Ombudsmandan Ermənistanın son təxribatı ilə bağlı MÜRACİƏT  

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı ilə bağlı müraciət yayıb. 

Ombudsman Aparatından Bizim.Media-ya daxil olan məlumatda deyilir: 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Ordusu şəhid verdi - RƏSMİ


"Təəssüf hissi ilə qeyd edirik ki, Azərbaycanın sülh çağırışlarına məhəl qoymayan Ermənistan insan hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş hərbi təxribatlara hələ də davam etməkdədir. 

Cari il mayın 10-da axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətindəki mövqelərindən Ordumuzun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla növbəti dəfə təxribat törətmişdir.

Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçuları - Novruzəlizadə Orxan Elxan oğlu həlak olmuş, Mahmudlu Müslüm Vidadi oğlu ağır yaralanmışdır. 

Ermənistanın növbəti hərbi təxribatı nəticəsində həlak olmuş hərbçimizə Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, regionda sülh quruculuğu prosesində maraqlı olmayan, öz işğalçı siyasətini davam etdirən, insan hüquqlarını kobud şəkildə pozan Ermənistanın hal-hazırda da davam edən hərbi təxribatını kəskin şəkildə pisləyirik. 

Azərbaycanın davamlı olaraq təklif etdiyi sülh çağırışlarının əksinə olaraq Ermənistan məqsədli şəkildə regionda vəziyyəti gərginləşdirir, beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqla yeni münaqişə ocaqlarının yaranması üçün təxribatlar törədir. 
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, bir daha beynəlxalq təşkilatlara müraciət edərək, Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarına dərhal son qoyulması, regionda sülhün bərpası üzrə qəti tədbirlərin görülməsini tələb edirik". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Murad Dadaşovla Bəhram Bağırzadənin rəqsi GÜNDƏM OLDU - VİDEO

Murad Dadaşovla Bəhram Bağırzadənin rəqsi GÜNDƏM OLDU - VİDEO

“O dərman daim yanımızda olmalıdır, 2 aydır verilmir” - VİDEO

“O dərman daim yanımızda olmalıdır, 2 aydır verilmir” - VİDEO

Azərbaycan neftini idxal edən ikinci ÖLKƏ - RƏQƏMLƏR

Azərbaycan neftini idxal edən ikinci ÖLKƏ - RƏQƏMLƏR

Başlıbel qətliamından 33 il ötür

Başlıbel qətliamından 33 il ötür

Maraqlı ARAŞDIRMA: Sizi iş yerindəki stressdən nə xilas edir?

Maraqlı ARAŞDIRMA: Sizi iş yerindəki stressdən nə xilas edir?

Əl Şaraa Ərdoğanla görüşüb bunları müzakirə etdi - FOTO

Əl Şaraa Ərdoğanla görüşüb bunları müzakirə etdi - FOTO

700 milyon qazancla rekord qırdı

700 milyon qazancla rekord qırdı

Zelenski Lukaşenkonu oğurlamaqla HƏDƏLƏDİ - Maduronu xatırladaraq...

Zelenski Lukaşenkonu oğurlamaqla HƏDƏLƏDİ - Maduronu xatırladaraq...

“Bavariya” “Qalatasaray”ın qapıçısını transfer etmək istəyir

“Bavariya” “Qalatasaray”ın qapıçısını transfer etmək istəyir

Davamlı balıq yemək istəyi nəyin simptomudur?

Davamlı balıq yemək istəyi nəyin simptomudur?

Röya Ayxanın 2 minlik libası DİQQƏT ÇƏKDİ - VİDEO

Röya Ayxanın 2 minlik libası DİQQƏT ÇƏKDİ - VİDEO

Azərbaycanda heyvan satışı bazarları ilə bağlı yeni qadağa

Azərbaycanda heyvan satışı bazarları ilə bağlı yeni qadağa

“Zirə” – “Neftçi” matçında bərabərlik - VİDEO

“Zirə” – “Neftçi” matçında bərabərlik - VİDEO

SON DƏQİQƏ:ABŞ və İran arasında imzalanan müqavilənin BƏZİ TƏFƏRRÜATLARI

SON DƏQİQƏ:ABŞ və İran arasında imzalanan müqavilənin BƏZİ TƏFƏRRÜATLARI

"ABŞ uranı əldə etmək üçün İrana gizlicə girəcək..."

"ABŞ uranı əldə etmək üçün İrana gizlicə girəcək..."

Birinci xanımlar Antalya Forumunda - FOTO

Birinci xanımlar Antalya Forumunda - FOTO

Bakıda kəsilmiş ağacların yerinə yeniləri əkildi - FOTO

Bakıda kəsilmiş ağacların yerinə yeniləri əkildi - FOTO

İranın İTKİLƏRİ: 10 mülki aviasiya təyyarəsi məhv edilib

İranın İTKİLƏRİ: 10 mülki aviasiya təyyarəsi məhv edilib

Zelenski: "Bu, Ukraynaya qarşı müharibəsini daha da ağırlaşdırır"

Zelenski: "Bu, Ukraynaya qarşı müharibəsini daha da ağırlaşdırır"

“Abşeron Lions” yarımfinalda!

“Abşeron Lions” yarımfinalda!

Hülya Avşarın qızı iş adamı ilə ailə qurur

Hülya Avşarın qızı iş adamı ilə ailə qurur

Sabah bu muzeylərə giriş PULSUZ olacaq

Sabah bu muzeylərə giriş PULSUZ olacaq

Hörmüz boğazı açıldı, bu məhsulun qiyməti kəskin UCUZLAŞDI

Hörmüz boğazı açıldı, bu məhsulun qiyməti kəskin UCUZLAŞDI

Bakının mərkəzində tarixi binaya MÜDAXİLƏ EDİLİB? - VİDEO

Bakının mərkəzində tarixi binaya MÜDAXİLƏ EDİLİB? - VİDEO

End of content

No more pages to load

RADİO