“Vaşinqtonda artıq sülh müqaviləsinin hazır mətni var, ona yekun düzəlişlər edilir”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.
Paşinyan qeyd edib ki, iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin sammitində sülh müqaviləsinin imzalanması istisna edilmir.
O həmçinin bildirib ki, Ermənistanın qonşu ölkələrə nəinki ərazi iddiası yoxdur, hətta heç vaxt olmayacaq.
Bizim.Media