XİN: "Kanadadan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşmağı tələb edirik”

“Kanadanın xarici işlər naziri Melani Jolinin erməni icmasının tədbirində çıxışı zamanı Azərbaycanın Qarabağ bölgəsinə istinadən ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı fikirlər səsləndirməsini qətiyyətlə pisləyirik”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Kanadanın xarici işlər naziri Melani Jolinin erməni icmasının tədbirində çıxışı zamanı səsləndirdiyi fikirləri şərh edərkən bildirib. 

O bildirib ki, ilk dəfə deyil ki, Kanadanın xarici işlər naziri bölgədə separatçılığı və revanşist qüvvələri dəstəkləyən, ermənipərəst hisslərin açıq şəkildə ifadə olunduğu birtərəfli bəyanatlar səsləndirir: 

“Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalını və yüz minlərlə azərbaycanlının insan hüquqlarının pozulmasını qınayan, bu illər ərzində aparılan danışıqlar prosesinə töhfə verəcək və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin həyata keçirilməsini dəstəkləyəcək hər hansı bəyanatla çıxış etməyən Kanada xarici işlər nazirinin Azərbaycan əleyhinə əsassız şəkildə bəyanatlar verməsi qarşı tərəfdən nümayiş etdirilən qərəzli yanaşmanın nümunəsidir”. 

XİN rəsmisinin sözlərinə görə, Kanada tərəfinin bu kimi bəyanatları bölgədə sülh və sabitliyə xidmət etmir və qəbuledilməzdir. 
“Bir daha, Kanada tərəfindən bu kimi təhrikedici addımlardan çəkinməyi və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşmağı tələb edirik. 

Kanada həqiqətən də bölgədə dayanıqlı sülhün təmin olunmasını istəyirsə, o zaman beynəlxalq hüququn norma və prinsiplərinin tələblərinə uyğun davranmalıdır. Bunun əksi bölgədə sülhün bərqərar olması prosesinə zərər verməkdən başqa bir şey deyil”, - deyə A. Hacızadə qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Anasının gözləri qarşısında maşın vurub öldürdü – Video

Anasının gözləri qarşısında maşın vurub öldürdü – Video

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ – FOTO

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ – FOTO

Rasim Balayevin qəbirüstü abidəsi belə olacaq

Rasim Balayevin qəbirüstü abidəsi belə olacaq

Hava kəskin dəyişir – Güclü külək, leysan...

Hava kəskin dəyişir – Güclü külək, leysan...

Milyonlarla Tesla geri çağırılır - Azərbaycanda vəziyyət necədir?- Şirkət rəhbərindən AÇIQLAMA - ÖZƏL

Milyonlarla Tesla geri çağırılır - Azərbaycanda vəziyyət necədir?- Şirkət rəhbərindən AÇIQLAMA - ÖZƏL

Rusiyanın yeni səfərbərliyə hazırlaşmasına Kremldən REAKSİYA

Rusiyanın yeni səfərbərliyə hazırlaşmasına Kremldən REAKSİYA

Natəvan Həsənova yüksək vəzifəyə təyin olundu – FOTO

Natəvan Həsənova yüksək vəzifəyə təyin olundu – FOTO

Səhər saatlarında saxlanılan Köçəryan xəstəxanaya yerləşdirildi – VİDEO

Səhər saatlarında saxlanılan Köçəryan xəstəxanaya yerləşdirildi – VİDEO

Onlar da doğma yurdlarına qayıdır – FOTO

Onlar da doğma yurdlarına qayıdır – FOTO

Yevlaxda yanacaqdoldurma məntəqəsində yanğın – VİDEO

Yevlaxda yanacaqdoldurma məntəqəsində yanğın – VİDEO

Məleykə Abbaszadədən universitetlərə qəbulla bağlı AÇIQLAMA

Məleykə Abbaszadədən universitetlərə qəbulla bağlı AÇIQLAMA

Azərbaycanda hansı universitetlər tələbələrə əlavə təqaüd verir? – SORĞU

Azərbaycanda hansı universitetlər tələbələrə əlavə təqaüd verir? – SORĞU

Sloveniyada işləmək istəyənlərə yeni imkan- 200-dən çox vakansiya

Sloveniyada işləmək istəyənlərə yeni imkan- 200-dən çox vakansiya

Zədələnmiş pulu harada dəyişmək olar?

Zədələnmiş pulu harada dəyişmək olar?

Hava Limanında ƏMƏLİYYAT – Bağdaddan gələn yükdə görün nə tapıldı – FOTO

Hava Limanında ƏMƏLİYYAT – Bağdaddan gələn yükdə görün nə tapıldı – FOTO

Avrasiyanın yeni ƏMƏKDAŞLIQ XƏRİTƏSİ – Azərbaycandan Özbəkistana uzanan QARDAŞLIQ KÖRPÜSÜ

Avrasiyanın yeni ƏMƏKDAŞLIQ XƏRİTƏSİ – Azərbaycandan Özbəkistana uzanan QARDAŞLIQ KÖRPÜSÜ

Komitənin yeni Aparat rəhbəri kimdir? -DOSYE

Komitənin yeni Aparat rəhbəri kimdir? -DOSYE

Ən itaətkar bürclər BUNLARDIR

Ən itaətkar bürclər BUNLARDIR

Bu gün yeni restoranının açılışı olacaqdı - Qəzada həyatını itirdi

Bu gün yeni restoranının açılışı olacaqdı - Qəzada həyatını itirdi

“Hadrut fatehi”nin xanımı da tələbə oldu – FOTO

“Hadrut fatehi”nin xanımı da tələbə oldu – FOTO

Bakıda DƏHŞƏT - 8 yaşlı uşaq “reşotka”nın arasında boğularaq HƏYATINI İTİRDİ

Bakıda DƏHŞƏT - 8 yaşlı uşaq “reşotka”nın arasında boğularaq HƏYATINI İTİRDİ

Qruplar üzrə neçə plan yeri BOŞ qaldı? – Rəqəmlər AÇIQLANDI – CƏDVƏL

Qruplar üzrə neçə plan yeri BOŞ qaldı? – Rəqəmlər AÇIQLANDI – CƏDVƏL

Köçəryana qarşı CİNAYƏT İŞİ – Hansı maddələrlə ittiham olunduğu AÇIQLANDI

Köçəryana qarşı CİNAYƏT İŞİ – Hansı maddələrlə ittiham olunduğu AÇIQLANDI

Qaxda REKORD NƏTİCƏ - İki sinfin bütün məzunları tələbə adını qazandı – FOTO

Qaxda REKORD NƏTİCƏ - İki sinfin bütün məzunları tələbə adını qazandı – FOTO

End of content

No more pages to load

RADİO