Zəfər Günü yaranan "Yaşa, Azərbaycan"ın müəllifi Nurlan Ordubadlı: "Hisslərlə yaşayırdım o günlər" - VİDEO

Vətən müharibəsindən sonra ildırım sürəti ilə yayılan "Yaşa, Azərbaycan" mahnısını ölkəmizdə dinləməyən, eşitməyən tapılmaz. Bütün kütləvi tədbirlərin, toy və şənliklərin, ad günlərinin, hərbi hissələrdə keçirilən əsgər yığıncaqlarının sevilən nəğməsi olan "Yaşa, Azərbaycan"ın bu sətirləri də hər birimizin dilində əzbərdir:

"Dilimizdə bir şüar var,

Yaşa, Azərbaycan,Yaşa, Azərbaycan.

Səni dünya tanıdı birbaşa

Yaşa, Azərbaycan, Yaşa, Azərbaycan"

Bu məşhur nəğmənin sədaları altında Qubada Vətən Müharibəsi şəhidi Nizami Aydəmirovun qardaşı Nizamın toyunda rayon rəsmilərindən tutmuş toy iştirakçılarının  bəy-gəlinlə necə həvəslə rəqs etmələrini biz də izləmişik, hətta bu barədə yazımız da dərc olunub.

Zəfər Gününə sayılı günlər qaldığı bir vaxtda bu məşhur nəğmənin müəllifini arayıb-axtarmaya bilməzdik. 

Nurlan (Əliyev) Ordubadlı Ordubad rayonunun Vənənd kəndində doğulub. 12 il əvvəl atasını itirib. Ailənin bütün yükü onun çiyinlərinə düşüb. Uzun illər Rusiyada yaşayıb, ailəsinin maddi ehtiyacını ödəmək üçün orada işləyib. 

Azərbaycana vaxtaşırı gedib-gələn Nurlan Ordubadlı pandemiya dövründə 6-7 ay doğma kəndi Vənənddə qalıb.

Yenidən Rusiyaya getmək üçün Bakıya gələndə səhəri gün Vətən Müharibəsinin başlaması xəbərini eşidib:

"Bilet də almışdım, həmin gün uçacaqdım, uça bilmədim".

Nurlan o günləri həm kövrələrək, həm də qürurla xatırlayır. Bakıda Əhmədli qəsəbəsində 8-ci mərtəbədəki evində Vətən Müharibəsinin gedişini izləyir, Prezident İlham Əliyevin tvitlərini səbrsizliklə gözlədiyini deyir:

"Hisslərlə yaşayırdım o günlər, qəlbən əsgərlərimizin yanında idim. Prezidentin müharibənin bitməsi xəbərini də Əhmədlidə bütün binaya mən çatdırdım. Gur səsimlə 4 binanın sakinlərini bir yerə yığıb şad xəbəri onlara söylədim".

Bir çox mahnıların müəllifi olan müğənni-şair ona daha da məşhurluq gətirən və tanıdan "Yaşa, Azərbaycan"ın yaranma tarixini belə açıqlayır:

"Müharibənin 35-ci günü idi, bu şeiri yazdım. Mahnını hazırladım. Əməkdaşlıq etdiyim video-studiyaya 500 manat borcum vardı. Pandemiya olduğu üçün ödəyə bilməmişdim. Bu mahnını apardım studiyaya, Elminə dedim, bu mahnını sat, borcum ödənsin. Səhəri gün Elmin mənə mahnının 20 saniyəlik demosunu göndərdi. Xoşuma gəldi. Tez Elminə zəng elədim ki, heç kimə vermə, özüm oxuyacağam".

Nurlan Ordubadlı deyir ki, mahnını oxuyan kimi "Youtube" kanalında yayımlamağa başlayıb. Mahnının sözləri və musiqisi Nurlanın özünün, aranjimanı isə Elmin Bəylərovla Zeynəddin Sədanındır. Sürətlə tamaşaçı, izləyici qəlbinə yol açan "Yaşa, Azərbaycan" mahnısı hazırda "Youtube" kanalında 37 milyon dəfə dinlənilib.
Müsahibim bu və digər mahnılarına müəllif hüququ vermək üçün artıq müvafiq sənədləşmə işlərinə başlayıb. Müğənni-şair Nurlan Ordubadlı Zəfər Gününə də gözəl bir zəfər nəğməsi hazırlayıb. O, noyabrın 8-də həmin nəğməni özünün internet kanalında yayımlayacaq. 

Yeri gəlmişkən, qeyd edək ki, Nurlan Ordubadlının musiqi təhsili yoxdur, yalnız uşaqlıq illərində doğulduğu Vənənd kəndində nağara ritmindən dərs alıb. Hazırda muğam üzrə təhsil almağı düşünür.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 


 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

Biləsuvarda ağır yol qəzası: Ölən var

Biləsuvarda ağır yol qəzası: Ölən var

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Ayanın İstanbuldakı evi – VİDEO

Ayanın İstanbuldakı evi – VİDEO

Sumqayıtda sahibsiz itlərin davası kameraya düşdü – VİDEO

Sumqayıtda sahibsiz itlərin davası kameraya düşdü – VİDEO

Uqandada Ebolaya yoluxan sonuncu pasiyent evə buraxıldı

Uqandada Ebolaya yoluxan sonuncu pasiyent evə buraxıldı

Zelenski müdafiə naziri postuna Yevgeni Xmaranı təyin etdi

Zelenski müdafiə naziri postuna Yevgeni Xmaranı təyin etdi

Suyun temperaturu yüksələcək – Çimərlik HAVASI

Suyun temperaturu yüksələcək – Çimərlik HAVASI

Yuxusuzluq amerikalı qadını VARLI ETDİ

Yuxusuzluq amerikalı qadını VARLI ETDİ

End of content

No more pages to load

RADİO