Nepalın Rasuva rayonunda baş verən şiddətli daşqınlar nəticəsində həyatını itirənlərin sayı 157-yə yüksəlib.
Bizim.Media xəbər verir ki, bu barədə yerli polisə istinadən "Ratopati" nəşri məlumat yayıb.
Daşqın və torpaq sürüşmələri nəticəsində xəsarət alan daha 41 nəfər hazırda Nepalın müxtəlif xəstəxanalarında müalicə olunur. Bölgədə axtarış-xilasetmə əməliyyatlarını həyata keçirmək üçün 3,3 mindən çox polis əməkdaşı səfərbər edilib.
Qeyd edək ki, avqustun 26-da Çin və Nepal sərhədində, Qyironq buraxılış məntəqəsi yaxınlığında dağıdıcı torpaq sürüşməsi baş verib.
Güclü su axınları onlarla binanı, körpünü və avtomobili yuyub aparıb. Hazırda 1000-ə yaxın insan itkin düşmüş hesab olunur ki, onların da təxminən 300-ü xarici vətəndaşdır. Fəlakət bölgəsində mobil rabitə tamamilə kəsilib.
Bizim.Media