Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, rayon sakini, 46 yaşlı Fariz Səlimov şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı 36 yaşlı Mikayıl Əliyevə kəsici alətlə xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu