Xarici QHT-lər İlham Əliyevin Şuşa Media Forumunda sülh və əməkdaşlığa dair mesajlarının vacibliyini qeyd ediblər - FOTO

Qlobal Cənub QHT Platformasına daxil olan xarici QHT-lər Azərbaycan Prezidenti İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda sülh, beynəlxalq əməkdaşlıq və Qlobal Cənub ölkələrinin qlobal qərarqəbuletmə sistemində daha ədalətli təmsilçiliyinin zəruriliyinə dair mesajlarını yüksək qiymətləndiriblər.

Afrika, Asiya və Latın Amerikasından vətəndaş cəmiyyəti təşkilatlarının, media qurumlarının və beynəlxalq platformaların nümayəndələri bildiriblər ki, Prezident İlham Əliyevin forumdakı çıxışı beynəlxalq institutların islahatı, ölkələr arasında əməkdaşlığın gücləndirilməsi və inkişaf etməkdə olan dövlətlərin qlobal problemlərin həllində rolunun genişləndirilməsi də daxil olmaqla əsas qlobal məsələləri ehtiva edib.
 

Keniyadan olan Pan-Afrika İqlim Ədaləti Alyansının icraçı direktoru Mitika Mvenda bildirib ki, forumda iştirak beynəlxalq nümayəndələrə Azərbaycanın münaqişədən zərər çəkmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa işləri ilə yaxından tanış olmaq imkanı yaradıb.


"Azərbaycanda keçirilən IV Şuşa Qlobal Media Forumu keçmiş münaqişə zonasındakı insanlar üçün layiqli yaşayış şəraitinin təmin olunması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında əldə olunan tərəqqini dünyaya nümayiş etdirən vaxtında təşkil olunmuş mühüm platforma oldu", – deyə Mvenda "LinkedIn" sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, Qlobal Cənub QHT Platforması bərpa təşəbbüslərini, eləcə də Azərbaycan və Ermənistan arasında, həmçinin bütövlükdə regionda uzunmüddətli sülhün bərqərar olunmasına yönəlmiş səyləri dəstəkləməyə davam edəcək.

Nigeriyalı jurnalist Dare Akoqun Prezident İlham Əliyevin qlobal idarəetmə sisteminin islahatı, xüsusilə də Afrika qitəsinin BMT Təhlükəsizlik Şurasında rolunun gücləndirilməsi ilə bağlı fikirlərinə diqqət çəkib.

Akoqunun sözlərinə görə, forumun əsas məqamlarından biri Azərbaycan Prezidenti İlham Əliyevin Afrika qitəsində sülh və təhlükəsizlik problemləri, eləcə də qitə ölkələrinin beynəlxalq strukturlarda kifayət qədər təmsil olunmaması ilə bağlı suala verdiyi cavab olub.

"Həmçinin bir daimi yer Afrika İttifaqına verilməlidir və həmin vaxt Afrika İttifaqına sədrlik edən ölkə Təhlükəsizlik Şurasında təmsil olunmalıdır",-nigeriyalı jurnalist Prezident İlham Əliyevin çıxışından sitat gətirib.

O qeyd edib ki, Azərbaycan Prezidentinin mövqeyi daha geniş təmsilçiliyə malik beynəlxalq sistemin yaradılmasının zəruriliyi ilə bağlı qlobal müzakirələri əks etdirir.

Keniyadan olan "Africa Bureau for Climate Stories" təşkilatının nümayəndəsi Brayan Nqiqi bildirib ki, Prezident İlham Əliyev qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın gücləndirilməsinin və Qlobal Cənub icmalarının səsinin daha çox eşidilməsi üçün imkanların genişləndirilməsinin vacibliyinə xüsusi diqqət yetirib.

Onun sözlərinə görə, forum sülhün, dayanıqlı inkişafın təşviqi, etibarlı məlumatın yayılması istiqamətində birgə səylərin əhəmiyyətini nümayiş etdirib, həmçinin vətəndaş cəmiyyətinin qlobal problemlərin həllində mühüm rolunu vurğulayıb.

Livanın "Human Environmental Association for Development" (HEAD) təşkilatının sədri və icraçı direktoru Mari Terez Merhec Seyf forumda məsuliyyətli media, dayanıqlı inkişaf və səmərəli idarəetmə arasındakı qarşılıqlı əlaqəyə həsr olunan müzakirələrin əhəmiyyətini qeyd edib.

