Abdullahian Azərbaycanla, İran rəsmiləri Ermənistanla qardaşlıqdan DANIŞIR... 

Təəssüf ki, İran mətbuatı və rəsmiləri ölkənin xarici işlər naizri Abdullahianın Bakı səfəri zamanı da Azərbaycana qarşı düşmən ritorikanı davam etdirdilər. 

İranın ermənipərəst siyasi analitiki Ehsan Movəhhediyan yenə də sosial media hesabında anti-Azərbaycan ritorikasını davam etdirib: 

“Avropa İttifaqı Ermənistana hərbi yardımdan imtina edib, halbuki Ukrayna, Moldova və Gürcüstanı Rusiyaya qarşı gücləndirmək üçün onlara səxavətlə kömək edib. Dünən də ABŞ-ın İrəvandakı səfiri Qarabağın Bakıya aid olduğunu bildirib və “ermənilərə qarşı soyqırımını” (Qarabağda) dolayısı ilə dəstəkləyib. Əvvəlcə Ermənistanı təslim olmağa məcbur edənlər, daha sonra İrana üz tutacaqlar”.
 

MÖVZU İLƏ BAĞLI:

Abdullahianı Bakıya gətirən SƏBƏB - Səfirliyimizə hücum edən terrorçu cəzalandırılacaq?


İran deputat Ruhullah Mütəfəkkir Azad isə Azərbaycan millət vəkillərini “axmaq” adlandırıb.

Təbriz şəhərindən İran parlamentinə seçilmiş millət vəkili Ruhullah Mütəfəkkir Azad özünün “Tvitter” hesabında yazıb: 

“Münafiqlər terror qruplaşmasının (İran rejiminə müxalif Xalq Mücahidləri Təşkilatı) toplantısında Azərbaycan Parlamentinin iki nümayəndəsinin "həyasızcasına" iştirakı terrora açıq dəstəkdir. Avropa və ABŞ rəsmilərinin də İranın təhlükəsizlik gücü sayəsində münafiqlərə dəstəkdən imtina etdiyi bu günlərdə bu “axmaqlıq” sionistlərlə oturub-durmağın nəticəsidir”.

Fars News isə məlumat verir ki, İranın Yerevandakı səfiri Abbas Bədəxşan Zuhuri İrəvan rəsmiləri ilə vida görüşləri çərçivəsində iyulun 4-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. Görüşdə Mirzoyan İran səfirinin iki ölkə arasında qarşılıqlı anlaşmanın artırılması və əlaqələrin yaxşılaşdırılması istiqamətində səylərini yüksək qiymətləndirib.

Bəs, İranın ikili oynamağa davam etməsi hansı səbəblərdən qaynaqlanır?

Bizim.Media-ya açıqlama verən politoloq Tural Rzayevin fikrincə, rəsmi görüşlərin keçirilməsi fonunda belə İran mətbuatı və “politoloq”larının Azərbaycan əleyhinə ritorikanı davam etdirmələri onların fars şovinizminə tutulmalarından qaynaqlanır:

“Belə vəziyyət bir daha göstərir ki, İran deyildiyi qədər də Azərbaycan üçün dost və qardaş ölkə deyil. İranla Azərbaycan arasındakı problemlər daimi xarakter daşıyacaq. İran hər zaman Azərbaycan əleyhinə fəaliyyət göstərib. Ancaq Azərbaycan torpaqlarının işğalı dövründə buna müəyyən qədər təmkinli yanaşırdı. 

44 günlük müharibədən sonra isə İranın təxribatları genişləndirməsi fonunda Azərbaycan da ona kəskin cavablar verməyə başladı. Azərbaycan Prezidenti İran XİN rəhbərilə görüşündə tələb etdi ki, səfirliyimizə hücumun bütün cavabdehləri məsuliyyətə cəlb olunmalıdır”. 

