Hövsanda hər yay eyni KABUS – Dəfələrlə təmir olunan elektrik niyə dayanıqlı deyil?

Son vaxtlar Suraxanı rayonu Hövsan qəsəbəsində elektrik enerjisinin verilişi ilə bağlı sakinlərin narazılığı artır. Əvvəllər nadir hallarda elektrik kəsintisi ilə üzləşən sakinlər deyirlər ki, son vaxtlar işıqlar demək olar ki, 3-4 gündən bir sönür. Bəzi hallarda isə qəsəbə sakinləri 1 sutkaya qədər elektriksiz qalmalı olurlar.

Təmir edildi, amma problem həll olunmadı

Maraqlıdır ki, iyul ayında Hövsan qəsəbəsinin bütün elektrik xətlərində təmir işləri aparılmışdı. Hətta “Azərişıq” ASC tərəfindən ictimaiyyətə bildirilmişdi ki, təmir işləri yekunlaşdıqdan sonra qəsəbə bütünlüklə daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq. 

Lakin təmirdən sonra gözləntilər özünü doğrultmayıb. Əksinə, elektrik enerjisinin kəsilməsi qəsəbədə adi hala çevrilib.

Üstəlik bərpa olunan elektrik enerjisinin gərginliyi həddindən artıq zəifləyib. Evlərdəki məişət avadanlıqları normal işləmir, elektrik cihazlarının tez-tez sönüb-yanması isə onların sıradan çıxması ilə bağlı narahatlıq yaradır.
 

Problem hətta internet xidmətinə də təsir edir. Elektrik enerjisinin zəif olması səbəbindən modem və digər avadanlıqlar normal fəaliyyət göstərə bilmir. Bir sözlə, işıq var, amma həyat yoxdu...


Hövsan sakinləri artıq bu vəziyyətdən yorulublar. Onlar sadəcə işığın davamlı bərpasını deyil, həm də normal və təhlükəsiz elektrik enerjisi istəyirlər. Çünki elektrik enerjisinin zəif olması məişət avadanlıqlarını risk altında qoyur.

Hər dəfə eyni səbəb...

Sakinlərin sözlərinə görə, aidiyyəti qurum tərəfindən hər dəfə elektrik kəsintilərinə səbəb kimi qəza və ya şəbəkədə yüklənmə göstərilir. Lakin problem müvəqqəti aradan qaldırılır və onun birdəfəlik həlli təmin olunmur. Daha diqqətçəkən məqam isə oxşar vəziyyətin hər il yay aylarında təkrarlanmasıdır.

Hövsanda elektrik enerjisinin verilişi ilə bağlı yaranan problemlər fonunda diqqətçəkən məqamlardan biri də qəsəbənin elektrik şəbəkəsində son illərdə dəfələrlə təmir və yenilənmə işlərinin aparılmasıdır.

Görülən işlərin nəticəsi niyə hiss olunmur?

Belə ki, 2026-cı il martın 18-də Hövsanın Elman Qasımov, Elçin Məmmədov və Oqtay Şabanov küçələrində 6 kV-luq hava xətlərində təmir işləri aparılıb. Aprelin 24-də isə Bağlar yaşayış massivində 35/6 kV-luq yarımstansiyadan transformator məntəqəsinədək elektrik şəbəkəsində işlər görülüb.
 

Bundan əlavə, iyulun 27-də Hövsanın Oqtay Şabanov küçəsində yenidən təmir-təftiş işləri həyata keçirilib. “Azərişıq” ASC həmin işlərdən sonra ərazinin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacağını açıqlayıb.


Əslində, Hövsanın elektrik təsərrüfatında təmir və yenilənmə işləri yeni məsələ deyil. Daha əvvəlki illərə aid rəsmi məlumatlarda da qəsəbənin ayrı-ayrı ərazilərində elektrik dayaqlarının və naqillərin dəyişdirildiyi bildirilib. Həmin məlumatlardan birində 474 saylı Hövsan kənd hava xəttinin 1050 metrlik hissəsinin yeniləndiyi qeyd olunub.

Hövsan sakinləri üçün isə əsas sual dəyişmir.
 

