Erməni terrorçusu Dronun adının əbədiləşdirilməsinə niyə etiraz olunmayıb? – FOTO 

“Dro haqqında bir faciəni oxumuşdum. Quba tərəfdə 25 gənc oğlanı dəmir yol relslərinə bağlayıb sonra da “parovoz” u buraxmışdı. Qatarın dəmir təkərləri 25 nəfər azərbaycanlını doğrayıb, onaların həyatına son qoyub. Bu həmin Dronun Qubada cəmi bir gündə elədiyi vəhşilik olub”, - deyir Ağdərə sakini İlqar Qasımov.  

Söhbət həmin Drodan gedir. Erməni generalı, azərbaycanlıların qanına susamış terrorçu Drodan... 

İlqar Qasımov deyir ki, keçmiş Ağdərə rayonunda yerləşən Drnbon kəndi məhz həmin terrorçunun şərəfinə adlandırılıb.

“Drnbon kəndinin adı Heyvalı olub. Sonradan Drnbon adlanıb. Erməni terrorçusunun şərəfinə elə adlandırıblar. 1905-ci il dekabrın 26-da Sərsəng dərəsi adlanan ərazidə onların törətdikləri vəhşiliklərdə aktiv iştirak etdiyinə görə Dronun adını ən çox qətliyam törətdiyi Heyvalı kəndinə veriblər. Bax dəhşətli fakt bundan ibarətdir ki, 70 il sovet hakimiyyəti dövründə bir nəfər tarixçi çıxıb etiraz bildirməyib”, - deyir İlqar Qasımov. 

Sovet hakimiyyəti süquta uğradıqdan sonra kənd tarixi adına qayıtsa da, vaxtı ilə qanlı faciəyə meydan olan yaşayış yerini ermənilər Drnbon kimi yaşadıb.  Qarabağ döyüşlərindən yazan bir çox erməni mənbələri ərazini yer adı olaraq Drnbon kimi qeyd ediblər. 
Bu qeyd olunanlar Azərbaycanın tarixi ərazisində novbəti erməni təxribatı, onun sübutu, dəlili və genetik erməni saxtakarlığıdır.

Hazırda Azərbaycan ərazilərində müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında olan kənd yenə elə terrorçunun adı ilə adlanır. Ancaq yaxın gələcəkdə oranın da adı və küçə ünvanlarının əsl sahibləri olan azərbaycan adları ilə əvəzlənəcəyinə şübhəmiz yoxdur. 

O, ki qaldı Droya: 

Dro ləqəbli erməni generalı Drastamat Kanayan hərbi təhsil alıb. Azərbaycan ərazilərində törədilmiş bir çox qanlı faciələrin iştirakçısıdır. 1903-cü ildən isə Daşnaksütun partiyasına qoşulur.

Daşnak hökuməti süquta uğrayandan sonra, 1921-ci ilə qədər Sosialist Ermənistanının ordusuna rəhbərlik edir. 1920-ci ildə Qarabağda azrbaycanlılara qarşı döyüşüb. Bolşeviklərə qarşı daşnakların 1921-ci ilin fevralında qaldırdığı üsyanda aktiv iştrak edir, üsyan yatırıldıqdan sonra Ermənistandan qaçır.

İkinci dünya müharibəsindən sonra isə Dro vətən xaini kimi axtarışa verilir. O, bir müddət Şərq ölkələrində gizləndikdən sonra ABŞ-da mühacir kimi qeydiyyata düşür. Xisləti xəyanət, məqsədi günahsız insanların qanını tökmək olan Dro 1956-cı ildə 72 yaşında ölür və Massaçustesdə basdırılır.

Nəhayət 1990-cı illərdə ermənilər Dronun qalıqlarının Ermənistana gətirilib dəfn olunması məsələsini qaldırırlar. Onun qalıqlarının Ermənistana gətirilməsi üçün diaspora yardım çağırışı edilir.

Qısa müddət ərzində-iki günə diaspor bu işə 1 milyon dollar toplayır və İrəvana göndərir. 2000-ci ildə prezident Robert Köçəryan Dronun sümüklərinin Ermənistana gətirilib Aparan şəhərində, piramida şəkilli abidə-məzarda dəfn edilməsini təşkil edib.










