Uqandada Ebola qızdırmasına yoluxması təsdiqlənmiş sonuncu pasiyent xəstəxanadan evə buraxılıb.
Bizim.Media TASS-a istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bəyan edib.
"Bu gün Uqandada diaqnozu təsdiqlənmiş sonuncu pasiyent xəstəxanadan evə buraxılır ki, bu da həmin ölkədə xəstəliyin alovlanmasının başa çatmasına qədər olan 42 günlük geri sayımın başlanğıcını ifadə edir", - deyə o bildirib.
Bundan əvvəl ÜST Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasından ölənlərin sayının 796 nəfərə çatdığını xəbər vermişdi.
Bizim.Media