Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, üç avtomobilin iştirakı ilə baş verən qəzada sürücülərdən biri – Şərifağa Əmənov hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media