Prezident: "Azərbaycan alternativ enerji ixracatçısına çevriləcək"

Azərbaycan Prezidenti İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb.

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli sərgi və forum iştirakçıları! Hörmətli qonaqlar, xanımlar və cənablar!

Sizi Xəzər regionunun bir sıra nüfuzlu enerji tədbirlərini özündə birləşdirən “Bakı Enerji Həftəsi”nin işə başlaması münasibətilə salamlayır və bu çərçivədə gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm.

Əminəm ki, “Bakı Enerji Həftəsi” enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsi üzrə qlobal əməkdaşlığa dair dialoqu daha da gücləndirəcəkdir.

“Bakı Enerji Həftəsi”ndə 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi və 28-ci Bakı Enerji Forumu kimi mötəbər tədbirlər nəzərdə tutulur. Ənənəvi olaraq hər il keçirilən bu tədbir qlobal enerji təhlükəsizliyinin təmini, alternativ və bərpaolunan enerji potensialı, o cümlədən “yaşıl enerji” layihələrinin təşviqi sahəsində əməkdaşlığın genişləndirilməsi, habelə enerji mənbələrinin şaxələndirilməsi istiqamətində müzakirələr üçün bir fürsətdir.

Builki “Bakı Enerji Həftəsi” Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin qeyd edildiyi dövrə təsadüf edir. Bu, əlamətdar bir hadisədir.

Azərbaycanda enerji üzrə dialoq platformasının və sərgi fəaliyyətinin formalaşması Heydər Əliyevin müstəsna rolu ilə bağlıdır. “Xəzər Neft və Qaz” sərgisinin bünövrəsinin qoyulması və Ümummilli Liderin rəhbərliyi ilə işlənib hazırlanan neft strategiyasının elan olunması eyni vaxta – 1994-cü ilə təsadüf etmişdir. Məhz həmin il imzalanmış “Əsrin müqaviləsi”ndən sonra enerji təhlükəsizliyinin etibarlı təminatçısına çevrilən Azərbaycan neft-qaz sahəsində bütün xarici tərəfdaşlarla əməkdaşlıqda və enerji resurslarının ixracında uğurlu nümunə yaratmışdır.

Hazırda Azərbaycan “yaşıl enerji” ixracına dair layihələr həyata keçirməklə özünün neft-qaz tarixindəki uğurunu təkrarlayır.

Son illərdə enerji istehsalı texnologiyalarının davamlı inkişafı, eləcə də qlobal iqlim hədəfləri dünyanın aparıcı ölkələrində enerji siyasətinin əsas istiqamətlərindən olan “yaşıl enerji”yə keçidi sürətləndirməkdədir. Ölkəmiz malik olduğu zəngin təbii ehtiyatlardan istifadə etməklə, alternativ və bərpaolunan enerji istehsalının artırılmasına, dekarbonizasiya və enerji mənbələrinin şaxələndirilməsi kimi qlobal gündəliyə mühüm töhfələr verir. Ortamüddətli perspektivdə Azərbaycan alternativ mənbələrdən əldə olunan elektrik enerjisinin və “yaşıl enerji”nin ‒ hidrogenin ixracatçısına çevrilməyi hədəfləyir.

“Yaşıl enerji”nin inkişafına yönəlmiş layihələrin ölkədə artıq işə salınması “Cənub Qaz Dəhlizi” kimi iri layihənin analoqu hesab olunan “yaşıl enerji dəhlizi” yaratmaq üçün mühüm fürsətdir.

Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı layihələrin həyata keçirilməsi, o cümlədən Qarabağda və Şərqi Zəngəzurda “yaşıl enerji” zonasının yaradılması ölkəni alternativ enerji istehsalçısı və ixracatçısına çevirəcək.

Enerji keçidində “Cənub Qaz Dəhlizi” layihəsinin strateji önəminin daha da artmasını nəzərə alaraq, TANAP və TAP layihələrinin genişləndirilməsi Azərbaycan üçün artıq aktual mövzuya çevrilib. Cənub Qaz Dəhlizinin 2027-ci ilədək genişləndirilməsi və enerji resurslarının nəqli ilə bağlı digər perspektivlər şaxələndirilmiş enerji təchizatında və tərəfdaşlarımızın enerji təhlükəsizliyində ölkəmizin strateji rolunun daha da güclənməsinə xidmət edəcək.

Hörmətli tədbir iştirakçıları!

Azərbaycan belə qlobal əhəmiyyətli tədbirə uzun müddətdir ev sahibliyi edir. İnanıram ki, özünün çoxillik təcrübəsi sayəsində sərgi və forum dolğun məruzələrlə, müzakirə və fikir mübadilələri ilə qarşılıqlı anlaşma mühitində geniş iqtisadi əlaqələrimiz üçün yeni üfüqlər açacaq və səmərəli əməkdaşlığa töhfələr verəcək.

