Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) rəhbəri vəzifəsini müvəqqəti icra edən general-mayor Yevgeni Xmaranı müdafiə naziri təyin edib.
Bizim.Media xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalında yazıb.
Ukrayna liderinin sözlərinə görə, Xmara texnoloji zərbə əməliyyatlarının keçirilməsində böyük və bir çox cəhətdən görünməmiş təcrübəyə malikdir.
"Zəruri hüquqi prosedurlar başa çatdıqdan sonra Yevgeni Xmaranın Ukraynanın müdafiə naziri vəzifəsinə təsdiqlənməsi üçün parlamentarilərə dəstək müraciəti edəcəyəm", - deyə Zelenski bildirib.
Xatırladaq ki, iyulun 16-da Ukrayna Ali Radası "Naftogaz" qrupunun idarə heyətinin sədri Sergey Koretskini Ukraynanın yeni baş naziri təyin edib.
Bizim.Media