Amma həmsöhbətimizə görə, İran səfirliyimizə hücumu obyektiv araşdırmağa meylli deyil:

“Ona görə də indiki halda iki ölkə arasında münasibətlərin yumşalacağını gözləmirəm. İran belə mövqeyilə öz marağının Azərbaycan tərəfindən nəzərə alınmasına çalışır. Hansı ki, 44 günlük müharibədən sonra İranın həmin dövrdə İrəvana açıq dəstək verməsi səbəbindən  bölgədəki mövqeyi xeyli sarsılıb. Belədə İran  şantaj-təhdid yolu ilə yenidən düşünür ki, Azərbaycana öz şərtlərini qəbul etdirə bilər. Ancaq Azərbaycan heç bir halda İranın təxribat və təhdidlərinin yenidən güclənməsinə imkan verməyəcək”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məktəblilər üçün bu ayaqqabını almayın - Valideynlərin etdiyi təhlükəli səhv

Məktəblilər üçün bu ayaqqabını almayın - Valideynlərin etdiyi təhlükəli səhv

Səhv karta göndərilən pul üçün bank nə edə bilər? — Açıqlama

Səhv karta göndərilən pul üçün bank nə edə bilər? — Açıqlama

İranda dollar yeni rekord vurdu - FOTO

İranda dollar yeni rekord vurdu - FOTO

Latviya Rusiya və Belarus mallarını qadağan etdi – Bu tarixdən qüvvədədir

Latviya Rusiya və Belarus mallarını qadağan etdi – Bu tarixdən qüvvədədir

Dehliyə uçan təyyarəsi Bakıda eniş etdi

Dehliyə uçan təyyarəsi Bakıda eniş etdi

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Laçın Şəhəri Günüdür

Qapımız həmişə qardaş Azərbaycana açıqdır – Səidə Mirziyayeva

Qapımız həmişə qardaş Azərbaycana açıqdır – Səidə Mirziyayeva

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Tramp: “Kanada dövlət deyil”

Tramp: “Kanada dövlət deyil”

2027 tarixdə ən isti il olacaq - Alimlərdən xəbərdarlıq

2027 tarixdə ən isti il olacaq - Alimlərdən xəbərdarlıq

Sabah 9 rayonun bəzi ərazilərində işıq olmayacaq

Sabah 9 rayonun bəzi ərazilərində işıq olmayacaq

Sudan lideri Azərbaycana gəlmək istəyir – Səfirimizlə mühüm görüşün detalları - FOTO

Sudan lideri Azərbaycana gəlmək istəyir – Səfirimizlə mühüm görüşün detalları - FOTO

"Sabah" Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazandı – FOTO

"Sabah" Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazandı – FOTO

Suriyada fəaliyyət göstərən Suriya Demokratik Qüvvələri LƏĞV EDİLDİ

Suriyada fəaliyyət göstərən Suriya Demokratik Qüvvələri LƏĞV EDİLDİ

Türkiyədə ard-arda ZƏLZƏLƏ OLDU

Türkiyədə ard-arda ZƏLZƏLƏ OLDU

Abbas Əraqçi qətərli həmkarı ilə regionu müzakirə etdi

Abbas Əraqçi qətərli həmkarı ilə regionu müzakirə etdi

Katsdan Əhməd Əş-Şaaraya xəbərdarlıq: “Sarayınızdan baxanda bizi görəcəksiniz

Katsdan Əhməd Əş-Şaaraya xəbərdarlıq: “Sarayınızdan baxanda bizi görəcəksiniz

BMT Baş katibi Rusiyanı Avropa ölkəsi adlandırdı

BMT Baş katibi Rusiyanı Avropa ölkəsi adlandırdı

Maliyyə şansı yüksələcək 3 BÜRC

Maliyyə şansı yüksələcək 3 BÜRC

Elşad Xose hər şeyi "sildi" – FOTO

Elşad Xose hər şeyi "sildi" – FOTO

Salyanda avtomobillərin toqquşması ölümlə nəticələndi - VİDEO

Salyanda avtomobillərin toqquşması ölümlə nəticələndi - VİDEO

İsraildə "Qafqaz mafiyası"nın liderini öldürənlər tutuldu - VİDEO

İsraildə "Qafqaz mafiyası"nın liderini öldürənlər tutuldu - VİDEO

Dənizdə batmaqda olan bir nəfəri xilas edildi

Dənizdə batmaqda olan bir nəfəri xilas edildi

Bu ərazilərdə olan evlərə maraq azaldı - VİDEO

Bu ərazilərdə olan evlərə maraq azaldı - VİDEO

End of content

No more pages to load

RADİO