Türkiyəli məşhur müğənni Sibel Can Marmarisdəki konserti zamanı səhnə tərzi ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, sənətçinin gecə üçün seçdiyi fərqli geyim sosial şəbəkələrdə müzakirə yaradıb.
Onun çay stəkanını xatırladan qeyri-adi libası gecənin ən çox diqqət çəkən detallarından biri olub.
Sibel Canın səhnə obrazı izləyicilər tərəfindən maraqla qarşılanıb, geyiminə dair müxtəlif fikirlər səsləndirilib. Görüntülər sosial şəbəkələrdə qısa zamanda yayılıb.(milli.az)
Bizim.Media