Aparılan çoxsaylı təmir və yenilənmə işlərinə baxmayaraq, elektrik təchizatı niyə hələ də dayanıqlı deyil? Əgər görülən işlər şəbəkənin keyfiyyətini və etibarlılığını artırmağa hesablanıbsa, onların nəticəsi niyə gündəlik həyatda hiss olunmur?


Ümid edirik ki, səsləndirdiyimiz suallar aidiyyəti qurum tərəfindən yalnız cavablandırılmaqla kifayətlənməyəcək, problemin köklü şəkildə aradan qaldırılması üçün real və konkret addımlar atılacaq.

Mövzunu diqqətdə saxlayacağıq.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ulduz futbolçunu həbs cəzası GÖZLƏYİR

Ulduz futbolçunu həbs cəzası GÖZLƏYİR

Nələrə düşünmədən reaksiya veririk? – Beyinin şüurdan əvvəl verdiyi ani qərarlar

Nələrə düşünmədən reaksiya veririk? – Beyinin şüurdan əvvəl verdiyi ani qərarlar

Süni mayalanma ilə bağlı ARAŞDIRMA: Uşaqların sağlamlığı təhlükədədirmi?

Süni mayalanma ilə bağlı ARAŞDIRMA: Uşaqların sağlamlığı təhlükədədirmi?

Prezident “Sabah”ı belə təbrik etdi – FOTO

Prezident “Sabah”ı belə təbrik etdi – FOTO

Xırdalanda 1 yaşlı uşaq 7-ci mərtəbədən yıxılaraq həyatını itirdi

Xırdalanda 1 yaşlı uşaq 7-ci mərtəbədən yıxılaraq həyatını itirdi

Bakıda 19 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürdü

Bakıda 19 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürdü

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər SAXLANILDI

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər SAXLANILDI

Ukraynanın ABŞ-dakı yeni səfiri Kuleba ola bilər – KİV

Ukraynanın ABŞ-dakı yeni səfiri Kuleba ola bilər – KİV

"Sabah" Çempionlar Liqasına vəsiqə ilə nə qədər qazandı?

"Sabah" Çempionlar Liqasına vəsiqə ilə nə qədər qazandı?

Bir siqaret ömürdən nə qədər aparır? - Alimlər rəqəmi açıqladı

Bir siqaret ömürdən nə qədər aparır? - Alimlər rəqəmi açıqladı

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

Hövsanda hər yay eyni KABUS – Dəfələrlə təmir olunan elektrik niyə dayanıqlı deyil?

Hövsanda hər yay eyni KABUS – Dəfələrlə təmir olunan elektrik niyə dayanıqlı deyil?

Bülbüloğlunun yeni xanımı tanınmış rəqqasə imiş – Foto

Bülbüloğlunun yeni xanımı tanınmış rəqqasə imiş – Foto

Binəqədidə güclü yanğın – Ölən var – VİDEO

Binəqədidə güclü yanğın – Ölən var – VİDEO

“Bizim immiqrantlara ehtiyacımız var”

“Bizim immiqrantlara ehtiyacımız var”

Arvadını döyən şəxs cinayət məsuliyyətindən azad edildi - SƏBƏB

Arvadını döyən şəxs cinayət məsuliyyətindən azad edildi - SƏBƏB

Netanyahudan sərt addım:Qüdsdə təxliyə başladı

Netanyahudan sərt addım:Qüdsdə təxliyə başladı

Bu universitetdə erməni dili tədris ediləcək – RƏSMİ

Bu universitetdə erməni dili tədris ediləcək – RƏSMİ

Pakistanda xəstəxana yandı - 15 körpə həyatını itirdi

Pakistanda xəstəxana yandı - 15 körpə həyatını itirdi

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Ukrayna "Wildberries"in daha bir logistika mərkəzini vurdu – VİDEO

Ukrayna "Wildberries"in daha bir logistika mərkəzini vurdu – VİDEO

Avtomobil nəhənglərindən vida qərarı: 11 məşhur modelin istehsalı tamamilə dayandırılır – SİYAHI

Avtomobil nəhənglərindən vida qərarı: 11 məşhur modelin istehsalı tamamilə dayandırılır – SİYAHI

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Aftandil İsrafilovun villası satışa çıxarıldı - Fantastik məbləğ

Aftandil İsrafilovun villası satışa çıxarıldı - Fantastik məbləğ

End of content

No more pages to load

RADİO