“Laçın-Xankəndi yolunun bağlanması xəbərləri Azərbaycana qarşı dezinformasiya kampaniyasıdır” - Əhməd İsmayılov

Astanada keçirilən və dünyanın müxtəlif ölkələrindən rəsmilər, media və biznes nümayəndələri, siyasi xadimlər, media azadlığı üzrə müdafiəçilər, beynəlxalq təşkilatların medianın inkişafı üzrə təmsilçiləri, həmçinin müasir dövrün qlobal problemləri üzrə alim və ekspertlər də daxil olmaqla, 300-dən çox iştirakçının qatıldığı I Mərkəzi Asiya Media Forumunda Azərbaycan nümayəndə heyəti ilə təmsil olunur.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyindən (MEDİA) Bizim.Media-ya bildiriblər ki, Forumun “Vahid media platformasının formalaşdırılması perspektivləri” mövzusunda keçirilən panel sessiyasında çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü, MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov ölkələrimiz haqqında həqiqətlərin beynəlxalq media vasitəsilə dünya ictimaiyyətinə obyektiv və düzgün çatdırılması məqsədilə Azərbaycan və Türkiyənin birgə media platformasının yaradıldığını, həmçinin Özbəkistan və Qazaxıstanın analoji qurumları ilə Anlaşma memorandumlarının imzalandığını qeyd edib. 

Vurğulanıb ki, dövlətlərimizə və cəmiyyətlərimizə qarşı yönəlmiş dezinformasiya kampaniyalarına qarşı mübarizə kontekstində ölkələrimizin media qurumları arasında sıx əməkdaşlıq son dərəcə vacibdir.
Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın yolunun guya Azərbaycan tərəfindən bağlanması kimi xəbərlərin ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasının son nümunəsi olduğu diqqətə çatdırılaraq bildirilib ki, reallıqda Azərbaycan vətəndaş cəmiyyətinin fəalları ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarına qarşı etiraz aksiyası keçirir və mülki nəqliyyat vasitələrinin keçməsi üçün hər cür şərait yaradırlar. 

Vurğulanıb ki, bu həqiqəti beynəlxalq auditoriyaya effektiv şəkildə çatdıra bilmək olduqca əhəmiyyətlidir və bunun üçün birlikdə çalışmalıyıq.

Qeyd edək ki, Media Forumun əsas müzakirə mövzuları “Yeni medianın inkişafı”, “İnformasiya təhlükəsizliyinin təmin edilməsi üçün regional və qlobal əməkdaşlıq imkanları”, “Media sahəsində süni intellekt texnologiyaları”, “Mərkəzi Asiyada yaradıcı sənayenin inkişafı”, “Vətəndaş cəmiyyətinin və biznes əlaqələrinin inkişafında medianın rolu”dur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyada yanacaq böhranı səngimir: Bu şəhərlərdə böyük növbələr yaranıb - VİDEO

Rusiyada yanacaq böhranı səngimir: Bu şəhərlərdə böyük növbələr yaranıb - VİDEO

KFC restoranlarından gözlənilməz addım: ən tələbatlı menyular niyə ləğv olunub?

KFC restoranlarından gözlənilməz addım: ən tələbatlı menyular niyə ləğv olunub?

Xarkovun Saltovka rayonunda yaşayış binaları vuruldu - VİDEO

Xarkovun Saltovka rayonunda yaşayış binaları vuruldu - VİDEO

Zelenski Rusiyanı sülhə məcbur etmə əməliyyatından danışdı: “Mən razıyam”

Zelenski Rusiyanı sülhə məcbur etmə əməliyyatından danışdı: “Mən razıyam”

Hakan Fidan: Rusiya çıxılmaz vəziyyətə düşərsə, nüvə silahından istifadə edə bilər - VİDEO

Hakan Fidan: Rusiya çıxılmaz vəziyyətə düşərsə, nüvə silahından istifadə edə bilər - VİDEO

Rusiyada maşinistsiz sərnişin qatarı sınaqdan keçirilir

Rusiyada maşinistsiz sərnişin qatarı sınaqdan keçirilir

Həbsxana amerikalıya smartfon asılılığından qurtulmağa kömək etdi

Həbsxana amerikalıya smartfon asılılığından qurtulmağa kömək etdi

Gelencikdə S-400 raket qurğusu MƏHV EDİLDİ

Gelencikdə S-400 raket qurğusu MƏHV EDİLDİ

Belgorodda Rusiya bütün gecə Ukrayna dronlarını məhv etməyə çalışıb - VİDEO

Belgorodda Rusiya bütün gecə Ukrayna dronlarını məhv etməyə çalışıb - VİDEO

BBC-nin araşdırması: Suriyanın keçmiş kəşfiyyat rəhbəri Moskvada gizlənib

BBC-nin araşdırması: Suriyanın keçmiş kəşfiyyat rəhbəri Moskvada gizlənib

De Pauldan atasını itirən Messiyə təsirli dəstək - FOTO

De Pauldan atasını itirən Messiyə təsirli dəstək - FOTO

11 ildir saçını kəsdirmir: Dünya rekordu qırdı - VİDEO

11 ildir saçını kəsdirmir: Dünya rekordu qırdı - VİDEO

Vanqanın 2026-cı ildə gerçəkləşəcəyi iddia olunan hansı proqnozları var?

Vanqanın 2026-cı ildə gerçəkləşəcəyi iddia olunan hansı proqnozları var?

Robotlar məktəbdə müəllimləri əvəz edə bilərmi? - ARAŞDIRMA

Robotlar məktəbdə müəllimləri əvəz edə bilərmi? - ARAŞDIRMA

Nadir görüntü: Dron donqar balinanın doğuşunu lentə aldı - ANBAAN VİDEO

Nadir görüntü: Dron donqar balinanın doğuşunu lentə aldı - ANBAAN VİDEO

12 avqust Günəş tutulması hansı bürcə nə vəd edir?

12 avqust Günəş tutulması hansı bürcə nə vəd edir?

İran Hörmüz boğazının açılması üçün 6 şərt irəli sürdü

İran Hörmüz boğazının açılması üçün 6 şərt irəli sürdü

Araşdırma mistik təcrübələrin kütləvi xarakter daşıdığını ortaya qoydu

Araşdırma mistik təcrübələrin kütləvi xarakter daşıdığını ortaya qoydu

72 yaşlı supermodeli 28 yaşlı qızı ilə səhv saldılar - FOTO

72 yaşlı supermodeli 28 yaşlı qızı ilə səhv saldılar - FOTO

Dünya çempionunu 20 milyon avroya satdı

Dünya çempionunu 20 milyon avroya satdı

Antonio Banderas: Yeganə mütləq və qaçılmaz həqiqət ölümdür

Antonio Banderas: Yeganə mütləq və qaçılmaz həqiqət ölümdür

Anasından daha varlıdır: 20 yaşlı Barron Tramp kriptovalyutadan milyonlar qazandı

Anasından daha varlıdır: 20 yaşlı Barron Tramp kriptovalyutadan milyonlar qazandı

Türkiyə Ukraynaya bu silahları verəcək? - SİYAHI

Türkiyə Ukraynaya bu silahları verəcək? - SİYAHI

Neymar yenidən Messi ilə komanda yoldaşı olacaq?

Neymar yenidən Messi ilə komanda yoldaşı olacaq?

End of content

No more pages to load

RADİO