Soçi görüşü sonuncu ola bilər – Sülh, yoxsa müharibə?

Gözlər Soçidədir. Bu gün bu kurort şəhərində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü keçirilir. Siyasi analitiklər bu görüşdən hansısa konkret nəticə gözləməsə də yeni reallıqların ortaya çıxacağını qaçılmaz sayır. Sürprizlər daha çox Rusiyanın mövqeyilə bağlı ola bilər. Soçi görüşü Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində ilk görüş olmasa da son görüş ola bilər. Bunu şərtləndirən bir neçə səbəb var.

Rusiyanın siyasi kursu təkcə Azərbaycanı deyil, həm də Ermənistanı qane etmir.

Birincisi, Ukrayna-Rusiya müharibəsindəki uğursuzluqlar, bu münaqişəyə görə tətbiq edilən beynəlxalq sanksiyalar, eləcə də son səfərbərliklə bağlı ölkədaxilində səngimək bilməyən gərginlik rəsmi Moskvanı çətin duruma salıb. Rusiya indiki vəziyyətdə özünə umac ova bilmir.

Belə olan halda Moskvanım kiməsə əriştə kəsməsi heç də inandırıcı görünmür. Ona görə də Soçi görüşü Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsində Rusiyanın son şanıs kimi dəyərləndirilir.

İkincisi, 10 noyabr Bəyannaməsində, həm də 11 yanvar Anlaşmasında Rusiya moderatorluq etsə də artıq hadisələrin inkişafı Kremlin nəzarətindən çıxıb. Ermənistanla Azərbaycan arasında bağlanacaq sülh sazişində Qərb daha güclü söz sahibinə çevrilir. Qərbin Cənubi Qafqazda yenidən vacib aktyora çevrilməsi istər-istəməz Rusiyanı bu coğrafiyadakı nüfuzuna ciddi zərbə vurur.

Üçüncüsü, Rusiyanın zəifləyən mövqeyi fonunda Ermənistan sürətlə Qərbə yaxınlaşmaq istəyir. Bu da ermənilərin Rusiyaya növbəti arxadan zərbəsidir.  Rəsmi İrəvan hazırda daha çox Qərbin yanında dayanmağa səy göstərir. Paşinyanın tipik erməni yanaşması da Rusiyanı çətin duruma salıb.

Rusiya öz öhdəliklərini unudub.
 

MÖVZU İLƏ BAĞLI:

Bu gün Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü keçiriləcək


Ona görə də bu dəfəki Soçi görüşündə  mövqelər daha açıq şəkildə ortaya qoyulacaq. Rusiya əlində olan imkanlardan istifadə edib Paşinyanı sülh sazişinə məcbur etməsə, bu Moskvanın bu proseslərdə son şansını da aradan qaldıracaq. Digər tərəfdən Moskvanın qeyri-prinsipiallığı Azərbaycanı da artıq yorub. Yada salaq ki, 10 noyabr Bəyannaməsindən sonrakı müddətdə dəfələrlə rəsmi Bakı Ermənistanla Azərbaycan arasında danışıqlarda əsas tərəf kimi Moskvanı tanıdığını bəyan edib. Yəni, 10 noyabrda Azərbaycan Ermənistanla deyil, Rusiya ilə razılığa gəlib. Və bu razılığa görə rəsmi Moskva Azərbaycan qarşısında konkret öhdəliklər götürüb.

Çox təəssüf ki, Rusiya son iki ildə götürdüyü öhdəliyin heç birinə əməl etməyib. Nə erməni silahlı birləşmələri Qarabağdan çıxarılıb, nə Zəngəzur dəhlizi açılmayıb, nə də ki, sərhədlərin delmitasiya və demarkasiyası başa çatdırılmayıb.
Ona görə də bu görüşdə Azərbaycan Rusiyadan ciddi addımlar atılmasını tələb edəcək. Əks təqdirdə Azərbaycan da Qərbə meyillənəcək. Çünki, Azərbaycan nəyin bahasına olursa-olsun ən qısa zamanda sülh sazişinin imzalanmasına və Zəngəzur dəhlizinin açılmasına çalışır. 

Təbii ki, Ermənistanın da Moskvadan müəyyən umacaqları var. Bu həm Qarabağın status məsələsi, həm dəhlizlərlə bağlı, həm də sərhədlərin delmitasiya və demarkasiya məsələsi ilə bağlıdır. 

Rusiya “tamam”, yoxsa “davam” deyəcək?!

Ona görə də Soçi görüşünün gərgin keçəcəyi danılmazdır. Artıq Rusiyanın vədləri Azərbaycanla yanaşı Ermənistan üçün də keçərsizdir. Çünki, Rusiya Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasını indiki şəraitdə istəmir.

Bunu ən azı 2025-ci ilə qədər uzatmaq istəyir. Çünki, Moskva istəyir ki, sülhməramlıların mandatı ən azı 2030-cu ilə qədər uzadılsın.

Rusiya ən yaxşı halda Zəngəzur dəhlizinin açılmasına “ok” verə bilər. Sərhədlərin dəqiqləşdirilməsi isə birmənalı şəkildə Kremlin istəklərinə cavab vermir. Kreml istəyir ki, münaqişənin yenidən alovlandırmaq üçün əlində daha çox rıçaq olsun.

Ona görə də Soçidə görüş gərgin olduğu qədər də maraqlı keçəcək. Rusiya ya imperialist iddialarından əl çəkib sülh sazişinə öz töhvəsini verməlidir, ya da ki, Cənubi Qafqazdakı mövqeyini başqalarına güzəştə getməlidir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

Biləsuvarda ağır yol qəzası: Ölən var

Biləsuvarda ağır yol qəzası: Ölən var

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Ayanın İstanbuldakı evi – VİDEO

Ayanın İstanbuldakı evi – VİDEO

Sumqayıtda sahibsiz itlərin davası kameraya düşdü – VİDEO

Sumqayıtda sahibsiz itlərin davası kameraya düşdü – VİDEO

Uqandada Ebolaya yoluxan sonuncu pasiyent evə buraxıldı

Uqandada Ebolaya yoluxan sonuncu pasiyent evə buraxıldı

Zelenski müdafiə naziri postuna Yevgeni Xmaranı təyin etdi

Zelenski müdafiə naziri postuna Yevgeni Xmaranı təyin etdi

Suyun temperaturu yüksələcək – Çimərlik HAVASI

Suyun temperaturu yüksələcək – Çimərlik HAVASI

Yuxusuzluq amerikalı qadını VARLI ETDİ

Yuxusuzluq amerikalı qadını VARLI ETDİ

End of content

No more pages to load

RADİO