Separatçıların TƏXRİBAT HAZIRLIĞI – Antiterror əməliyyatları üçün GERİSAYIM BAŞLADI

Mətbuatın yazdığına görə, Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulması nəticəsində geniş miqyaslı təxribatlar həyata keçirməkdən məhrum olan separatçı rejim mövcudluğunu saxlamaq üçün “müqavimət hərəkatı”na start verib.

Belə ki, separatçı rejimin təşkilatçılığı ilə bir qrup erməni Laçın yolunda postun qurulmasına qarşı qondarma “etnik təmizləməyə yox” iddiası üzərindən kampaniyaya başlayıb.

Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin diqqətini Qarabağa cəlb etmək, Azərbaycanın öz suveren ərazilərində qurduğu sərhəd-keçid məntəqəsinin ləğvinə nail olmaqdır. 

Separatçılar bəyan edib ki, ya beynəlxalq ictimaiyyət Laçın yolunda postun ləğv edilməsinə nail olmalıdır, ya da onlar başqa yollara əl atacaqlar. Başqa yol deyəndə, separatçı rejim böyük ehtimalla erməni əhalisini qırğına verməyi nəzərdə tutub. Bu fonda da Azərbaycanın sərhəd-keçid məntəqəsini qurmasından sonra Qarabağdakı separatçıların hərbi hazırlıq görüntüləri yayılmağa başlayıb. Görünən odur ki, terrorçular növbəti təxribata hazırlaşırlar. 


Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirir ki, ermənilərin təxribat törədəcəkləri heç zaman istisna olunmayıb: 

“Bu indi də istisna deyil. Ermənistanın həm Qarabağda mövcud olan silahlı birləşmələri, həm də sərhəddəki hissə və bölmələrinin təxribat törətməyəcəyini heç zaman istisna etməmişik. Bu indi də istisna olunmur”. 

O bildirir ki, Azərbaycan daim düşmən təxribatlarına hazır olmalıdır: 

“Qarabağda mövcud olan separatçıların hərbi hazırlıq keçdiyi ərazilərin Azərbaycan üçün legitim hədəf olması barədə rus kontingentinə məlumat verilməli və onların ləğvi üçün məhdud zaman müəyyənləşməlidir. Təyin olunmuş qısa zamanda bu fəaliyyətlərin qarşısı alınmasa, Azərbaycan həmin terror düşərgələrini və oradakı infrastrukturu öz imkan və potensialı hesabına tamamilə məhv etməlidir. Əks halda separatçıların bu sayaq əməlləri gələcəkdə Azərbaycanın inteqrasiya prosesinə və Qarabağda aparılan bərpa quruculuq işlərinə böyük maneələr yarada bilər”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yeni doğulan oğulları ilə kamera qarşısına keçdilər – FOTO

Yeni doğulan oğulları ilə kamera qarşısına keçdilər – FOTO

Qadınlara romantik jestlər etməyən BÜRCLƏRİN kişiləri

Qadınlara romantik jestlər etməyən BÜRCLƏRİN kişiləri

Gülben Ergenin "Instagram" gəliri gündəm oldu

Gülben Ergenin "Instagram" gəliri gündəm oldu

Elə riskə getdi ki, faciənin qarşısını aldı - VİDEO

Elə riskə getdi ki, faciənin qarşısını aldı - VİDEO

Qətərin Baş naziri sabah İrana gedir

Qətərin Baş naziri sabah İrana gedir

Meteohəssas insanlar, hazır olun: Uzunmüddətli maqnit qasırğası başlayır

Meteohəssas insanlar, hazır olun: Uzunmüddətli maqnit qasırğası başlayır

Azərbaycanda yeməkxanalar azalır, kofeşoplar artır - Səbəb

Azərbaycanda yeməkxanalar azalır, kofeşoplar artır - Səbəb

Tovuzda “VAZ-2107” traktora çırpıldı - Xəsarət alan var

Tovuzda “VAZ-2107” traktora çırpıldı - Xəsarət alan var

Sibel Canın səhnə geyimi müzakirələrə səbəb oldu – VİDEO

Sibel Canın səhnə geyimi müzakirələrə səbəb oldu – VİDEO

Bürclərin mükəmməl sevgi xəritəsi: Bir-birinə uyğun olanlar

Bürclərin mükəmməl sevgi xəritəsi: Bir-birinə uyğun olanlar

Gizlin səs yazanlar bu maddə ilə cəzalandırıla bilər — Açıqlama

Gizlin səs yazanlar bu maddə ilə cəzalandırıla bilər — Açıqlama

Zelenski Azərbaycana təşəkkür etdi - FOTO

Zelenski Azərbaycana təşəkkür etdi - FOTO

Keçmiş baş nazir müavininin xanımı öldürüldü – Azərbaycanla bağlı sirli keçmişi yenidən gündəmdə

Keçmiş baş nazir müavininin xanımı öldürüldü – Azərbaycanla bağlı sirli keçmişi yenidən gündəmdə

Satış planını yerinə yetirməyən işçiyə müdirdən qəribə cəza

Satış planını yerinə yetirməyən işçiyə müdirdən qəribə cəza

Aidə Əliyevaya AFFA-da vəzifə verildi - FOTO

Aidə Əliyevaya AFFA-da vəzifə verildi - FOTO

Hakan Fidan: "YPG-nin ləğvi kürd-ərəb qardaşlığını gücləndirəcək"

Hakan Fidan: "YPG-nin ləğvi kürd-ərəb qardaşlığını gücləndirəcək"

Yevlaxda balıqçı itkin düşdü

Yevlaxda balıqçı itkin düşdü

Çempionlar Liqasının püşkatmasında yeni qayda

Çempionlar Liqasının püşkatmasında yeni qayda

Nepalda daşqın nəticəsində ölənlərin sayı ARTDI

Nepalda daşqın nəticəsində ölənlərin sayı ARTDI

Coni məşhur olmadan əvvəl nə edirdi?

Coni məşhur olmadan əvvəl nə edirdi?

ABŞ Çini dövlət qurumlarına kiberhücumlarda İTTİHAM ETDİ

ABŞ Çini dövlət qurumlarına kiberhücumlarda İTTİHAM ETDİ

“Apple” yeni məhsullarının təqdimat TARİXİNİ açıqladı

“Apple” yeni məhsullarının təqdimat TARİXİNİ açıqladı

Wi-Fi insanları telefonsuz belə tanıya bilir

Wi-Fi insanları telefonsuz belə tanıya bilir

58 yaşında tələbə oldu: Ən çox nəvələri sevindi - VİDEO

58 yaşında tələbə oldu: Ən çox nəvələri sevindi - VİDEO

End of content

No more pages to load

RADİO