Nikaraqua hakimiyyəti İtaliya ilə diplomatik münasibətləri kəsdiyini elan edib.
Bizim.Media "EFE" agentliyinə istinadla xəbər verir ki, bu barədə Nikaraqua hökumətinin yaydığı press-relizdə bildirilir.
"Bu qərar İtaliyanın xarici işlər naziri Antonio Tayaninin Nikaraqua xalqını və hakimiyyətini təhqir edən, xalqlar və hökumətlər arasındakı münasibətlərə hörmət normalarını tamamilə heçə sayan əsassız, təcavüzkar və məsuliyyətsiz bəyanatlarına cavab olaraq qəbul edilib", — deyə məlumatda qeyd olunur.
Münasibətlərin gərginləşməsinə səbəb Tayaninin İtaliyanın keçmiş baş naziri Aldo Moronun qatillərindən biri olan və uzun illərdir Nikaraquada gizlənən terrorçu Alessio Kasimirrinin ekstradisiya edilməsi tələbini yenidən qaldırması olub.
Bundan əvvəl Madriddə 1978-ci ildə "Qırmızı Briqadalar" (Brigate Rosse) qruplaşmasının üzvləri tərəfimdən qətlə yetirilən Moronun xatirəsini yad edən Tayani, Nikaraqua hakimiyyətini Kasimirriyə sığınacaq verməyə davam etdiyinə görə qınamışdı.
Nazir əlavə etmişdi ki, Nikaraqua hökuməti İtaliya tərəfinin təqdim etdiyi ekstradisiya sorğularını icra etməkdən boyun qaçırır.
Bizim.Media