Milli Məclis Avropa Parlamentinin qeyri-obyektiv qətnaməsinə etirazını bildirdi

Avropa Parlamentinin 2023-cü il 19 yanvar tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin və Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin Azərbaycandan olan üzvləri Bəyanat yayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisdən bildirilib. 

Bəyanatda deyilir: 

“Biz Avropa Parlamentinin 2023-cü il yanvarın 19-da xüsusi prosedur qaydasında qəbul etdiyi qeyri-obyektiv və ədalətsiz qətnaməyə etirazımızı bildirir, yalan və saxta məlumatlar üzərində qurulmuş əsassız ittihamları qətiyyətlə rədd edirik.

Fransalı nümayəndələr başda olmaqla Azərbaycana qarşı qərəzli mövqe tutan deputatların təşəbbüsü ilə müzakirəyə çıxarılmış, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağın dağlıq hissəsinin guya blokadaya alınmasının humanitar nəticələrindən bəhs edən birgə qətnamə həmin sənədin müəlliflərinin ikili standartlardan yenə də əl çəkə bilmədiklərini göstərir. 
Avropa Parlamentində olan həmkarlarımızın nəzərinə çatdırırıq ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladıqları Üçtərəfli Bəyanatda nəzərdə tutulan öhdəliklərin önəmli bir hissəsi, xüsusən erməni silahlı qüvvələrinin Qarabağdan tamamilə çıxarılması, bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilməsi və yeni nəqliyyat kommunikasiyalarının inşası ilə bağlı öhdəliklər Ermənistanın təqsiri ucbatından indiyədək yerinə yetirilməmişdir.

Aydın olur ki, Üçtərəfli Bəyanat imzalandıqdan sonra Azərbaycanın bölgədə sülh və sabitlik yaradılması üçün göstərdiyi səylər separatizmin, terrorizmin və müharibənin vəkilləri rolunu öhdəsinə götürmüş qüvvələr tərəfindən qəsdən və məqsədyönlü şəkildə zərbə altina alınır. 

Bu qüvvələr görmək istəmirlər ki, Ermənistanda bəzi dairələr və onları dəstəkləyən qüvvələr revanşist planlar qurur, bir daha regionu fəlakət girdabına sürükləmək xəyalları ilə yaşayırlar. Sərhəddə təxribatlar törədilir, Laçın dəhlizi vasitəsi ilə yaraqlıların və hərbi təyinatlı yüklərin, o cümlədən narkotiklərin və minaların daşınması təşkil edilir.

Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət dairəsinə aid edilmiş ərazidə təbii sərvətlərin qanunsuz istismarı davam etdirilir.

Bununla əlaqədar olaraq, Azərbaycanın dövlət qurumları nümayəndələrinin və mütəxəssislərin monitorinq məqsədi ilə əraziyə girişinə maneçilik törədilməsi səbəbindən vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların Laçın-Xankəndi yolunda dinc etiraz aksiyası 1 aydan artıqdır davam edir. Bununla əlaqədar qeyd edilməlidir ki, Avropa Parlamentinin qətnaməsində iddia edilənlərin əksinə olaraq, Qarabağ ərazisində yaşayan 20 mindən bir qədər artıq erməni milliyyətli vətəndaşın blokadaya alınmasından söhbət gedə bilməz.

Laçın dəhlizi Rusiya sülhməramlılarının daşıdığı humanitar yüklər, “Qırmızı xaç” komitəsi nümayəndələrinin, eləcə də Qarabağda yaşayan ermənilərin, o cümlədən uşaqların və xəstələrin gediş-gəlişi üçün açıqdır. Qətnamədə guya Azərbaycanın Qarabağ ərazisinə təbii qaz tədarükünü pozması barədə irəli sürülən iddialara gəlincə, bunlar əsassız olduğu qədər də gülüncdür. Bütün bunlar Avropa Parlamentindəki bəzi qrupların erməni lobbisinin və ermənipərəst qüvvələrin təsiri altında hərəkət etdiklərini göstərir. 

Bu da vurğulanmalıdır ki, Avropa Parlamentində Cənubi Qafqaz bölgəsində baş verən proseslərdən xəbərdar olan, Azərbaycana ədalətli münasibət bəsləyən sağlam qüvvələr də mövcuddur. Təəssüf ki, çox vaxt onların səsi eşidilmir. Avropa Parlamentində təmsil olunan əsas siyasi partiyalar adı çəkilən qətnaməni dəstəkləməmiş və səsvermədə iştirak etməmişlər. Beləliklə, korrupsiyaya qurşanmış lobbiçi parlament qruplaşmalarının təhriki ilə Avropa Parlamentinin səlahiyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı sənəd qəbul olunmuşdur.

Bununla da adı tez-tez korrupsiya qalmaqallarında hallandırılan Avropa Parlamentinin nüfuzuna daha bir zərbə vurulmuşdur. 

Təəssüf ki, Avropalı deputatlar Azərbaycanın bölgədə yaratdığı yeni reallığı görmür və ya görmək istəmirlər, müharibədən sonrakı iki il ərzində Azərbaycanın irəliyə apardığı sülh danışıqları prosesini ardıcıl və metodik surətdə pozurlar.

Qeyd edilməlidir ki, bu cür qətnamələr son dövrdə Avropada və dünyada cərəyan edən geosiyasi proseslər şəraitində Azərbaycanla Avropa İttifaqı arasında dinamik inkişaf edən qarşılıqlı surətdə faydalı əməkdaşlıq münasibətlərinə də mənfi təsir göstərir.

Xatırlatmaq yerinə düşər ki, vaxtı ilə Avropa Parlamenti Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən, bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan “Cənub Qaz Dəhlizi” layihəsinin də əleyhinə çıxırdı. 
Yuxarıda şərh edilənləri nəzərə alaraq, biz Avropa Parlamentinin rəhbərliyini korrupsiyaya qurşanmış bu destruktiv və qərəzli qüvvələri dayandırmağa, Cənubi Qafqaz bölgəsində yaranmış yeni reallıqları əks etdirən obyektiv sənədləri qəbul etməklə, bölgədə sülh və sabitlik yaradılması səylərinə kömək göstərməyə çağırırıq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı təsdiqləndi

Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı təsdiqləndi

Rusiyada yanacaqdoldurma məntəqəsində atışma oldu

Rusiyada yanacaqdoldurma məntəqəsində atışma oldu

Ermənistan sabah TRIPP üzrə çərçivə sazişini təsdiqləyəcək

Ermənistan sabah TRIPP üzrə çərçivə sazişini təsdiqləyəcək

Tehranda Trampın nəhəng plakatı yerləşdirildi

Tehranda Trampın nəhəng plakatı yerləşdirildi

Amerikada yarımfinal, Şuşada final matçı - Uduzan Fransadır

Amerikada yarımfinal, Şuşada final matçı - Uduzan Fransadır

Əhaliyə XƏBƏRDARLIQ: Hava kəskin dəyişir: İntensiv yağış, sel, şimşək...

Əhaliyə XƏBƏRDARLIQ: Hava kəskin dəyişir: İntensiv yağış, sel, şimşək...

Trampın təsviri olan 1 dollarlıq qızıl sikkə buraxılır – FOTO

Trampın təsviri olan 1 dollarlıq qızıl sikkə buraxılır – FOTO

Odessa yaxınlığındakı gəmidə dron hücumuna məruz qalmış soydaşımızdan AÇIQLAMA

Odessa yaxınlığındakı gəmidə dron hücumuna məruz qalmış soydaşımızdan AÇIQLAMA

Azərbaycan XİN-dən vətəndaşlara ÇAĞIRIŞ: “Həmin ərazilərdə işləməyin!”

Azərbaycan XİN-dən vətəndaşlara ÇAĞIRIŞ: “Həmin ərazilərdə işləməyin!”

Bakının çağırışları fonunda UNESCO-nun SÜKUTU - Qarabağın dağıdılmış tarixi irsi niyə araşdırılmır? – VİDEO

Bakının çağırışları fonunda UNESCO-nun SÜKUTU - Qarabağın dağıdılmış tarixi irsi niyə araşdırılmır? – VİDEO

Bir vəkil kollegiyadan xaric edildi – SƏBƏB

Bir vəkil kollegiyadan xaric edildi – SƏBƏB

Latviyalı nazirdən rus dili ilə bağlı SƏRT AÇIQLAMA: “Yoxa çıxmalıdır”

Latviyalı nazirdən rus dili ilə bağlı SƏRT AÇIQLAMA: “Yoxa çıxmalıdır”

ABŞ-da yeni TENDESİYA: İfrat varlılar bütöv məhəllələri almağa başlayıblar

ABŞ-da yeni TENDESİYA: İfrat varlılar bütöv məhəllələri almağa başlayıblar

Zelenski: “Ukrayna ildə 20 milyon dron istehsal edəcək” – VİDEO

Zelenski: “Ukrayna ildə 20 milyon dron istehsal edəcək” – VİDEO

Baş Prokurorluqdan“Magna trans”ın rəhbərinin iddiaları ilə bağlı AÇIQLAMA

Baş Prokurorluqdan“Magna trans”ın rəhbərinin iddiaları ilə bağlı AÇIQLAMA

"Vampir gündəlikləri"nin ulduzu Hollivuddan niyə imtina etdiyini ilk dəfə açıqladı

"Vampir gündəlikləri"nin ulduzu Hollivuddan niyə imtina etdiyini ilk dəfə açıqladı

Əli Əsədovla Slovakiya Prezidenti arasında GÖRÜŞ: Nələr müzakirə edildi? – FOTO

Əli Əsədovla Slovakiya Prezidenti arasında GÖRÜŞ: Nələr müzakirə edildi? – FOTO

Deputatlar baş nazir vəzifəsinə namizədlə görüşdülər

Deputatlar baş nazir vəzifəsinə namizədlə görüşdülər

Tovuzda arvadını döyməkdə şübhəli bilinən şəxs SAXLANILDI

Tovuzda arvadını döyməkdə şübhəli bilinən şəxs SAXLANILDI

SON DƏQİQƏ! ABŞ ordusu İrana qarşı yeni hücum dalğasına BAŞLADI - VİDEO

SON DƏQİQƏ! ABŞ ordusu İrana qarşı yeni hücum dalğasına BAŞLADI - VİDEO

Şagirdlərin ev tapşırığını süni intellekt yoxlayacaq - YENİLİK

Şagirdlərin ev tapşırığını süni intellekt yoxlayacaq - YENİLİK

DİQQƏT! Bu marşrut avtobusunun hərəkət sxemi dəyişir

DİQQƏT! Bu marşrut avtobusunun hərəkət sxemi dəyişir

Tiranozavrın skeleti hərracda rekord qiymətə satıldı

Tiranozavrın skeleti hərracda rekord qiymətə satıldı

Baffet Qeytsin xeyriyyə fonduna 6 milyard dolları köçürməkdən imtina etdi

Baffet Qeytsin xeyriyyə fonduna 6 milyard dolları köçürməkdən imtina etdi

End of content

No more pages to load

RADİO