Wi-Fi insanları telefonsuz belə tanıya bilir

Tədqiqatçılar Wi-Fi siqnalları vasitəsilə insanların smartfon, noutbuk və ya ağıllı saat daşımadığı halda belə tanına bildiyini müəyyənləşdiriblər.

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, hazırlanan yeni texnologiya radio siqnallarını təhlil edərək simsiz şəbəkəni bir növ hərəkət və mövcudluq sensoruna çevirir.

Metod Wi-Fi cihazları ilə routerlər arasında mübadilə edilən siqnalların təhlilinə əsaslanır.
 

Söhbət siqnalın istiqamətləndirilməsi zamanı ötürülən və bəzi hallarda şifrələnməyən geribildirim məlumatlarından gedir.


İnsan Wi-Fi şəbəkəsinin əhatə dairəsinə daxil olduqda onun bədəni radio dalğalarının yayılmasına təsir göstərir. Sistem bu dəyişiklikləri təhlil etməklə insanın özünəməxsus “radio görüntüsünü” yaradır və həmin xüsusiyyətlər əsasında onu sonradan tanıya bilir.

Texnologiyanın əsas xüsusiyyəti insanın Wi-Fi şəbəkəsinə qoşulmasına ehtiyac olmamasıdır. Lazımi məlumatlar routerlə ona qanuni şəkildə qoşulmuş digər cihazlar arasındakı adi rabitədən əldə edilə bilər.

Bu səbəbdən evlərdə, ofislərdə, mağazalarda və kafelərdə olan Wi-Fi şəbəkələri potensial məlumat mənbəyinə çevrilə bilər. Tədqiqatçı Yulien Todt bildirib ki, eyni Wi-Fi şəbəkəsinin yaxınlığından mütəmadi keçən şəxs nəzəri baxımdan xəbəri olmadan əvvəlcə aşkarlana, daha sonra isə tanına bilər.

Texnologiya 197 nəfərin iştirak etdiyi təcrübədə sınaqdan keçirilib. Açıqlanan nəticələrə görə, sistem iştirakçıları 100 faizə yaxın dəqiqliklə tanıya bilib.
 

Mütəxəssislər bu imkanların şəxsi məlumatların qorunması ilə bağlı ciddi narahatlıq yaratdığını bildirirlər. Texnologiya geniş yayılsa, mövcud Wi-Fi infrastrukturu yalnız məlumat ötürmək üçün deyil, insanların hərəkətlərini gizli izləmək üçün də istifadə oluna bilər.


Karlsrue Texnologiya İnstitutunun professoru Torsten Ştrufe belə sistemlərin inkişafı ilə yanaşı, məxfiliyi qoruyan mexanizmlərin də hazırlanmasının vacibliyini vurğulayıb. Tədqiqatçılar gələcək Wi-Fi standartları yaradılarkən bu risklərin nəzərə alınmasına çağırırlar. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Meteohəssas insanlar, hazır olun: Uzunmüddətli maqnit qasırğası başlayır

Meteohəssas insanlar, hazır olun: Uzunmüddətli maqnit qasırğası başlayır

Azərbaycanda yeməkxanalar azalır, kofeşoplar artır - Səbəb

Azərbaycanda yeməkxanalar azalır, kofeşoplar artır - Səbəb

Tovuzda “VAZ-2107” traktora çırpıldı - Xəsarət alan var

Tovuzda “VAZ-2107” traktora çırpıldı - Xəsarət alan var

Sibel Canın səhnə geyimi müzakirələrə səbəb oldu – VİDEO

Sibel Canın səhnə geyimi müzakirələrə səbəb oldu – VİDEO

Bürclərin mükəmməl sevgi xəritəsi: Bir-birinə uyğun olanlar

Bürclərin mükəmməl sevgi xəritəsi: Bir-birinə uyğun olanlar

Gizlin səs yazanlar bu maddə ilə cəzalandırıla bilər — Açıqlama

Gizlin səs yazanlar bu maddə ilə cəzalandırıla bilər — Açıqlama

Zelenski Azərbaycana təşəkkür etdi - FOTO

Zelenski Azərbaycana təşəkkür etdi - FOTO

Keçmiş baş nazir müavininin xanımı öldürüldü – Azərbaycanla bağlı sirli keçmişi yenidən gündəmdə

Keçmiş baş nazir müavininin xanımı öldürüldü – Azərbaycanla bağlı sirli keçmişi yenidən gündəmdə

Satış planını yerinə yetirməyən işçiyə müdirdən qəribə cəza

Satış planını yerinə yetirməyən işçiyə müdirdən qəribə cəza

Aidə Əliyevaya AFFA-da vəzifə verildi - FOTO

Aidə Əliyevaya AFFA-da vəzifə verildi - FOTO

Hakan Fidan: "YPG-nin ləğvi kürd-ərəb qardaşlığını gücləndirəcək"

Hakan Fidan: "YPG-nin ləğvi kürd-ərəb qardaşlığını gücləndirəcək"

Yevlaxda balıqçı itkin düşdü

Yevlaxda balıqçı itkin düşdü

Çempionlar Liqasının püşkatmasında yeni qayda

Çempionlar Liqasının püşkatmasında yeni qayda

Nepalda daşqın nəticəsində ölənlərin sayı ARTDI

Nepalda daşqın nəticəsində ölənlərin sayı ARTDI

Coni məşhur olmadan əvvəl nə edirdi?

Coni məşhur olmadan əvvəl nə edirdi?

ABŞ Çini dövlət qurumlarına kiberhücumlarda İTTİHAM ETDİ

ABŞ Çini dövlət qurumlarına kiberhücumlarda İTTİHAM ETDİ

“Apple” yeni məhsullarının təqdimat TARİXİNİ açıqladı

“Apple” yeni məhsullarının təqdimat TARİXİNİ açıqladı

Wi-Fi insanları telefonsuz belə tanıya bilir

Wi-Fi insanları telefonsuz belə tanıya bilir

58 yaşında tələbə oldu: Ən çox nəvələri sevindi - VİDEO

58 yaşında tələbə oldu: Ən çox nəvələri sevindi - VİDEO

Balakəndə "Mercedes" radar dirəyinə çırpıldı - VİDEO

Balakəndə "Mercedes" radar dirəyinə çırpıldı - VİDEO

Hörmüz boğazı sabahdan açılır? - Qəribabadidən açıqlama

Hörmüz boğazı sabahdan açılır? - Qəribabadidən açıqlama

Almaniyada malyariyaya yoluxan daha bir nəfər dünyasını dəyişdi

Almaniyada malyariyaya yoluxan daha bir nəfər dünyasını dəyişdi

Bu rayonun 8 mindən çox abonenti işıqsız qalacaq

Bu rayonun 8 mindən çox abonenti işıqsız qalacaq

İran Hörmüz boğazında Hindistana məxsus tankeri saxladı

İran Hörmüz boğazında Hindistana məxsus tankeri saxladı

End of content

No more pages to load

RADİO