Çin ABŞ-nin dövlət qurumlarına qarşı bir sıra kiberhəmlələr reallaşdıran "QTFY" haker qruplaşmasını maliyyələşdirib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Amerika rəsmilərinin bildirdiyinə görə, NASA, Energetika Nazirliyi, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və ABŞ Senatının serverləri kiberhücumların qurbanı olub.
İddia edilir ki, qruplaşma Çinin "Nanjing Xinjiuwei Network Technology" şirkətinin sifarişi ilə fəaliyyət göstərir.
"Federal hüquq-mühafizə orqanları Çin Xalq Respublikasının zərərli proqram təminatını araşdırıb və zərərsizləşdirib", — deyə ABŞ-nin baş prokuroru Todd Blanş bildirib.
Məhkəmə sənədlərinə əsasən, "QTFY" qruplaşması öz müştərilərinə, o cümlədən Çin Xalq Respublikasının Dövlət Təhlükəsizliyi Nazirliyinə və Çin Xalq Azadlıq Ordusuna kompüter sistemlərinin sındırılması üzrə xidmətlər təklif edib.
ABŞ Ədliyyə Nazirliyi iddia edir ki, hakerlər hücumlar üçün iki alətdən istifadə ediblər.
Bunlardan birincisi bütün dünyadakı cihazları yoluxdurur, ikincisi isə hücumların haradan qaynaqlandığını gizlədən bir şəbəkə yaradır. Ədliyyə Nazirliyindən qeyd ediblər ki, zərərli trafik Çindən deyil, onun hüdudlarından kənarda yerləşən yoluxmuş cihazlardan yönləndirilib.
Bizim.Media