İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident, 

Əziz Qardaşım, 

Qardaş Türkiyənin milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş və səmimi arzularımı çatdırıram. 

Türkiyə gündən-günə güclənən, sürətlə inkişaf edən, beynəlxalq aləmdə söz sahibi olan ən qüdrətli ölkələrdən birinə çevrilmişdir. Bu gün siyasi, iqtisadi, hərbi, texnoloji və digər sahələrdə əldə etdiyi mühüm nailiyyətləri ilə qardaş Türkiyə ən qabaqcıl ölkələr sırasındadır.

Eyni zamanda, son dərəcə mürəkkəb proseslərin cərəyan etdiyi dünyada və regionda sülhün və sabitliyin bərqərar olması, haqqın və ədalətin müdafiəsi naminə ardıcıl və qətiyyətli mövqeyi ilə ölkəniz beynəlxalq müstəvidə yüksək nüfuz və hörmət qazanmışdır. 
Bütün bunların təməlində Sizin zəhmətiniz və yorulmaz əməyiniz, müdrik rəhbərliyiniz altında aparılan dövlət siyasətinə xalqınızın böyük etimadı və dəstəyi dayanır. Qüdrətli Türkiyə Respublikasının hər bir uğurunu öz uğurumuz hesab edir, bundan hədsiz qürur duyuruq. 

İftixar hissi ilə qeyd etmək istərdim ki, dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Əcdadlarımızın mənəvi mirası olan qardaşlığımız, birliyimiz və həmrəyliyimiz xalqlarımız üçün əsas yol istiqaməti, bölgə və dünya üçün mühüm təhlükəsizlik və sabitlik amilidir. 

Tarixin ən önəmli anlarında Azərbaycana dayaq olmuş qardaş Türkiyənin İkinci Qarabağ müharibəsi zamanı da yanımızda olmasını, Siz başda olmaqla bütün xalqınızın müharibənin ilk saatlarından son dəqiqələrinə qədər bizi dəstəkləməsini daim yüksək qiymətləndirir və heç zaman unutmuruq. Bu gün də Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpası işində və yenidən qurulmasında Azərbaycana ən çox dəstək verən yenə də qardaş Türkiyədir.

Bir neçə gün bundan əvvəl Sizin Azərbaycana səfəriniz çərçivəsində Zəngilan Beynəlxalq Hava Limanının, “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin açılışında iştirakımız, bir sıra mühüm infrastruktur layihələrinin təməlini birgə qoymağımız qardaşlıq münasibətlərimizin sarsılmaz ənənələrinin bariz ifadəsidir. 
Şuşa Bəyannaməsi ilə müttəfiqlik zirvəsinə ucalmış əlaqələrimizin həyatın bütün sahələrində, istər siyasət, iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət, təhsil, hərbi və digər sahələrdə özünü göstərməsi bizi çox sevindirir. Əminəm ki, “Bir millət iki dövlət” şüarını rəhbər tutan ölkələrimiz arasında müttəfiqlik münasibətləri birgə səylərimizlə bundan sonra da yüksələn xətlə və uğurla inkişaf etməyə davam edəcəkdir. 

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, qardaş Türkiyə xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məktəbəhazırlıq qruplarında tədrisi niyə ibtidai sinif müəllimləri APARIR?

Məktəbəhazırlıq qruplarında tədrisi niyə ibtidai sinif müəllimləri APARIR?