O vurğulayıb ki, etimad, dialoq və əməkdaşlıq müasir çağırışların aradan qaldırılması üçün zəruri şərtlərdir və müstəqil jurnalistika etibarlı məlumatın yayılmasında mühüm rol oynayır.

Zambiyanın "Citizens Network for Community Development Zambia" təşkilatının icraçı direktoru Din Mikson Prezident İlham Əliyevin Qlobal Cənub ölkələrinin beynəlxalq proseslərdə rolunun artırılması və BMT-də islahatlarla bağlı çağırışını dəstəkləyib.
 

"Qlobal Cənub ölkələrinin səslərinin eşidildiyi, hörmətlə qarşılandığı və qərarqəbuletmə prosesində əks olunduğu daha güclü və inklüziv Birləşmiş Millətlər Təşkilatı sülhün, iqlim ədalətinin, dayanıqlı inkişafın və qlobal bərabərliyin təşviqi üçün zəruridir", – deyə Mikson "LinkedIn" sosial şəbəkəsində yazıb.


Nigeriyanın "ICCDI Africa" təşkilatının təsisçisi Olumide İdovu da Prezident İlham Əliyevin Afrikanın BMT Təhlükəsizlik Şurasında təmsilçiliyinin gücləndirilməsinin vacibliyi ilə bağlı mövqeyini alqışlayıb.

Onun sözlərinə görə, 1,4 milyarddan çox əhalisi olan qitə qlobal sülh və təhlükəsizlik məsələlərinə təsir göstərən qərarların qəbulunda daha mühüm rola malik olmalıdır.

Perudan olan "Ikua4Change" təşkilatının həmtəsisçisi Blanka Muxika Prezident İlham Əliyevin qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi və vətəndaş cəmiyyətinin beynəlxalq proseslərdə rolunun genişləndirilməsinin vacibliyinə dair fikirlərini yüksək qiymətləndirib.

O vurğulayıb ki, Qlobal Cənub ölkələrinin təşkilatları arasında tərəfdaşlığın inkişafı qlobal çağırışlarla bağlı qərarlar hazırlanarkən onların təcrübə və prioritetlərinin daha dolğun nəzərə alınmasına imkan verəcək.

Esvatinidən olan "EcoHarmony Eswatini" təşkilatının nümayəndəsi Filile Dlamini forumun "Medianın sülhün təşviqində missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna diqqət çəkib.

Onun sözlərinə görə, dezinformasiyaya qarşı mübarizə, etibarlı məlumatın qorunması və etimadın möhkəmləndirilməsi məsələləri iqlim dəyişikliyi də daxil olmaqla müasir qlobal çağırışlar şəraitində xüsusi əhəmiyyət daşıyır.

Qlobal Cənub QHT Platformasına daxil olan xarici QHT-lər həmçinin forum çərçivəsində süni intellekt, medianın transformasiyası, dezinformasiyaya qarşı mübarizə və jurnalistikanın sülhün təşviqində rolu ilə bağlı keçirilən müzakirələrin əhəmiyyətini də vurğulayıblar.

Qeyd edək ki, IV Şuşa Qlobal Media Forumu media sahəsinin gələcək inkişafını, qlobal əməkdaşlığı və informasiyanın beynəlxalq dialoqun formalaşdırılmasındakı rolunu müzakirə etmək məqsədilə dünyanın müxtəlif regionlarından jurnalistləri, siyasətçiləri, ekspertləri və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirib.

