“Bakı Enerji Həftəsi”nin uğurlarının davamlı olmasını diləyir və fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzu edirəm!".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Paltformalar uşaqlarla bağlı statistikanı açıqlasa, vəziyyətin nə qədər kritik olduğunu görərik”

“Paltformalar uşaqlarla bağlı statistikanı açıqlasa, vəziyyətin nə qədər kritik olduğunu görərik”

Dünya Çempionatının finalında ulduz paradı: Castin Biber, Madonna, Şakira…

Dünya Çempionatının finalında ulduz paradı: Castin Biber, Madonna, Şakira…

Ərdoğan: "Cənubi Qafqaz məsələsini Trampla istənilən vaxt telefonla müzakirə edə bilərik"

Ərdoğan: "Cənubi Qafqaz məsələsini Trampla istənilən vaxt telefonla müzakirə edə bilərik"

Trampın gözlənilməz etirafı: "Mən Leninlə eyni səviyyədə tarixin ən böyük kommunisti ola bilərdim"

Trampın gözlənilməz etirafı: "Mən Leninlə eyni səviyyədə tarixin ən böyük kommunisti ola bilərdim"

Kapital Bank istiqrazlarına abunə yazılışı başladı: illik 10% gəlirlə investisiya edin

Kapital Bank istiqrazlarına abunə yazılışı başladı: illik 10% gəlirlə investisiya edin

SON DƏQİQƏ! İrandan İordaniyadakı ABŞ bazasına raket hücumu – VİDEO

SON DƏQİQƏ! İrandan İordaniyadakı ABŞ bazasına raket hücumu – VİDEO

Ərdoğanın hədiyyəsi polisə təhvil verildi – Foto

Ərdoğanın hədiyyəsi polisə təhvil verildi – Foto

Gürcüstanı Azərbaycanla birləşdirən yeni dördzolaqlı avtomagistral tikiləcək

Gürcüstanı Azərbaycanla birləşdirən yeni dördzolaqlı avtomagistral tikiləcək

Uşaqlar telefonu əlindən qoymur, valideynlərin səsi çıxmır... – Gələcək nəsli qorumaq üçün ictimai qınaq ZƏRURƏTİ

Uşaqlar telefonu əlindən qoymur, valideynlərin səsi çıxmır... – Gələcək nəsli qorumaq üçün ictimai qınaq ZƏRURƏTİ

AZAL 2026-cı ilin ilk yarısını müsbət nəticələrlə başa vurub - FOTO

AZAL 2026-cı ilin ilk yarısını müsbət nəticələrlə başa vurub - FOTO

İndiyə kimi çayı səhv dəmləyirmişik — Çox sadə üsulu var

İndiyə kimi çayı səhv dəmləyirmişik — Çox sadə üsulu var

Bu meyvə şirələrində uyğunsuzluqlar AŞKARLANDI – RƏSMİ/FOTO

Bu meyvə şirələrində uyğunsuzluqlar AŞKARLANDI – RƏSMİ/FOTO

Xırdalan bələdiyyəsinin sabiq sədri ilə bağlı cinayət işi məhkəməyə GÖNDƏRİLDİ

Xırdalan bələdiyyəsinin sabiq sədri ilə bağlı cinayət işi məhkəməyə GÖNDƏRİLDİ

MİQ imtahanlarının vaxtı AÇIQLANDI

MİQ imtahanlarının vaxtı AÇIQLANDI

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq – SİYAHI

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq – SİYAHI

Mehinin ölkədən çıxışı qadağan edilib- Özü açıqladı - Video

Mehinin ölkədən çıxışı qadağan edilib- Özü açıqladı - Video

Mingəçevirdə 198 min litr hazır pivə məhsulu aşkar edilib – DVX bunun qeydiyyatsız istehsal edildiyini deyir

Mingəçevirdə 198 min litr hazır pivə məhsulu aşkar edilib – DVX bunun qeydiyyatsız istehsal edildiyini deyir

Sənədsiz ev sahiblərinə ŞAD XƏBƏR: Proses başladı...

Sənədsiz ev sahiblərinə ŞAD XƏBƏR: Proses başladı...

Avtomobil bazarında SON VƏZİYYƏT

Avtomobil bazarında SON VƏZİYYƏT

Ən xoşbəxt insanlar hansı şəhərlərdə yaşayır? - Gözlənilməz lider

Ən xoşbəxt insanlar hansı şəhərlərdə yaşayır? - Gözlənilməz lider

Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi – FOTO

Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi – FOTO

Həsən Zeynalov birinci müavin TƏYİN EDİLDİ

Həsən Zeynalov birinci müavin TƏYİN EDİLDİ

Emili Ratajkovski eşq macəraları ilə milyonlar qazandı: 12 nəşriyyat arasında böyük "savaş"

Emili Ratajkovski eşq macəraları ilə milyonlar qazandı: 12 nəşriyyat arasında böyük "savaş"

Erlinq Haaland TikTok-da "əkiz bacısını" tapdı – FOTO

Erlinq Haaland TikTok-da "əkiz bacısını" tapdı – FOTO

End of content

No more pages to load

RADİO