Şəmkirdə restoranların birində salatdan zəhərləndikləri ehtimal edilən şəxslərin sağlamlıq durumuna aydınlıq gəlib.
Bizim.Media xəbər verir ki, iyulun 15-də saat 03:00 radələrində zəhərlənmə şübhəsi ilə 11 nəfər (9 qadın və 2 kişi) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, pasiyentlərə zəruri ilkin tibbi yardımlar göstərilib.
Pasiyentlərin vəziyyəti qənaətbəxş qiymətləndirildiyi üçün onların hər biri ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu