Qubada 23 yaşlı beş aylıq hamilə qadın antibiotikə qarşı aparılan sınaq (prob) zamanı anafilaktik şoka düşərək həyatını itirib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun İqrığ kəndində baş verib.
Kənd sakini, 23 yaşlı Səbinə Feyzulla qızı Əmrahovaya ev şəraitində antibiotikə qarşı prob vurulduqdan sonra onda anafilaktik şok başlayıb.
Gənc qadın dərhal Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin göstərdiyi tibbi yardıma baxmayaraq, o, reanimasiya şöbəsində vəfat edib.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu