İslamabad ABŞ və İran arasında aylarla davam edən münaqişəyə son qoymaq məqsədilə yeni 60 günlük danışıqlar müddətinin müəyyənləşdirilməsini təklif etməyə çalışır.
Bizim.Media xəbər verir ki, bu barədə Pakistan mənbələri “Anadolu” xəbər agentliyinə bildiriblər.
Məlumata görə, yeni təşəbbüs İslamabad Anlaşma Memorandumu çərçivəsində Vaşinqton və Tehran arasında birbaşa danışıqların bərpasını və yekun razılaşmanın əldə olunmasını nəzərdə tutur.
Təklif olunan 60 günlük müddət ərzində əsas diqqətin Hörmüz boğazının yenidən açılması və İrana qarşı sanksiyaların aradan qaldırılması ilə bağlı danışıqların canlandırılmasına yönəldilməsi planlaşdırılır.
Pakistanın yeni təklifi ilə bağlı Vaşinqton və Tehran tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
Bizim.Media