İlham Əliyev 330 kV-luq “Cəbrayıl” qovşaq yarımstansiyasının açılışını edib - FOTO/VİDEO

Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 330 kV-luq “Cəbrayıl” qovşaq yarımstansiyasının açılışını edib. 

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısına görülən işlər barədə məlumat verildi. 

Qeyd edək ki, ötən il mayın 26-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Azərbaycan-Türkiyə-Avropa Enerji Dəhlizi Layihəsi çərçivəsində təməli qoyulan 330/110 kV-luq “Cəbrayıl” qovşaq yarımstansiyası və ikidövrəli olmaqla 132 kilometr məsafədə 330 kV-luq “Ağcabədi-Cəbrayıl” ötürmə xətti “Azərenerji” tərəfindən rekord müddətdə - bir ildə tikilib və 330 kV-luq “Ağcabədi” yarımstansiyası müasir texnologiyalar əsasında tam yenidən qurulub. 

Ən əsası bu müddətdə işğaldan azad edilən rayonlarda 11 yerdə tikilən 110 kilovoltluq yarımstansiyaları selektiv paylama ilə qidalandırıb, dairəvi elektrik təchizatına nail olmaq üçün 330 kilovoltluq “Cəbrayıl” qovşaq yarımstansiyası ilə 110 kilovoltluq “Qubadlı” yarımstansiyası arasında ötürmə xətti çəkilib. Bu layihənin bir neçə mühüm əhəmiyyəti var.
Belə ki, Qarabağ və Şərqi Zəngəzur regionlarını yeni mənbə olaraq qidalandırıb dairəvi elektrik təchizatını təmin etmək, bu bölgələrin dayanıqlı və fasiləsiz elektrik təchizatına nail olmaq, yaradılan meqalayihələrin tələbatını qarşılamaq, BP Günəş və digər bərpaolunan enerji mənbələrində, həmçinin “Xudafərin” və “Qız qalası” elektrik stansiyalarında, o cümlədən işğaldan azad edilən ərazilərdə “Azərenerji” tərəfindən tikilən 25 Su elektrik stansiyasında istehsal olunan enerjini ümumi sistemə ötürmək üçün “Cəbrayıl” enerji qovşağının istismara verilməsi olduqca əhəmiyyətli hadisədir. 

Digər tərəfdən perspektivdə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın ümumi enerji sisteminə qoşmaq, həmçinin Cəbrayıl-Naxçıvan-Türkiyə, oradan isə qardaş ölkənin enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə edib ixrac imkanlarını artırmaq üçün “Cəbrayıl” qovşaq yarımstansiyasının işə düşməsi xüsusi önəm daşıyır. 

Dövlətimizin başçısı “Cəbrayıl” qovşaq yarımstansiyasını işə saldı. 

Bildirildi ki, üçmərhələli ölkələrarası enerji layihəsini həyata keçirmək üçün “Cəbrayıl” enerji qovşağında tikilən 330 və 110 kV-luq açıq paylayıcı qurğularda əlavə ehtiyat yuvalar yaradılıb. Eyni zamanda, burada avtomatik açılıb-qoşulma, intellektual idarəetmə, operativ monitorinq və digər proseslər üçün Rəqəmsal İdarəetmə Mərkəzi tikilib. 

“Cəbrayıl” enerji qovşağının ətrafında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar irimiqyaslı ağacəkmə və bağsalma aksiyası keçirilib. 

Qeyd edək ki, işğaldan azad edilən ərazilərdə “Azərenerji” tərəfindən bu günədək 37 enerji obyekti - 12 yarımstansiya, 25 Su elektrik stansiyası tikilib və tikilməkdədir. Bu enerji obyektlərində indiyədək 170 nəfər yerli sakin məskunlaşma siyasətinə uyğun olaraq daimi işlə təmin edilib. 

Bizim.Media
 













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski Azərbaycana təşəkkür etdi - FOTO

Zelenski Azərbaycana təşəkkür etdi - FOTO

Keçmiş baş nazir müavininin xanımı öldürüldü – Azərbaycanla bağlı sirli keçmişi yenidən gündəmdə

Keçmiş baş nazir müavininin xanımı öldürüldü – Azərbaycanla bağlı sirli keçmişi yenidən gündəmdə

Satış planını yerinə yetirməyən işçiyə müdirdən qəribə cəza

Satış planını yerinə yetirməyən işçiyə müdirdən qəribə cəza

Aidə Əliyevaya AFFA-da vəzifə verildi - FOTO

Aidə Əliyevaya AFFA-da vəzifə verildi - FOTO

Hakan Fidan: "YPG-nin ləğvi kürd-ərəb qardaşlığını gücləndirəcək"

Hakan Fidan: "YPG-nin ləğvi kürd-ərəb qardaşlığını gücləndirəcək"

Yevlaxda balıqçı itkin düşdü

Yevlaxda balıqçı itkin düşdü

Çempionlar Liqasının püşkatmasında yeni qayda

Çempionlar Liqasının püşkatmasında yeni qayda

Nepalda daşqın nəticəsində ölənlərin sayı ARTDI

Nepalda daşqın nəticəsində ölənlərin sayı ARTDI

Coni məşhur olmadan əvvəl nə edirdi?

Coni məşhur olmadan əvvəl nə edirdi?

ABŞ Çini dövlət qurumlarına kiberhücumlarda İTTİHAM ETDİ

ABŞ Çini dövlət qurumlarına kiberhücumlarda İTTİHAM ETDİ

“Apple” yeni məhsullarının təqdimat TARİXİNİ açıqladı

“Apple” yeni məhsullarının təqdimat TARİXİNİ açıqladı

Wi-Fi insanları telefonsuz belə tanıya bilir

Wi-Fi insanları telefonsuz belə tanıya bilir

58 yaşında tələbə oldu: Ən çox nəvələri sevindi - VİDEO

58 yaşında tələbə oldu: Ən çox nəvələri sevindi - VİDEO

Balakəndə "Mercedes" radar dirəyinə çırpıldı - VİDEO

Balakəndə "Mercedes" radar dirəyinə çırpıldı - VİDEO

Hörmüz boğazı sabahdan açılır? - Qəribabadidən açıqlama

Hörmüz boğazı sabahdan açılır? - Qəribabadidən açıqlama

Almaniyada malyariyaya yoluxan daha bir nəfər dünyasını dəyişdi

Almaniyada malyariyaya yoluxan daha bir nəfər dünyasını dəyişdi

Bu rayonun 8 mindən çox abonenti işıqsız qalacaq

Bu rayonun 8 mindən çox abonenti işıqsız qalacaq

İran Hörmüz boğazında Hindistana məxsus tankeri saxladı

İran Hörmüz boğazında Hindistana məxsus tankeri saxladı

Gömrük generalının adından dələduzluq - DETALLAR

Gömrük generalının adından dələduzluq - DETALLAR

Pakistan ABŞ-İran danışıqları üçün yeni TƏKLİF VERDİ

Pakistan ABŞ-İran danışıqları üçün yeni TƏKLİF VERDİ

Azərbaycan XİN Nepal və Çinə başsağlığı verdi - FOTO

Azərbaycan XİN Nepal və Çinə başsağlığı verdi - FOTO

Bu gecədən Xətai rayonunda yol BAĞLANIR

Bu gecədən Xətai rayonunda yol BAĞLANIR

DİQQƏT: Hərbi möhlətlər bu halda ləğv ediləcək

DİQQƏT: Hərbi möhlətlər bu halda ləğv ediləcək

“Sabah” futbol klubu Prezident İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

“Sabah” futbol klubu Prezident İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

End of content

No more pages to load

RADİO