“Ukrinform” dövlət informasiya agentliyində Heydər Əliyevin 100 illiyi ilə bağlı məqalə dərc edilib

Ukraynanın “Ukrinform” dövlət informasiya agentliyində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı məqalə dərc edilib.

Bizim.Media xəbər verir ki, AZƏRTAC-ın Ukrayna və Moldova üzrə xüsusi müxbiri Emil Hüseynlinin müəllifi olduğu məqalədə Heydər Əliyevin Ukrayna və Azərbaycan münasibətlərinin inkişafında misilsiz xidmətindən bəhs edilib.

Məqalədə qeyd olunur ki, iki ölkə arasında əməkdaşlığın inkişaf tarixinin böyük hissəsi Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevlə bağlıdır. Heydər Əliyev dost Azərbaycan-Ukrayna münasibətlərinin banisi, müasir Azərbaycanın memarıdır.

Azərbaycan apardığı uğurlu xarici siyasət sayəsində bir çox dövlətlərin, o cümlədən Ukraynanın strateji tərəfdaşıdır. Təsadüfi deyil ki, Ukraynanın bir çox ictimai və siyasi xadimləri Ulu Öndər Heydər Əliyevi Azərbaycan və Ukrayna dostluğunun banisi hesab edirlər.
“Ulu Öndərin SSRİ Nazirlər Kabineti sədrinin müavini işlədiyi dövrdə Ukrayna qarşısında xidmətləri, Ukraynada bir sıra iri sənaye müəssisələrinin, fabriklərin, mədəniyyət və idman komplekslərinin tikintisinə göstərdiyi köməkliklər əvəzsizdir.

Ukrayna xalqı onun xidmətlərini və Çernobıl faciəsinin nəticələrinin aradan qaldırılması üçün qəbul edilmiş qərarları böyük minnətdarlıq hissi ilə xatırlayır. Ölkələrimiz müstəqillik əldə etdikdən sonra Heydər Əliyev Azərbaycan ilə Ukrayna arasında dostluq münasibətlərinin qurulması istiqamətində üzərinə düşən tarixi missiyanı məharətlə yerinə yetirdi”, - məqalədə yazılır.

Məqalədə Ukraynanın nüfuzlu ictimai-siyasi xadimlərin Heydər Əliyev haqqında söylədiyi fikirlər də yer alıb və qeyd olunur ki, Heydər Əliyev Ukraynanı sevirdi, Ukrayna da onu sevirdi və sevəcək. Bu gün Ukraynada Heydər Əliyevin xatirəsi ehtiramla yad edilir.
Kiyevin mərkəzində Heydər Əliyevin adını daşıyan park və onun abidəsi var. Ukraynanın dövlət kitabxanalarında Heydər Əliyevin fəaliyyətindən bəhs edən müxtəlif kitablar var. 2013-cü ilin mart ayından Kiyev Milli Linqvistika Universitetində Heydər Əliyev adına Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gənclər niyə problemləri həll etmək yerinə ayrılmağı seçir? - AÇIQLAMA

Gənclər niyə problemləri həll etmək yerinə ayrılmağı seçir? - AÇIQLAMA

Yeni doğulan oğulları ilə kamera qarşısına keçdilər – FOTO

Yeni doğulan oğulları ilə kamera qarşısına keçdilər – FOTO

Qadınlara romantik jestlər etməyən BÜRCLƏRİN kişiləri

Qadınlara romantik jestlər etməyən BÜRCLƏRİN kişiləri

Gülben Ergenin "Instagram" gəliri gündəm oldu

Gülben Ergenin "Instagram" gəliri gündəm oldu

Elə riskə getdi ki, faciənin qarşısını aldı - VİDEO

Elə riskə getdi ki, faciənin qarşısını aldı - VİDEO

Qətərin Baş naziri sabah İrana gedir

Qətərin Baş naziri sabah İrana gedir

Meteohəssas insanlar, hazır olun: Uzunmüddətli maqnit qasırğası başlayır

Meteohəssas insanlar, hazır olun: Uzunmüddətli maqnit qasırğası başlayır

Azərbaycanda yeməkxanalar azalır, kofeşoplar artır - Səbəb

Azərbaycanda yeməkxanalar azalır, kofeşoplar artır - Səbəb

Tovuzda “VAZ-2107” traktora çırpıldı - Xəsarət alan var

Tovuzda “VAZ-2107” traktora çırpıldı - Xəsarət alan var

Sibel Canın səhnə geyimi müzakirələrə səbəb oldu – VİDEO

Sibel Canın səhnə geyimi müzakirələrə səbəb oldu – VİDEO

Bürclərin mükəmməl sevgi xəritəsi: Bir-birinə uyğun olanlar

Bürclərin mükəmməl sevgi xəritəsi: Bir-birinə uyğun olanlar

Gizlin səs yazanlar bu maddə ilə cəzalandırıla bilər — Açıqlama

Gizlin səs yazanlar bu maddə ilə cəzalandırıla bilər — Açıqlama

Zelenski Azərbaycana təşəkkür etdi - FOTO

Zelenski Azərbaycana təşəkkür etdi - FOTO

Keçmiş baş nazir müavininin xanımı öldürüldü – Azərbaycanla bağlı sirli keçmişi yenidən gündəmdə

Keçmiş baş nazir müavininin xanımı öldürüldü – Azərbaycanla bağlı sirli keçmişi yenidən gündəmdə

Satış planını yerinə yetirməyən işçiyə müdirdən qəribə cəza

Satış planını yerinə yetirməyən işçiyə müdirdən qəribə cəza

Aidə Əliyevaya AFFA-da vəzifə verildi - FOTO

Aidə Əliyevaya AFFA-da vəzifə verildi - FOTO

Hakan Fidan: "YPG-nin ləğvi kürd-ərəb qardaşlığını gücləndirəcək"

Hakan Fidan: "YPG-nin ləğvi kürd-ərəb qardaşlığını gücləndirəcək"

Yevlaxda balıqçı itkin düşdü

Yevlaxda balıqçı itkin düşdü

Çempionlar Liqasının püşkatmasında yeni qayda

Çempionlar Liqasının püşkatmasında yeni qayda

Nepalda daşqın nəticəsində ölənlərin sayı ARTDI

Nepalda daşqın nəticəsində ölənlərin sayı ARTDI

Coni məşhur olmadan əvvəl nə edirdi?

Coni məşhur olmadan əvvəl nə edirdi?

ABŞ Çini dövlət qurumlarına kiberhücumlarda İTTİHAM ETDİ

ABŞ Çini dövlət qurumlarına kiberhücumlarda İTTİHAM ETDİ

“Apple” yeni məhsullarının təqdimat TARİXİNİ açıqladı

“Apple” yeni məhsullarının təqdimat TARİXİNİ açıqladı

Wi-Fi insanları telefonsuz belə tanıya bilir

Wi-Fi insanları telefonsuz belə tanıya bilir

End of content

No more pages to load

RADİO