Azərbaycan-Emənistan XİN rəhbərlərinin danışıqlar masasındakı MƏSƏLƏLƏR

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda görüşü bir neçə gün davam edə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya xarici mətbuatda yer alıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov ABŞ-a getdi - Mirzoyanla görüşəcək


Mənbə yazır ki, Ceyhun Bayramov və Ararat Mirzoyan “nizamlanma üçün yol xəritəsi” hazırlayacaqlar və əgər buna nail olsalar, o zaman bu proses Avropada sona çatacaq. Belə ki, Azərbaycan və Ermənistan liderləri görüşərək sülh müqaviləsi imzalayacaq.

Xatırladaq ki, bu gün ABŞ-da Bakı vaxtı ilə saat 17:00-da dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Qeyd edək ki, bu görüşə hazırlıq və onun müzakirəsi uzun müddətdir ki, gedir. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Ceyhun Bayramovla Ararat Mirzoyanın Moskvada görüşəcəyi güman edilirdi, lakin planlar dəyişdi və nazirlərin görüşünün Brüssel formatı da pozuldu.

Azərbaycan Laçın yolunun girişində keçid məntəqəsi quraşdırdıqdan sonra İrəvan indi Moskvanı tənqid edir və buna görə də Vaşinqton formatı həm iki ölkə nazirlərinin, həm də gələcəkdə liderlərin görüşə biləcəyi yeganə platforma olaraq qalır.

Yeri gəlmişkən, Vaşinqtonun çərçivə sülh sazişi imzalamaqla bağlı gündəminin olması barədə çox danışılır. Əgər bu doğrudursa, nazirlər İlham Əliyevlə Nikol Paşinyanın Vaşinqtonda gözlənilən çərçivə sazişini (sülh müqaviləsinin imzalanması mərasimi) müzakirə edəcəklər. 

Bir sözlə, bu günə qədər Moskva və Brüsselin vasitəçiliyi ilə Bakı ilə İrəvan arasında tənzimləyici sazişlər imzalanıb (Praqa sazişi), indi növbə Amerikaya çatıb. Çünki ABŞ 26 il ATƏT-in Minsk Qrupuna sədrlik edib. 

Məlum olduğu kimi, bütün bu illər ərzində ATƏT-in Minsk Qrupu Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinə hər cür əngəl törədib və Ermənistan üçün faydalı status-kvonun saxlanması üçün hər şeyi edib. 

Vaşinqtondakı görüşlə bağlı müzakirələr başlayandan bəri çox şey dəyişib. Azərbaycan Laçın yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsi qurub, yeni reallıqlar yaranıb. 

Qeyd edək ki, Cənubi Qafqaz regionunda 2020-ci ildən başlayaraq Azərbaycan hər il yeni reallıqlar yaradır və öz oyun qaydalarını diktə edir. Buna səbəb olan bir çox detallar, səbəblər, nüanslar var.

Əvvəlcə qalibiyyət müharibəsi, sonra şərti sərhəddə bütün hakim yüksəkliklərin tutulması, sonra ekoaksiya və Qarabağda bütün yolların nəzarətə götürülməsi, indi isə Laçın yolundakı məntəqə. Azərbaycan sistemli şəkildə, addım-addım, yavaş-yavaş məqsədinə çatır. Məqsəd isə bəllidir. Bütün yollar Qarabağa aparır. 

Ermənilərin isə iki variantı var. Çamadanları ilə İrəvana getmək, ya da Azərbaycanda qalaraq ölkə vətəndaşı kimi pasport almaq. Əgər hər ikisindən imtina etsələr, Yerablura (İrəvanda erməni hərbçilərinin basdırıldığı qəbristanlıq) sarı "üz tutacaqlar". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gənclər niyə problemləri həll etmək yerinə ayrılmağı seçir? - AÇIQLAMA

Gənclər niyə problemləri həll etmək yerinə ayrılmağı seçir? - AÇIQLAMA

Yeni doğulan oğulları ilə kamera qarşısına keçdilər – FOTO

Yeni doğulan oğulları ilə kamera qarşısına keçdilər – FOTO

Qadınlara romantik jestlər etməyən BÜRCLƏRİN kişiləri

Qadınlara romantik jestlər etməyən BÜRCLƏRİN kişiləri

Gülben Ergenin "Instagram" gəliri gündəm oldu

Gülben Ergenin "Instagram" gəliri gündəm oldu

Elə riskə getdi ki, faciənin qarşısını aldı - VİDEO

Elə riskə getdi ki, faciənin qarşısını aldı - VİDEO

Qətərin Baş naziri sabah İrana gedir

Qətərin Baş naziri sabah İrana gedir

Meteohəssas insanlar, hazır olun: Uzunmüddətli maqnit qasırğası başlayır

Meteohəssas insanlar, hazır olun: Uzunmüddətli maqnit qasırğası başlayır

Azərbaycanda yeməkxanalar azalır, kofeşoplar artır - Səbəb

Azərbaycanda yeməkxanalar azalır, kofeşoplar artır - Səbəb

Tovuzda “VAZ-2107” traktora çırpıldı - Xəsarət alan var

Tovuzda “VAZ-2107” traktora çırpıldı - Xəsarət alan var

Sibel Canın səhnə geyimi müzakirələrə səbəb oldu – VİDEO

Sibel Canın səhnə geyimi müzakirələrə səbəb oldu – VİDEO

Bürclərin mükəmməl sevgi xəritəsi: Bir-birinə uyğun olanlar

Bürclərin mükəmməl sevgi xəritəsi: Bir-birinə uyğun olanlar

Gizlin səs yazanlar bu maddə ilə cəzalandırıla bilər — Açıqlama

Gizlin səs yazanlar bu maddə ilə cəzalandırıla bilər — Açıqlama

Zelenski Azərbaycana təşəkkür etdi - FOTO

Zelenski Azərbaycana təşəkkür etdi - FOTO

Keçmiş baş nazir müavininin xanımı öldürüldü – Azərbaycanla bağlı sirli keçmişi yenidən gündəmdə

Keçmiş baş nazir müavininin xanımı öldürüldü – Azərbaycanla bağlı sirli keçmişi yenidən gündəmdə

Satış planını yerinə yetirməyən işçiyə müdirdən qəribə cəza

Satış planını yerinə yetirməyən işçiyə müdirdən qəribə cəza

Aidə Əliyevaya AFFA-da vəzifə verildi - FOTO

Aidə Əliyevaya AFFA-da vəzifə verildi - FOTO

Hakan Fidan: "YPG-nin ləğvi kürd-ərəb qardaşlığını gücləndirəcək"

Hakan Fidan: "YPG-nin ləğvi kürd-ərəb qardaşlığını gücləndirəcək"

Yevlaxda balıqçı itkin düşdü

Yevlaxda balıqçı itkin düşdü

Çempionlar Liqasının püşkatmasında yeni qayda

Çempionlar Liqasının püşkatmasında yeni qayda

Nepalda daşqın nəticəsində ölənlərin sayı ARTDI

Nepalda daşqın nəticəsində ölənlərin sayı ARTDI

Coni məşhur olmadan əvvəl nə edirdi?

Coni məşhur olmadan əvvəl nə edirdi?

ABŞ Çini dövlət qurumlarına kiberhücumlarda İTTİHAM ETDİ

ABŞ Çini dövlət qurumlarına kiberhücumlarda İTTİHAM ETDİ

“Apple” yeni məhsullarının təqdimat TARİXİNİ açıqladı

“Apple” yeni məhsullarının təqdimat TARİXİNİ açıqladı

Wi-Fi insanları telefonsuz belə tanıya bilir

Wi-Fi insanları telefonsuz belə tanıya bilir

End of content

No more pages to load

RADİO