Kiyevdə Prezident Aparatının yaxınlığında müdafiə naziri Mixaylo Fedorova dəstək mitinqi başlayıb.
Bizim.Media xəbər verir ki, nümayişçilər əllərində "Fedorov - Müdafiə Naziri", "Nə üçün?", "İşləyənə toxunmayın", "Fedorovu geri qaytarın” və "Hakimiyyət hələ də xalqa məxsusdur" şüarları yazılmış plakatlar tutublar.
Kiyevlə yanaşı Ukraynanın əksər iri şəhərlərində: Poltava, Lutsk, Dnepr, Zaporojye, Odessa, Nikolayev, Frankivsk, Ternopil, Çerniqov və Krivoy Roqda da etiraz aksiyaları keçirilir.
Qeyd edək ki, dünən Ukraynanın müdafiə naziri Mixaylo Fedorov faktiki olaraq vəzifəsindən getdiyini təsdiqləyib. Fedorov təxminən yarım il idi ki, bu vəzifəni tuturdu.
Bizim.Media