Prezident Orta Zəyziddə quru meyvə istehsalı müəssisəsində yaradılan şəraitlə tanış olub - YENİLƏNİB

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov müəssisənin fəaliyyəti barədə dövlətimizin başçısı İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Leyla Əliyevaya məlumat verdi.

Bildirildi ki, müəssisənin 100 hektar bağ sahəsi var. Həmin ərazidə Fransa, İtaliya və Türkiyədən gətirilmiş 55 mindən çox meyvə ağacından, o cümlədən şaftalı, nektarin, ərik, gavalı, xurma, gilas, alma və alça meyvələrinin bir neçə növündən ibarət bağ salınıb.
Diqqətə çatdırıldı ki, meyvə bağının suvarma suyu ilə təminatı üçün 8 artezian quyusu qazılıb, ümumi həcmi 15 min kubmetr olan su tutarları tikilib.

Ərazinin fasiləsiz və səmərəli suvarılması məqsədilə 2 su nasosundan ibarət stansiya qurulub, müasir suvarma texnologiyalarının bütün texniki normalarına uyğun damcılama suvarma sistemi yaradılıb.

Müəssisənin ərazisində logistik mərkəz fəaliyyət göstərir.

Bu mərkəzə ümumi həcmi min kubmetr olan 9 soyuducu kamera, gündəlik istehsal gücü 3 ton olan qurutma, saatda 5 ton istehsal gücü olan çeşidləmə və qablaşdırma avadanlıqları, anbar binası, ofis və digər yardımçı binalar daxildir.

Məlumat verildi ki, müəssisədə və bağ sahəsində 38 nəfər daimi, 120-150 nəfər mövsümi işçi çalışır. Ümumi dəyəri 7,5 milyon manat olan müəssisənin yaradılması üçün Sahibkarlığın İnkişafı Fondundan 2,5 milyon manat güzəştli kredit götürülüb.
***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 2-də Şəkinin Orta Zəyzid kəndində “Green Factory” Məhdud Məsuliyyətli Cəmiyyətinin quru meyvə istehsalı müəssisəsində yaradılan şəraitlə tanış olublar.

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev və Mehriban Əliyeva Şəkiyə səfər ediblər


Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Şamaxı” gürcüstanlı futbolçunu transfer etdi - FOTO

“Şamaxı” gürcüstanlı futbolçunu transfer etdi - FOTO

ABŞ-ın Kubaya hücumla bağlı planı İFŞA OLDU - DETALLAR

ABŞ-ın Kubaya hücumla bağlı planı İFŞA OLDU - DETALLAR

Yunanıstan Aİ-nin Rusiyaya qarşı 21-ci sanksiya paketini blokladı

Yunanıstan Aİ-nin Rusiyaya qarşı 21-ci sanksiya paketini blokladı

Argentina yığması İngiltərə üzərindəki qələbəni təxribatçı bannerlə qeyd etdi – FOTO

Argentina yığması İngiltərə üzərindəki qələbəni təxribatçı bannerlə qeyd etdi – FOTO

"Cəbhədəki rus hərbçilərin orta yaşam müddəti 20 dəqiqədir"

"Cəbhədəki rus hərbçilərin orta yaşam müddəti 20 dəqiqədir"

Xarici QHT-lər İlham Əliyevin Şuşa Media Forumunda sülh və əməkdaşlığa dair mesajlarının vacibliyini qeyd ediblər - FOTO

Xarici QHT-lər İlham Əliyevin Şuşa Media Forumunda sülh və əməkdaşlığa dair mesajlarının vacibliyini qeyd ediblər - FOTO

Qubada FACİƏ – 23 yaşlı hamilə qadın antibiotik sınağından sonra HƏYATINI İTİRİB - ÖZƏL

Qubada FACİƏ – 23 yaşlı hamilə qadın antibiotik sınağından sonra HƏYATINI İTİRİB - ÖZƏL

13 yaşlı oğlan qıcolmadan öldü

13 yaşlı oğlan qıcolmadan öldü

Casusluqda ittiham olunurdu - İrandan çıxmasına icazə verildi

Casusluqda ittiham olunurdu - İrandan çıxmasına icazə verildi

Niyə kraliça II Yelizaveta ömrü boyu heç vaxt duş qəbul etməyib? - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ

Niyə kraliça II Yelizaveta ömrü boyu heç vaxt duş qəbul etməyib? - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ

Daha 9 ailənin yurd həsrəti bitdi: Şükürbəyli kəndinə növbəti köç - FOTO

Daha 9 ailənin yurd həsrəti bitdi: Şükürbəyli kəndinə növbəti köç - FOTO

Qələbədən sonra duyğusal qucaqlaşma... – Video

Qələbədən sonra duyğusal qucaqlaşma... – Video

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Türkiyədə məşhurlara qarşı yeni narkotik əməliyyatı - 25 nəfər saxlanıldı

Türkiyədə məşhurlara qarşı yeni narkotik əməliyyatı - 25 nəfər saxlanıldı

Şəmkirdə 11 nəfər salatdan zəhərləndi

Şəmkirdə 11 nəfər salatdan zəhərləndi

İran ABŞ-ın 3 ölkədəki bazalarına hücum etdi – VİDEO

İran ABŞ-ın 3 ölkədəki bazalarına hücum etdi – VİDEO

İkardi "Qalatasaray"dan getdi

İkardi "Qalatasaray"dan getdi

Bu ərazilərdə işıq olmayacaq – SİYAHI

Bu ərazilərdə işıq olmayacaq – SİYAHI

Onkoloji Klinikada təmir nə vaxt bitəcək? – Xəstəxanadan AÇIQLAMA

Onkoloji Klinikada təmir nə vaxt bitəcək? – Xəstəxanadan AÇIQLAMA

Amasyada sərnişin avtobusu aşdı: 46 yaralı var - VİDEO

Amasyada sərnişin avtobusu aşdı: 46 yaralı var - VİDEO

Dünya bazarlarında neft ucuzlaşır

Dünya bazarlarında neft ucuzlaşır

Nyu-Yorkda Şərqi Zəngəzur iqtisadi rayonu ilə bağlı saziş imzalandı - FOTO

Nyu-Yorkda Şərqi Zəngəzur iqtisadi rayonu ilə bağlı saziş imzalandı - FOTO

Rusiyada hərbi aerodrom vuruldu – VİDEO

Rusiyada hərbi aerodrom vuruldu – VİDEO

Konfrans Liqası: "Zirə" Gürcüstanda cavab matçına çıxır

Konfrans Liqası: "Zirə" Gürcüstanda cavab matçına çıxır

End of content

No more pages to load

RADİO