaycanla Özbəkistan arasında münasibətlərin daha yüksəklərə qaldırılması üçün davamlı iş aparılır. Özbəkistan Prezidentinin avqustun 22-də Azərbaycana 2 günlük səfəri, Bakıda aparılan müzakirələr, Qarabağdakı təmaslar və fkir birliyi sübut edir ki, ən yaxın illərdə Azərbaycanla Özbəkistan arasındakı münasibətlər qibtəediləcək səviyyəyə çatacaq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri EYNİDİR

“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri EYNİDİR

Məktəbdə həyatını itirən şagirdin ölümü barədə DETALLAR - VİDEO

Məktəbdə həyatını itirən şagirdin ölümü barədə DETALLAR - VİDEO

Forum iştirakçılarının Qarabağ bölgəsinə səfəri təşkil olundu - FOTO

Forum iştirakçılarının Qarabağ bölgəsinə səfəri təşkil olundu - FOTO

Baş məşqçidən tənqidlərə CAVAB

Baş məşqçidən tənqidlərə CAVAB

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Milyonluq HƏRRAC: Dinozavr skeleti 9 milyona təklif edilir

Milyonluq HƏRRAC: Dinozavr skeleti 9 milyona təklif edilir

Bosniyada Aİ-nin hərbi helikopteri qəzaya uğradı: Ölənlər və yaralılar var

Bosniyada Aİ-nin hərbi helikopteri qəzaya uğradı: Ölənlər və yaralılar var

Bazarlarda meyvə-tərəvəz bahalaşdı - VİDEO

Bazarlarda meyvə-tərəvəz bahalaşdı - VİDEO

Zelenski: “Rusiya Ukraynaya yeni ballistik raket zərbələri hazırlayır”

Zelenski: “Rusiya Ukraynaya yeni ballistik raket zərbələri hazırlayır”

Baş məşqçi onun milliyə getməsinə razı deyil

Baş məşqçi onun milliyə getməsinə razı deyil

Bakıda qəzaya görə bağlanan yol AÇILDI - YENİLƏNİB

Bakıda qəzaya görə bağlanan yol AÇILDI - YENİLƏNİB

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılışında iştirak etdi - FOTO

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılışında iştirak etdi - FOTO

Hikmət Hacıyev "AnewZ"un Qarabağla bağlı sənədli filmini paylaşdı – VİDEO

Hikmət Hacıyev "AnewZ"un Qarabağla bağlı sənədli filmini paylaşdı – VİDEO

“Arsenal”ın şikayəti RƏDD EDİLDİ

“Arsenal”ın şikayəti RƏDD EDİLDİ

Sumqayıtda avtomobil yandı - VİDEO

Sumqayıtda avtomobil yandı - VİDEO

Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak etdi - FOTO

Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak etdi - FOTO

Maliyyə Nazirliyində YOXLAMA: Leysan Məmmədov vəzifəsindən azad edildi

Maliyyə Nazirliyində YOXLAMA: Leysan Məmmədov vəzifəsindən azad edildi

Yasamal, Səbail və Abşeron sakinlərinin NƏZƏRİNƏ

Yasamal, Səbail və Abşeron sakinlərinin NƏZƏRİNƏ

Venesuela hakimiyyəti seçkilərin keçiriləcəyini TƏSDİQLƏDİ

Venesuela hakimiyyəti seçkilərin keçiriləcəyini TƏSDİQLƏDİ

Azərbaycan millisi Vyetnama UDUZDU

Azərbaycan millisi Vyetnama UDUZDU

Alimlərdən XƏBƏRDARLIQ: Bəzi yağlar xərçəng riskini artırır

Alimlərdən XƏBƏRDARLIQ: Bəzi yağlar xərçəng riskini artırır

Dayəyə əmanət edilən uşaq ölüb - Valideyn uşağının döyüldüyünü iddia edir - VİDEO

Dayəyə əmanət edilən uşaq ölüb - Valideyn uşağının döyüldüyünü iddia edir - VİDEO

Kiyev Moskva ilə birbaşa danışıqlara hazırdır – ƏSAS ŞƏRT

Kiyev Moskva ilə birbaşa danışıqlara hazırdır – ƏSAS ŞƏRT

"Qızıma deyirəm ki, döz" - VİDEO

"Qızıma deyirəm ki, döz" - VİDEO

End of content

No more pages to load

RADİO