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda küləyin sürəti 21 m/s-ə çatır - FAKTİKİ HAVA

Bakıda küləyin sürəti 21 m/s-ə çatır - FAKTİKİ HAVA

Müdafiə nazirinin istefasından sonra Ukraynada kütləvi etiraz aksiyaları BAŞLADI – VİDEO

Müdafiə nazirinin istefasından sonra Ukraynada kütləvi etiraz aksiyaları BAŞLADI – VİDEO

Ukraynaya daha 13 raket və 146 PUA atılıb – FOTO

Ukraynaya daha 13 raket və 146 PUA atılıb – FOTO

Bilgəhdə 23 yaşlı kişi dənizdə BATDI

Bilgəhdə 23 yaşlı kişi dənizdə BATDI

Ukrayna Rusiyanın “kölgə donanması”nın tankerlərini belə vurdu – ANBAAN VİDEO

Ukrayna Rusiyanın “kölgə donanması”nın tankerlərini belə vurdu – ANBAAN VİDEO

İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi – FOTO

İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi – FOTO

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Starmer Kiyevə gəldi – Ukraynaya 4 milyardlıq yardım GÜNDƏMDƏ

Starmer Kiyevə gəldi – Ukraynaya 4 milyardlıq yardım GÜNDƏMDƏ

Trampdan İlham Əliyevin Şuşadakı çıxışı ilə bağlı PAYLAŞIM – FOTO

Trampdan İlham Əliyevin Şuşadakı çıxışı ilə bağlı PAYLAŞIM – FOTO

Ölkəmizdə hər on nəfərdən yeddisinin ASILILIĞI – “TikTok” insanları necə “ƏLƏ KEÇİRİR”?

Ölkəmizdə hər on nəfərdən yeddisinin ASILILIĞI – “TikTok” insanları necə “ƏLƏ KEÇİRİR”?

Şəmkirdə restoranda zəhərlənənlərin SON DURUMU

Şəmkirdə restoranda zəhərlənənlərin SON DURUMU

Zərdabda ağır qəza: "Kia Rio" ağaca və işıq dirəyinə çırpıldı

Zərdabda ağır qəza: "Kia Rio" ağaca və işıq dirəyinə çırpıldı

Bakıda istehsalat sexinin fəaliyyəti dayandırıldı - FOTO/VİDEO

Bakıda istehsalat sexinin fəaliyyəti dayandırıldı - FOTO/VİDEO

Tibb bacısı paltarı geyinib, yeni doğulan körpəni qaçırmaq istədi – VİDEO

Tibb bacısı paltarı geyinib, yeni doğulan körpəni qaçırmaq istədi – VİDEO

Göyçayda 46 yaşlı şəxs 36 yaşlı tanışını BIÇAQLADI

Göyçayda 46 yaşlı şəxs 36 yaşlı tanışını BIÇAQLADI

“Şamaxı” gürcüstanlı futbolçunu transfer etdi - FOTO

“Şamaxı” gürcüstanlı futbolçunu transfer etdi - FOTO

ABŞ-ın Kubaya hücumla bağlı planı İFŞA OLDU - DETALLAR

ABŞ-ın Kubaya hücumla bağlı planı İFŞA OLDU - DETALLAR

Yunanıstan Aİ-nin Rusiyaya qarşı 21-ci sanksiya paketini blokladı

Yunanıstan Aİ-nin Rusiyaya qarşı 21-ci sanksiya paketini blokladı

Argentina yığması İngiltərə üzərindəki qələbəni təxribatçı bannerlə qeyd etdi – FOTO

Argentina yığması İngiltərə üzərindəki qələbəni təxribatçı bannerlə qeyd etdi – FOTO

"Cəbhədəki rus hərbçilərin orta yaşam müddəti 20 dəqiqədir"

"Cəbhədəki rus hərbçilərin orta yaşam müddəti 20 dəqiqədir"

Xarici QHT-lər İlham Əliyevin Şuşa Media Forumunda sülh və əməkdaşlığa dair mesajlarının vacibliyini qeyd ediblər - FOTO

Xarici QHT-lər İlham Əliyevin Şuşa Media Forumunda sülh və əməkdaşlığa dair mesajlarının vacibliyini qeyd ediblər - FOTO

Qubada FACİƏ – 23 yaşlı hamilə qadın antibiotik sınağından sonra HƏYATINI İTİRİB - ÖZƏL

Qubada FACİƏ – 23 yaşlı hamilə qadın antibiotik sınağından sonra HƏYATINI İTİRİB - ÖZƏL

13 yaşlı oğlan qıcolmadan öldü

13 yaşlı oğlan qıcolmadan öldü

Casusluqda ittiham olunurdu - İrandan çıxmasına icazə verildi

Casusluqda ittiham olunurdu - İrandan çıxmasına icazə verildi

End of content

No more pages to load

RADİO