Elgün Gəncimsoy, Bizim.media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gənclər niyə problemləri həll etmək yerinə ayrılmağı seçir? - AÇIQLAMA

Gənclər niyə problemləri həll etmək yerinə ayrılmağı seçir? - AÇIQLAMA

Yeni doğulan oğulları ilə kamera qarşısına keçdilər – FOTO

Yeni doğulan oğulları ilə kamera qarşısına keçdilər – FOTO

Qadınlara romantik jestlər etməyən BÜRCLƏRİN kişiləri

Qadınlara romantik jestlər etməyən BÜRCLƏRİN kişiləri

Gülben Ergenin "Instagram" gəliri gündəm oldu

Gülben Ergenin "Instagram" gəliri gündəm oldu

Elə riskə getdi ki, faciənin qarşısını aldı - VİDEO

Elə riskə getdi ki, faciənin qarşısını aldı - VİDEO

Qətərin Baş naziri sabah İrana gedir

Qətərin Baş naziri sabah İrana gedir

Meteohəssas insanlar, hazır olun: Uzunmüddətli maqnit qasırğası başlayır

Meteohəssas insanlar, hazır olun: Uzunmüddətli maqnit qasırğası başlayır

Azərbaycanda yeməkxanalar azalır, kofeşoplar artır - Səbəb

Azərbaycanda yeməkxanalar azalır, kofeşoplar artır - Səbəb

Tovuzda “VAZ-2107” traktora çırpıldı - Xəsarət alan var

Tovuzda “VAZ-2107” traktora çırpıldı - Xəsarət alan var

Sibel Canın səhnə geyimi müzakirələrə səbəb oldu – VİDEO

Sibel Canın səhnə geyimi müzakirələrə səbəb oldu – VİDEO

Bürclərin mükəmməl sevgi xəritəsi: Bir-birinə uyğun olanlar

Bürclərin mükəmməl sevgi xəritəsi: Bir-birinə uyğun olanlar

Gizlin səs yazanlar bu maddə ilə cəzalandırıla bilər — Açıqlama

Gizlin səs yazanlar bu maddə ilə cəzalandırıla bilər — Açıqlama

Zelenski Azərbaycana təşəkkür etdi - FOTO

Zelenski Azərbaycana təşəkkür etdi - FOTO

Keçmiş baş nazir müavininin xanımı öldürüldü – Azərbaycanla bağlı sirli keçmişi yenidən gündəmdə

Keçmiş baş nazir müavininin xanımı öldürüldü – Azərbaycanla bağlı sirli keçmişi yenidən gündəmdə

Satış planını yerinə yetirməyən işçiyə müdirdən qəribə cəza

Satış planını yerinə yetirməyən işçiyə müdirdən qəribə cəza

Aidə Əliyevaya AFFA-da vəzifə verildi - FOTO

Aidə Əliyevaya AFFA-da vəzifə verildi - FOTO

Hakan Fidan: "YPG-nin ləğvi kürd-ərəb qardaşlığını gücləndirəcək"

Hakan Fidan: "YPG-nin ləğvi kürd-ərəb qardaşlığını gücləndirəcək"

Yevlaxda balıqçı itkin düşdü

Yevlaxda balıqçı itkin düşdü

Çempionlar Liqasının püşkatmasında yeni qayda

Çempionlar Liqasının püşkatmasında yeni qayda

Nepalda daşqın nəticəsində ölənlərin sayı ARTDI

Nepalda daşqın nəticəsində ölənlərin sayı ARTDI

Coni məşhur olmadan əvvəl nə edirdi?

Coni məşhur olmadan əvvəl nə edirdi?

ABŞ Çini dövlət qurumlarına kiberhücumlarda İTTİHAM ETDİ

ABŞ Çini dövlət qurumlarına kiberhücumlarda İTTİHAM ETDİ

“Apple” yeni məhsullarının təqdimat TARİXİNİ açıqladı

“Apple” yeni məhsullarının təqdimat TARİXİNİ açıqladı

Wi-Fi insanları telefonsuz belə tanıya bilir

Wi-Fi insanları telefonsuz belə tanıya bilir

End of content

No more pages to load

RADİO