“Komedixana”nın aktrisası bu tanınmış evli şəxs ilə eşq yaşayırmış – ŞOK

“Komedixana”nın aktrisası bu tanınmış evli şəxs ilə eşq yaşayırmış – ŞOK

MEDİA: “Gəncə İcra Hakimiyyətində araşdırılma aparılması xəbəri yanlışdır”

MEDİA: “Gəncə İcra Hakimiyyətində araşdırılma aparılması xəbəri yanlışdır”

"Neftçi"dən Elvin Cəfərquliyevin transfer xəbərinə REAKSİYA

"Neftçi"dən Elvin Cəfərquliyevin transfer xəbərinə REAKSİYA

Əmək zəmanəti tələbi əlilliyi olan şəxslərin reyestrindən çıxarıldı – QƏRAR

Əmək zəmanəti tələbi əlilliyi olan şəxslərin reyestrindən çıxarıldı – QƏRAR

Bakıda 9 mənzildən oğurluq edən şəxs həbs edildi – VİDEO

Bakıda 9 mənzildən oğurluq edən şəxs həbs edildi – VİDEO

Güclü külək əsir - FAKTİKİ HAVA

Güclü külək əsir - FAKTİKİ HAVA

"Son zəng"lə bağlı TƏLİMAT: Yalnız bu şəxslər iştirak edə bilər

"Son zəng"lə bağlı TƏLİMAT: Yalnız bu şəxslər iştirak edə bilər

Bakıda evlər SÖKÜLÜR - Kimlərə pul, kimlərə mənzil veriləcək?

Bakıda evlər SÖKÜLÜR - Kimlərə pul, kimlərə mənzil veriləcək?

Kredit BAĞLANIR, borc isə QALIR – Gizli komissiyalar vətəndaşları necə çətin vəziyyətə salır?

Kredit BAĞLANIR, borc isə QALIR – Gizli komissiyalar vətəndaşları necə çətin vəziyyətə salır?

Daha bir ölkə uşaqlar üçün sosial şəbəkələri QADAĞAN EDİR

Daha bir ölkə uşaqlar üçün sosial şəbəkələri QADAĞAN EDİR

Vüsal Aslanovdan yeni TƏYİNAT – FOTO

Vüsal Aslanovdan yeni TƏYİNAT – FOTO

77 yaşlı Puqaçova əlində əsa ilə - Foto

77 yaşlı Puqaçova əlində əsa ilə - Foto

“Srvena Zvezda”nın legioneri "Qarabağ"ın transfer HƏDƏFİNDƏ

“Srvena Zvezda”nın legioneri "Qarabağ"ın transfer HƏDƏFİNDƏ

Zabrat-Məhəmmədi arasındakı gölü kimlər qurudur? - Video+Fotolar

Zabrat-Məhəmmədi arasındakı gölü kimlər qurudur? - Video+Fotolar

Binalarda kombi quraşdırılmasına bu hallarda icazə veriləcək - QƏRAR

Binalarda kombi quraşdırılmasına bu hallarda icazə veriləcək - QƏRAR

Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti TƏMİN EDİLDİ

Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti TƏMİN EDİLDİ

Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfiri ilə GÖRÜŞDÜ

Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfiri ilə GÖRÜŞDÜ

Maksimum bal toplayan Emilyanın uğur SİRRİ – VİDEO

Maksimum bal toplayan Emilyanın uğur SİRRİ – VİDEO

MİQ imtahanında iştirak üçün ödənişin məbləği TƏSDİQLƏNDİ

MİQ imtahanında iştirak üçün ödənişin məbləği TƏSDİQLƏNDİ

Su altında qalan tarixi şəhər marağa səbəb oldu – FOTO/VİDEO

Su altında qalan tarixi şəhər marağa səbəb oldu – FOTO/VİDEO

Yol infrastrukturuna zərər vuran sürücü saxlanıldı – VİDEO

Yol infrastrukturuna zərər vuran sürücü saxlanıldı – VİDEO

Zelenski Səudiyyə Ərəbistanına getdi – VİDEO

Zelenski Səudiyyə Ərəbistanına getdi – VİDEO

AZAL-dan Naxçıvana səfər planlaşdıran sərnişinlərə MÜRACİƏT

AZAL-dan Naxçıvana səfər planlaşdıran sərnişinlərə MÜRACİƏT

End of content

No more pages to load

RADİO